Xorvatiya liqasında 35-ci turun oyunları keçirilir.
“Football-plus.az” xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” “Slaven”in qonağı olub. Həmyerlimizin komandası 3:2 hesablı qələbə qazanıb.
Yığmamızın futbolçusu 46-cı dəqiqədə meydana daxil olub. Bu, onun 2024-cü ildə ilk rəsmi matçı kimi yadda qalıb.