• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“El Klasiko”nun nüfuzunun itməsində “Real”ın günahı yoxdu”

Dünya futbolu

22-04-2024, 20:0

Almaniya yığması ilə DÇ-2014-ün qalibi olmuş, “Real”, “Arsenal”, “Fənərbaxça”da oynamış və karyerasını ötən il başa vurmuş Məsut Özil İspaniyanın ünlü “Marka” nəşrinə maraqlı açıqlamalar verib.

“Football-plus.az” xəbər verir ki, hazırda 35 yaşı olan türkəsilli almaniyalı sabiq ulduz son dönəmlərdə trenajor zalına həvəs salıb. Onun əzələləli yeni görüntüsü sosial şəbəkələrdə marağa səbəb olub. Məsut həyatı, qarşıdan gələn “El Klasiko” və başqa məqamlar haqda danışıb:

“Futbol üçün darıxdığımı deməzdim. Karyeramla qürur duyuram. Amma bir il öncə qəbul etdiyim qərarı çox düşünəndən sonra verdim. Nə istədiyimi bilirdim. İndi ailəmlə birlikdə İstanbuldakı həyatın dadımı çıxarıram. İki övladımın böyüməsini görmək mənə zövq verir. Əslində karyeramı davam etdirmək üçün fürsətlərim var idi. Səudiyyə Ərəbistanı, Qətər və başqa ölkələrdən təkliflər almışdım. Amma davam etmək istəmədim və bu qərarıma görə də peşman deyiləm. Əvvəlki illərdə ailəmlə istədiyim qədər vaxt keçirə bilməmişdim. Ona görə də indi özümü onlara həsr edirəm. Başqa işlərim də var. Əmlak işi ilə məşğulam. Hobbilərimi də unutmuram. Stolüstü oyunlar oynamağı, hər gün idman zalına getməyi nəzərdə tuturam. Son hobbim isə atlara minməkdi. Bu, çox əyləncəlidi. Bu qədər idman zalına getməklə xüsusi bir hədəfim yoxdu. Bodibildinq dünyasından təklif gözləmirəm (gülür). Bunu, sadəcə, özüm üçün və formada qalmaq üçün edirəm. Evdə idman zalım var. Şəxsi məşqçi tutmuşam və hər gün bu şəkildə çalışıram. Kefim yaxşı olanda sabiq klublarımdan “Real”, “Arsenal” və “Fənər”in oyunlarına baxıram. Sonuncu dəfə “Real”ın “Siti”yə qarşı oyununu izlədim. “Siti” matçın böyük hissəsini üstün keçirdi. Amma “Real” ağıllı şəkildə müdafiə olundu. Rüdigerin sonuncu penaltisinin ardından “Hala Madrid” deyə yüksəkdən bağırdım. “Real”ın ÇL-i qazanacağına əminəm. Mənim oynadığım dönəmdə “El Klasiko” dünyanın bir nömrəli oyunu idi. Bizim bəxtsizliyimizdən həmin “Barsa” bəlkə də tarixinin ən güclü komandası idi. Qvardiolanın “Barsa”sı tam ayrı səviyyədə idi və indikindən çox fərqli idi. İndi insanlar “Liverpul” – “Mançester Siti” və ya premyer-liqanın başqa bir vacib oyununu daha üstün tutur. Təəssüf ki, “El Klasiko” əvvəlki nüfuzunu itirib. Amma “Real”ın burda heç bir günahı yoxdu. Çünki onlar hələ də dünyanın ən güclülərindən biridi. Problem “Barsa”dan qaynaqlanır. Çünki əvvəlki potensiallarından çox uzaqdılar. Qvaridola ilə Mourinyonun rəqabəti futbolun zirvə nöqtəsi idi. İndiyə qədər də bir çoxları o dönəm üçün darıxır. Gələcək haqda dəqiq bir söz deyə bilmərəm. Hələlik məşqçiliklə bağlı heç bir hədəfim yoxdu. İndiki durumumdan məmnunam. Bu cür həyatdan heç də sıxılmıram. Amma bir neçə ildən sonra nə olacağını deyə bilmərəm. Bu həftə “El Klasiko”nun favoriti, təbii ki, “Real”dı. Onlar qalib gəlsələr, yüz faiz çempion olacaqlar. Düzdü, “Barselona” da çarpışır, vuruşur. Bu mövsüm zədədən çox əziyyət çəkdilər. Həm də hakimlikdən çox şikayət edirlər. Bunun onlara faydası olmur. Bəzən özlərində də günah görməlidilər. Düzünü desəm, Benzema ayrılandan sonra “Real”ın yenə də yüksək səviyyədə qalması məni təəccübləndirdi. Arda Gülər “Fənər”də mənim üçün balaca qardaş kimi idi. Onu hər kəs yaxşı tanıyır. Ona görə də indi burda ona tərif yağdırmaq və üzərində əlavə təzyiq yaratmaq istəmirəm. Onun üçün yaranmış bu durumun öhdəsindən gəlmək asan deyil. Türkiyə kimi böyük bir ölkə gözünü ona dikib. Amma ona səbirli olmağı məsləhət görürəm. Əminəm ki, onun da bir gün zamanı gələcək. Hələ çox gəncdi. Məşqlərdə öyrənəcəyi çox şey var. Çünki dünya səviyyəli ulduzlarla birlikdə oynayır. Bəlkə də bu mövsüm və ya gələn mövsüm onun üçün özünü sübut etmək hələ tez olacaq. Amma isşlər qaydasında getməsə belə, Edeqor kimi örnəklər var. Onu da gənc yaşda oynaya bilməyəndə hər kəs tənqid edirdi. Amma bir neçə ildən sonra “Arsenal” kimi böyük klubun kapitanına və liderinə çevrildi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-04-2024, 10:0

Məsut Özil bu kluba sevgisini etiraf etdi

Dünya futbolu

17-12-2023, 14:0

Məsut Özil Di Kaprionun cavabını sərt verdi

Dünya futbolu

5-02-2023, 19:0

Məsut Özil karyerasını bitirdi?

Dünya futbolu

18-06-2022, 12:0

Özil futboldan ayrıldıqdan sonra nə edəcək?

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə