• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

”Qarabağ”dan “qızıl dubl” - YENİLƏNİB

Ölkə kuboku / Manşet

2-06-2024, 21:0

Bu gün futbol üzrə ölkə kubokunda qalib müəyyənləşib.

Bilindiyi kimi, final matçında üz-üzə gələn komandalar həm də geridə qoyduğumuz mövsüm elitanın ən güclüləri olan “Qarabağ” və “Zirə” olub. Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanıb.

ölkə kuboku, final
2 iyun
Qarabağ – Zirə 2:1
Olavio Juninyo, 42, Abdullah Zubir, 62 - İsmayıl İbrahimli, 58
Cəzalılar: Yassin Benzya (Qarabağ), Vladislav Kulaç (Zirə).
Bakı. “Liv Bona Dea Arena”. Saat 20.00.

İlk növbədə onu vurğulayaq ki, bu oyunla bağlı hansısa strateji hədəf yoxdu. “Qarabağ”ın Çempionlar, “Zirə”nin Avropa Liqasında oynayacağı hər kəsə bəllidi. Yəni mümkün qələbə onlardan hansınısa turnir hədəfinə çatdırmayacaq. Məhz bu məqam komandaların meydana daha sərbəst, rahat çıxmasını və istisnasız titul uğrunda oynamasını şərtləndirəcək. Çox qəribə psixoloji durum yaranır: “Qarabağ”ın heyətində dəfələrlə kubok qazanan futbolçular varsa, “Zirə”nin heyətində belələrinin sayı azdı (Ruan Renato, Rafael Utziq, İsmayıl İbrahimli, Anar Nəzirov). Təcrübə çox önəmli amildi. Amma eyni zamanda kuboku dəfələrlə qazanan futbolçu ilə ona ilk dəfə toxunmağa çalışan futbolçunun motivasiyası eyni olmur. Bu mənada “qartallar” bir addım öndədi.

Bəli, “köhlən atlar” premyer-liqa çempionudusa, “qartallar” ikinci pillənin sahibi olub. Lakin kubok matçlarının fərqli ab-havada keçdiyini diqqətdə saxlamalıyıq. “Qarabağ” mövsüm ərzində MOİK, “Sabah” və “Neftçi” kimi iddialıları mübarizədən kənarlaşdıraraq yumruğunu möhkəm çırpıb. “Zirə” isə “Turan Tovuz”, “Səbail” və “Qəbələ”ni məyus etməyi bacarıb. Əlbəttə, bununla “qartallar”ın uğurunu kiçiltmirik. Amma qəsəbə təmsilçisinin finala aparan yolda ciddi təzyiqlə üzləşdiyini demək doğru olmaz. Yəni Rəşad Sadıqovun komandası bu mövsüm kubokun gərginliyini yaşamayıb. Qısası, oyunu “Zirə” üçün ən çətin sınaq kimi xarakterizə edə bilərik. “Qarabağ”a gəlincə, Qurban Qurbanovun komandası matçın aşkar favoritidi. İddiamızın səbəbi həm premyer-liqadakı performans baxımından səviyyə fərqi, həm də “köhlən atlar”ın məhz bu turnirdə ciddi təcrübə sahibi olmasıdı. Bu məqamda futbolda xeyli proqnozun yanıldıcı ola biləcəyini xatırlatmaqda fayda var. Çünki kollektivlərin motivasiya axtardığı məqamlar da qalibin adına aydınlıq gəlməsində mühüm rol oynaya bilir. Bu mənada “Qarabağ”ın “qızıl dubl” arzusu, “Zirə”nin ilk dəfə belə uğura imza atmağa çox yaxın olması diqqəti çəkir! Yeri gəlmişkən, bu komandaların yolu kubokda yalnız bir dəfə kəsişib. İki il əvvəlki finalın 120 dəqiqəsi qollu heç-heçə ilə bitib və mükafatın sahibi penalti seriyasında müəyyənləşib. Bir sözlə, “Qarabağ” 7-ci dəfə kuboku başı üzərinə qaldıra bilib. Görəsən, bu dəfə qalib kim olacaq? Ağdamlılar altıncı “qızıl dubl”unu rəsmiləşdirəcək, yoxsa zirəlilər tarixində ilk dəfə kuboka sahib çıxacaq?

Maraqlıdı...
* “Qarabağ”la “Zirə” ölkədaxili yarışlarda 37-ci dəfə qarşılaşacaq. Komandalar indiyədək 36 dəfə görüşüb. Bunların 35-i premyer-liqaya, 1-i kuboka təsadüf edib. “Qarabağ” 23, “Zirə” 1 dəfə qalib gəlib, 12 qarşılaşma heç-heçə bitib. Yeganə kubok görüşündə də sülh qeydə alınıb. İki il əvvəl finalda üz-üzə gələn rəqiblər kubokun taleyinə penalti seriyasında aydınlıq gətirib. Daha dəqiq olan “Qarabağ” titula yiyələnib. Əvvəlki matçlarda ağdamlılar 71, paytaxt təmsilçisi 18 qola imza atıb.
* Kubokun iki finalçısından yalnız biri əvvəllər də bu titula sahib olub. “Qarabağ” yarışın 7 qat qalibidi. Ağdamlılar bu göstəricidə mütləq rekordçudu. Bölgə təmsilçisi rekordunu yeniləməklə başqaları ilə fərqi artırmağa çalışacaq. “Zirə” tarixinin ilk kubokunu qazanmaq şansına malikdi. Bakı klubu bunu bacarsa, yarışın qalibi adını qazanacaq 10-cu komanda kimi tarixə düşəcək. Belə ki, 1992-ci ildən keçirilən yarışda 9 klub qalib adına sahib çıxıb: “Qarabağ” – 7, “Neftçi” – 6, “Kəpəz” – 4, “Xəzər Lənkəran”, “Bakı” – 3, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” – 2, “İnşaatçı” B, “Şəfa” – 1.
* “Qarabağ” 1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 mövsümlərində kubokun qalibi olubsa, 1995/96, 1997/98, 1999/2000 mövsümlərində finalda uduzub. “Zirə”, sadəcə, 2021/22 mövsümündə finala qədər gələ bilib.
* Ölkə kubokunun 2023/24 mövsümündə 140 qol vurulub. Bu, son 16 turnir üçün mütləq rekorddu. Sonuncu dəfə daha çox qolun vurulması 2007/08 mövsümündə qeydə alınıb. Həmin vaxt bu rəqəm 180-ə bərabər olub.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku

25-11-2022, 17:0

Kubok oyunlarının vaxtı açıqlandı

Ölkə kuboku / Manşet

3-04-2024, 20:0

"Zirə"dən minimal hesablı qələbə - YENİLƏNİB

Ölkə kuboku

12-01-2024, 15:0

Ölkə kuboku: 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı

Ölkə kuboku

30-05-2024, 11:0

“İndiyədək 4000 bilet satılıb” - PFL

Aktual
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Son xəbərlər
  • Bu gün, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Bu gün, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Bu gün, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Bu gün, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Bu gün, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Bu gün, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Bu gün, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Bu gün, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 247
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 231
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə