“Füzuli” əsas rəqibi “Cəbrayıl”ı 1 xal qabaqlayır. Bazar ertəsi bu komandalar üz-üzə gələcək. “Füzuli”nin baş məşqçisi Nadir Əliyev bizə açıqlamasında bombardir Elvin Nəsibovun zədələndiyini və meydanda olmayacağını deyib. Bəs o hansı zədədən əziyyət çəkir? “Cəbrayıl”la matçda iştirak edəcəkmi? Bu sualları Elvin Nəsibova ünvanladıq:
“Topuq nahiyəmdən zədə almışam . İndiki duruma görə oyuna kimi hazır olmayacam. Bir qədər ehtimal olsa, iynə, ağrıkəsici vurdurub, oynayacam. Hər şeyi həkimin göstərişindən sonra biləcəm”.
ƏSƏD SEYİDOV





