“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola etiraf edib ki, ötən əsrin 90-cı illərində MBA-nın Maykl Cordanın iştirak etdiyi oyunlarını izləmək üçün yuxusuna haram qatırmış:
“O, 90-larda oynayanda mən Barselonada səhər 3-4-də yerdən qalxırdım. Xanımım həmin vaxt yatırdı, mən isə televizora baxırdım. Məndə belə hiss var idi ki, bir daha bu xarizmanı, bu rəqabət ehtirasını, bir adamda birləşən istedadla ustalığı görməyəcəm”.
Maykl Cordan MBA-nın ən dahi oyunlarından biri (əksər ekspertlər və sabiq oyunçular isə “1 nömrə”) sayılır. O, ikiqat (1984, 1992) olimpiya çempionudu, həmçinin “Çikaqo”nun heyətində 6 dəfə MBA çempionluğunu qazanıb.