• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qvardiola və “Mançester Siti” tarixi uğurun astanasında - REPORTAJ

Dünya futbolu

16-05-2024, 23:0

“Tottenhem”lə 34-cü turdan təxirə salınan oyunu təkcə “Mançester Siti”nin yox, “Arsenal”ın azarkeşləri də maraqla gözləyirdi.

“Football-plus.az” xəbər verir ki, məhz bu oyunda “Siti”nin mümkün xal itkisi “topçular”ın son tura da lider kimi daxil olmasına şərait yaradacaqdı. Ancaq... Artetanın və “Arsenal”ın ümidləri doğrulmadı.

Bu oyun ərəfəsində “Arsenal” turnir cədvəlinin zirvəsində qərarlaşdığından, təbii ki, “şəhərlilər” müəyyən təzyiq altındaydı. Çempionluq yarışında bütün ipləri öz əlində saxlamaq üçün “Siti” bu oyunda qalib gəlməliydi. Oyun heç də Qvardiolanın istədiyi kimi başlamadı. “Mahmızlar” topa daha çox nəzarət edirdi, müəyyən əsəbilik hiss olunurdu, hər iki qapı önündə təhlükəli vəziyyətlər yaranırdı. Ancaq 2-ci hissənin əvvəlində De Bruynenin ötürməsindən sonra Holann hesabı açdı. Lap sonda isə hesab arasındakı fərq artdı. Porronun Dokyuya qarşı kobudluğuna görə təyin olunan penaltini Holann qola çevirdi. “Mahmızlar”ın dəfələrlə fərqi azaltmaq imkanı olsa da, bundan yararlana bilmədilər. Deyəsən, “Tottenhem” azarkeşləri buna görə o qədər də məyus olmamışdılar. Axı onlar “Arsenal”ın çempion olmaması üçün MS-yə məğlubiyyətə də razı idilər. “Tottenhem”in artıq mövsümü 5-ci yerdə bitirəcəyi, deməli, ÇL-in növbəti mövsümündə olmayacağı da dəqiqləşdi.

34-cü turdan təxirə salınan oyunlar
Tottenhem – Mançester Siti 0:2
Holann, 51; 90+1-p.
Tottenhem: Vikario, Porro, Romero, Drequşin, Van de Ven, Bentankur (Kulusevski, 55), Heybyerq (Skipp, 85), Sarr (Lo Çelso, 85), Conson, Son Hın Min, Meddison (Mur, 90+3).
MS: Ederson (Orteqa, 69), Uoker, Akanci, Diaş, Qvardiol, Kovaçiç, Rodri, B.Silva, De Bruyne (Dokyu, 69), Foden, Holann (Alvares, 90+5).
Brayton – Çelsi 1:2
Uelbek, 90+8 - Palmer, 34. Nkunku, 64.
Mançester Yunayted – Nyukasl 3:2
Maynu, 31. Diallo, 57. Heylunn, 84 – Qordon, 49. Holl, 90+2.
1. Mançester Siti – 88, 2. Arsenal – 86... 5. Tottenhem – 63, 6. Çelsi – 60, 7-8. Nyukasl, Mançester Yunayted – 57... 10-11. Brayton, Bornmut – 48...
Bombardir: Holann (MS) – 27.

Faktlar
* “Aston Villa” gələn mövsüm Çempionlar Liqasında oynayacaq. Bu, “Tottenhem”in təxirə salınan oyunda MS-yə məğlubiyyətindən sonra dəqiqləşdi. “Mahmızlar” sona bir tur qalmış 4-cü pillədə qərarlaşan birmingemlilərdən artıq 5 xal geri qalır. Xatırladaq ki, “Aston Villa” qitənin ən nüfuzlu klub turnirində sonuncu dəfə 1982/83 mövsümündə oynayıb.
* De Bruyne premyer-liqada məhsuldar ötürmələrin sayına görə təmiz 2-ci pilləyə yüksəldi. MS-nin belçikalı xavbeki “Tottenhem”lə oyunda 112-ci belə ötürməsini verdi. Bu göstəricidə Fabreqası arxada qoyan De Bruyne indi yalnız Giqqzdən (162) geri qalır.
* MS ardıcıl 4-cü dəfə İngiltərə çempionu ola bilər. Son turda “Vest Hem” üzərində qələbə Qvardiolanın komandasını çempion edəcək. İngiltərə çempionatının 135 illik tarixində heç bir komanda titulu ardıcıl dörd dəfə qazana bilməyib. 5 halda klublar ardıcıl üç çempionluğu bayram edib. Buna “Haddersfild” 1924-26-cı, “Arsenal” 1933-35-ci, “Liverpul” 1982-84-cü və “Mançester Yunayted” 1999-2001-ci və 2007-09-cu illər aralığında nail olub.
* MS son 6 ildə ilk dəfə “Tottenhem”i səfərdə məğlub etdi. Londonda keçirilən əvvəlki 4 oyunda “şəhərlilər” “quru” hesablı məğlubiyyətlərlə (0:1, 0:1, 0:2, 0:2) üzləşmişdi. MS sonuncu dəfə 2018-ci ilin aprelində “Tottenhem”ə səfərdə qalib gəlmişdi (3:1).

Reaksiya
Pep Qvardiola, MS-nin baş məşqçisi:

“Bu, çox çətin oyun idi. Biz bunu bilirdik. Rəqib intensiv və yaxşı oyun göstərir, ona qarşı oynamaq asan deyil. “Tottenhem” baş məşqçisinə bel bağlamağı davam etdirsə, qeyri-adi uğurlara nail olacaq. Son turda hər şey öz əlimizdə olacaq. Son oyun ən çətin oyundu. Bir neçə il əvvəlki KPR ilə oyunu xatırlayın. Serxio Aquero 94-cü dəqiqədə qələbə topunu vurmuşdu. Bu oyun da elə olacaq. De Bruyne zədələndi, normaq qaça bilmirdi. Edersonda beyin silkələnməsi olmasa da, görmə ilə bağlı problemi yarandı. Yaxşı görmədiyinə görə həkim onun əvəzlənməli olduğunu dedi. Ştefan Orteqa dünya səviyyəli qapıçıdı. Nəyin uğrunda oynadığımızı bilirəm. Bir istirahət günümüz olacaq, ardından iki gün hazırlaşacağıq. Və meydana çıxıb əlimizdən nə gəlirsə, onu da edəcəyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-10-2022, 18:0

Holann Aqueronun rekordunu təkrarladı

Dünya futbolu

10-10-2022, 13:0

"Arsenal" hazırda "Mançester Siti"dən daha yaxşıdı" - Qvardiola

Dünya futbolu

24-02-2024, 00:0

“Mançester Siti” “Arsenal”ı arxada qoydu

Dünya futbolu

11-05-2022, 18:0

"Arsenal" "Mançester Siti"nin hücumçusunu transfer edə bilər

Dünya futbolu

10-05-2024, 18:0

Premyer-liqada amansız çempionluq mübarizəsi - “Arsenal” liderdi, hər şey MS-nin əlindədi, “Liverpul”a möcüzə lazımdı

Dünya futbolu

28-05-2023, 19:0

Premyer-liqanın rəmzi komandası

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Dünən, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Dünən, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Dünən, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • 2-08-2026, 23:0
    Ramik yeni mövsümə qolla başladı!
  • 2-08-2026, 22:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 2-08-2026, 22:0
    Almaniyada klubunu dəyişdi
  • 2-08-2026, 21:0
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 177
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə