• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İnkişafın qurbanları...

Ölkə futbolu / Yazarlar

27-05-2024, 19:0

Futbol üzrə ölkə çempionatlarında mövsüm başa çatdı.

Şənbə və bazar günləri keçirilən oyunlarla Misli premyer-liqasıyla müvəqqəti sağollaşdıq. 1-ci liqanın sonuncu turunun matçlarına isə dünən şahidlik etdik. Əvəzedicilər liqasında “Neftçi-2” çempion oldusa, 2-ci liqanın ən güclüsü “Baku Sportinq”di. Region Liqasına gəlincə, mayın 24-ü bu turnir də “istirahətə yollandı”. Ümumi nəticələrə, yəni qeyd olunan çempionatların turnir cədvəlinə nəzər salanda işlərin “yağ kimi” irəlilədiyi görünür. İstər komandaların topladığı xal, istərsə də top fərqi, qələbə, məğlubiyyət, heç-heçə statistikaları ürəkaçandı. Qısası, rəqəmlər istənilən liqada xüsusilə ilk “beşlik”də ciddi rəqabətin olduğundan xəbər verir. Lakin bu işlərin bir “əmma”sı var. Sözümün canına keçid alaq...
Ötən həftə elitada üç həlledici matça şahidlik etdik. “Sabah” – “Sumqayıt” (2:0) və “Səbail” – “Neftçi” (0:3) oyunlarında əcnəbi və yerli hakimlər iş başında oldusa, “Kəpəz” – “Zirə” (0:1) görüşündə Rəvan Həmzəzadə və briqadası ədaləti təmsil etdi. İş orasındadı ki, Tovuzda keçirilən qarşılaşmada “qartallar”ın vurduğu qol qaydalara uyğun deyil! Həmin hücumun başlanğıcında topun Rəhimin əlinə dəydiyinə şübhə yoxdu! Belədə Rəşad Sadıqovun komandası bir xal qazanmalı və hazırda 3-cü yox, 5-ci pillədə qərarlaşmalıydı. Mövsüm ərzində dəfələrlə hakimlərdən narazılıq edən Rəşad bəy budəfəki idarəçilikdən haqsız qazanc əldə etdi. Bu öz yerində...
1-ci liqanın 25-ci turunun “İmişli” – “Qaradağ Lökbatan” matçını xatırlayaq. Həmin oyunda nələrin baş verdiyini detallarına qədər yazmışdıq. Xatırladaq ki, meydan sahiblərinin futbolçusu Ruslan Hacıyev 41-ci dəqiqədə hesabı açsa da, baş hakim İnqilab Məmmədov topun onun əlinə dəydiyini düşünərək qolu qeydə almadı. Halbuki futbolçu topu çiyniylə ram etmişdi! Beləliklə, mövsüm ərzində uğurlu çıxışla yadda qalan, çempionluğa iddialı komanda haqsız şəkildə xal itirdi. Nəticədə ilk iki pillə “Şamaxı” və “Qaradağ Lökbatan”ın sərəncamında qaldı. Bu da öz yerində...

Qeyd etdiyim kimi, 2-ci liqada çempion bəllidi. Lakin bu turnirin reqlamentinə əsasən mövsümü ikinci pillədə bitirən komanda 1-ci liqanın sondan ikincisiylə pley-off matçlarında üz-üzə gəlir. Məhz bu oyunlarda qarşılaşacaq komandalar mayın 20-də bəlli oldu. “Cəbrayıl” 26-cı turda evdə “Füzuli”ni məğlub edərək “Difai Ağsu”yla görüşmək şansı qazandı. Əla? Yox, rəzillik... İndi də “Füzuli”nin baş məşqçisi Nadir Əliyev oyunda VAR sisteminin olmamasından gileylənir. Çünki yüzfaizlik penaltilərinin verilmədiyini iddia edir.

Ümumiyyətlə, belə əhəmiyyətli oyunlardan sonra müəyyən söz-söhbətin yaranacağını təxmin etmək çətin deyildi. Futbolumuzun ümumi səviyyəsi, hələ indi-indi hansısa ciddi islahatlar üçün planlar qurulduğu nəzərə alınmalıydı. Ən azı hər ciddi matç üçün minimum tədbirlər görülməliydi! İnkişafa nail olmaq istəyiriksə, vaxtdan və maliyyədən başqa nəyisə qurban vermək olmaz. Axı bu teoremi yadda saxlamaq elə də çətin deyil: başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz!

Göründüyü kimi, inkişafın qurbanları ortadadı. Bu məqamda “Sabah” – “Sumqayıt” matçını əhatə edən mətbuat konfrasında baş verən hadisə yadıma düşdü. Daha dəqiqi, rəsmi hissə bitəndən sonra Krunoslav Renduliçin qaşqabaqlı halda qurduğu cümlələr: “Mən də çox şey danışa bilərəm. “Sumqayıt”ın xeyrinə verilən haqsız penaltilərdən danışırammı? Məğlubiyyəti qəbul etmək lazımdı. Gəlib təbrik edib, əl sıxmaq lazımdı”.
Bəli, xorvatiyalı Samir Abasova uzatdığı əlin geri çevrilməsinə belə reaksiya verdi. Bəlkə də “Sumqayıt”ın məğlubiyyətindən sonra yuxarıda qeyd etdiyim teoremi xatırlamışdı...

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

24-05-2023, 18:0

“Sumqayıt” rəsmiləşdirdi, iki suala aydınlıq gəlmədi – TURUN ŞƏRHİ – TURUN ŞƏRHİ

Liqalar / Manşet

5-03-2024, 14:0

“Kəpəz” irəlilədi - YENİLƏNİB

Premyer-liqa

2-02-2023, 15:0

Misli Premyer Liqasının 21-ci turu rəqəmlərin gözü ilə

Ölkə futbolu

7-09-2023, 12:0

İntizam Komitəsinin qərarları açıqlandı

Ölkə futbolu

26-05-2024, 10:0

Əvəzedicilər liqasına yekun vurulur

Aktual
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
Son xəbərlər
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Dünən, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
  • Dünən, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
  • Dünən, 15:23
    Zamiqin komandası böyükhesablı qələbə qazandı
  • Dünən, 14:52
    “Bavariya”da iki yeni müqavilə
  • Dünən, 14:31
    "Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 228
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə