Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar turnirində 3,5 xalla sonuncu pillədə qərarlaşıb.
Görəsən, bu nəticəni istisnasız rəqiblərin güclü olmasıyla bağlamaq lazımdı, yoxsa Nicat turnirə hazırlıq prosesində hansısa səhvə yol verib? Bu sualı qrossmeyster Rauf Məmmədliyə ünvanladıq. O isə bizə “məncə, ayağında ağrılar var, ona görə belə oldu", - deyə çox qəribə cavab verdi.
Bildiyimizə görə, şahmat baş, zəka oyunuu. Baş oyununa ayağın nə dəxli?! Yəqin Rauf yeni nəzəriyyə kəşf edib…
GÜNAY SÜLEYMANOVA