• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hakimliyimiz həkimlikdi... - KÖŞƏ

Manşet / Yazarlar

6-05-2024, 16:0

Ölkə futbolunda saysız-hesabsız problemlər var.

Premyer-liqamızın ümumi mənzərəsi bəs edir ki, aşağı liqaların durumunu təxmin edəsən. Ev oyunlarını keçirməyə stadionu olmayan kim, futbolçuların maaşını vermək üçün pul tapa bilməyən kim, sadəcə, komanda ilə bağlı yox, “yuxarılar”da olan çatışmazlıqlara görə sabit nəticə qazana bilməyən kim... Uşaq futbolunun durumuna ağlayanda başqa ölkələrdə çıxış edən uğursuz legionerlərimiz “inciyir”, onlara ağlayanda aylardı “başsız” qalan millimiz. Hələ aşağı yaş qruplarını demirik!

Mövsümün əvvəlindən bəri müzakirə mövzusu olan başqa məsələ isə Hakimlər Komitəsinin fəaliyyətidi. Vəziyyət çox qəlizdi. Bəli, səviyyə çox aşağıdı, amma dərd təkcə bu da deyil. Hakimlərin yanlış qərarlarının sayı o qədər çoxdu ki, kateqoriyalara bölünüb: qərəzli olanlar və təcrübəsizlikdən doğanlar!
Cari mövsümün birinci yarısında “Səbail”in hakimlərin köməyi ilə yaxşı nəticələr qazandığı iddia olunurdu. Bu məsələ o qədər müzakirə edildi ki, “dənizçilər”ə “göz dəydi”. İkinci yarıda isə hədəfə “Sumqayıt” gəldi. Hələ də çoxları düşünür ki, “kimyaçılar”ın ikinci pillədə qərarlaşmasının memarı hakimlərdi. Məsələn, 28-ci turda “Araz-Naxçıvan”ı (1:0) qəbul edən komanda 5-ci dəqiqədə haqsız penaltiylə hesabı açmış və sonda 3 xala yiyələnmişdi. 29-cu turun “Neftçi” – “Sumqayıt” matçında (1:1) isə bakılıların təmiz qolu sayılmamışdı. 32-ci turda evdə “Qarabağ”la qarşılaşan “Sumqayıt”ın qapısına penalti təyin edilməliydi. Lakin yenə ədalət tərəzisi düz göstərmədi! Siyahını genişləndirmək də olar. Amma sadalananlar yeganə günahkarın “Sumqayıt” olması demək deyil. Mən nə Samir Abasovun, nə də futbolçularının əziyyətinə kölgə salmaq fikrindəyəm. Çünki məhz öz ustalıqları, bacarıqları hesabına kifayət qədər qələbə qazanıblar. Belədə məsuliyyətin ən ağır yükü AFFA-nın üzərindədi. Ona görə ki, səlahiyyətli qurum belə problemlərin həllində aciz görünür. Ya özünü azarkeş kimi aparıb seyrçi rolunu oynayır, ya da bu problemin həllinə hələ sıra gəlməyib.

Mövsüm başlayandan bəri “Turan Tovuz” və “Sabah” hakimlərin fəaliyyətiylə bağlı etiraz bəyanatı yayıb. Bir çox baş məşqçi mətbuat konfranslarında irad bildirib. Hətta Qurban Qurbanov da! Hələ onun hakimə etiraz etdiyinə görə cəzalandırıldığı da bəllidi. Əsl səbəbkarlara gəlincə, bu barədə ciddi tədbir görülməyib. Düzdü, bir ara Elçin Məsiyevin təyinatlarının sayı xeyli azaldı. Kamranbəy Rəhimovu isə hələ də meydanlarda görmürük. Amma hər şey bununla həll olunmur. Ümumiyyətlə, bəlalar bir-iki hakimlə bağlı deyil. Demək olar ki, bütün hakimlərin ciddi narazılıq doğuran qərarlarının şahidi olmuşuq. İstər baş hakim kimi, istərsə də VAR hakimi kimi...

Hər halda, 2022-ci ilin yayında Hakimlər Komitəsinin sədri təyin olunan Barış Şimşək etimadı doğrultmadı. Onun AFFA ilə müqaviləsinin iki ay ömrü qalıb. Deyilənlərə inansaq, yola salınacaq və başqa əcnəbi mütəxəssislə əvəzlənəcək. Türkiyədə bacarıqlı hakim kimi ad qazanmış, Avropa meydanlarında tər tökmüş FİFA referisi Bakıda özünü göstərə bilmədi. Heç kim şübhə etmir ki, o, hakimliyimizin səviyyəsini qaldırmağa qadir deyil. Bu öz yerində... Avrokuboklara vəsiqə qazanmaq baxımından əhəmiyyətli matçlar bizi gözləyir. Belədə qeyd-şərtsiz qüsursuz idarəçiliyə ehtiyac var. Yoxsa komandaların uzun mövsüm ərzində çəkdiyi əziyyət heçə çevriləcək.

Ümumiyyətlə, futbolumuzda hakimlik səviyyəsinin yüksəldilməsi üçün kompleks addımlar atımalıdı. AFFA-nın yeni rəhbərliyi yazının girişində bəhs edilən problemlər sırasına, bəlkə daha irəli pillələrə məhz bu mövzunu qeyd etməlidi. Göründüyü kimi, hakimliyimiz həkimlikdi. Dərhal müalicəvi prosedurlara start verilməli, növbəti mövsüm üçün münbit zəminin əsası qoyulmalıdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

29-01-2024, 16:0

“Premyer-liqada yalnız təcrübəli hakimlər olmalıdı” - Fariz Yusifov da idarəçilikdən narazıdı

Ölkə futbolu / Manşet

19-04-2024, 11:0

“Bir komanda ev oyunlarını müxtəlif stadionlarda keçirirsə, bu özü də idman prinsipinin pozulmasıdı” - Firuz Abdulla

Dünya futbolu

30-10-2022, 14:0

TFF VAR-a əcnəbi hakimlər gətirəcək!

Premyer-liqa / Manşet

8-11-2023, 23:0

"Sabah" bəzi oyunlarda məhz Murad Musayevin mənfi təsiri nəticəsində məğlub olub”

Aktual
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
Son xəbərlər
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 19:18
    "Sabah" KuPS ilə üz-üzə - YENİLƏNİR
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 102
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə