• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

10-04-2024, 19:0

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" ötən həftənin maraqlı sitatlarını təqdim edir:

Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Barselona” Çempionlar Liqasında komandamıza qarşı oyuna qədər 10 gün istirahət edəcək. Bizi rəqabətli oyunlar gözləyir. Biz də10 gün istirahət etsəydik, belə şəraitə uyğunlaşardıq”.


Vircil van Diyk, “Liverpul”un müdafiəçisi:
“Mən emosional adamam, vidalaşmağı sevmirəm. Kloppun gedişi dəhşətli olacaq! Kapitan kimi, yəqin ki, nəsə deməliyəm, o gündən qorxuram. Mövsümün sonunda böyük uğur qazansaq, bu, bir az işimizi asanlaşdıracaq. Bu, bizim məqsədimizdi”.


Vyaçeslav Koloskov, Rusiya Futbol Federasiyasının fəxri prezidenti:
“Bu reytinq bizə nə verir? Heç nə, bunun bizə heç bir faydası yoxdu. Siyahıda irəliləmişiksə, yaxşı xəbərdi (Rusiya yığması FİFA-nın son reytinq cədvəlində 3 pillə irəliləməklə 35-ci yerə yüksəlib – R.Y.). Yoldaşlıq matçında Serbiyaya qalib gəlmişik, bu da əla nəticədi. Amma reytinqimizin artması ilə fəxr etməyə dəyməz. Xalların yenidən hesablanması bizə faydalı olmayacaq. Yığmamızın beynəlxalq yarışlardan kənarda qalması reytinqdəki dəyişikliyi bizim üçün mənasız edir. Bu reytinq bir müddət əvvəl komandamız üçün yalnız püşkatma zamanı əhəmiyyət daşıyırdı”.


Joao Feliş, “Barselona”nın hücumçusu:
“İstəyərdim ki, Xavi qərarını dəyişsin. Onun gözəl ideyaları var. Gənc məşqçidi. “Barselona”da onu çox sevirlər. Burda böyük oyunçular var və klubdaki rəqabət çox yüksəkdi”.


Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:
“Mənim Yürgenə böyük hörmətim var. Onun son 9 ildə “Liverpul”da gördüyü işlərə və bunu etdiyi üsula heyranam. Onun azarkeşlərlə daimi əlaqəsi var, komandada əla iş görüb. Amma mən diqqətimi hazırda “Bayer”ə cəmləmişəm. Nə vaxtsa “Liverpul”un baş məşqçisi olmaq şansından istifadə etmək qərarına gəlsəm, mənim bağlılığım, “Liverpul”a olan həvəsim orda olacaq. Niyə də yox?! Gəlin görək, yollarımız kəsişə bilərmi...”


Xuan Rubiales, İspaniya Kral Futbol Federasiyasının sabiq prezidenti Luis Rubialesin əmisi:
“Onun böyük ambisiyaları var. Bu, pula, dəbdəbəli həyata və seksə bağlı olan adamdı. Onunla aramızda bu baxımdan ciddi fərqlər var. Luis bir dəfə federasiyanın hesabına gənc qızların da iştirakıyla əyləncə gecəsi təşkil etmişdi. Onların fahişə olduqlarını deməzdim, 18-19 yaşlı qızlar idi. Luisə başını itirdiyini, onların onun qızı yerində olduqlarını dedim. Həmin tədbirin yolverilməz olduğunu düşünərək gecə boyunca otağımdan çıxmadım. O, hakimiyyətdən pul və seks qazanmaq üçün istifadə edirdi... Fikrimcə, psixoloji yardıma və sosial planda yenidən tərbiyələndirilməyə ehtiyac duyur. Luis avtoritar, seksist və bir qədər də irqçidi. Qardaşımın oğlu həm də patoloji yalançıdı”.


Zaza Canaşiya, Gürcüstan yığmasının sabiq hücumçusu:
“Futbolda nə desən, baş verə bilər. Mənə elə gəlir ki, qitə çempionatında yaxşı çıxış edəcəyik. Uşaqlar turnir başlayana qədər hər planda bir qədər də “artıracaqlar”. Onlar pley-off oyunlarında qələbənin necə dadlı olduğunu anladılar. Həm də azarkeşlərin komandanı necə dəstəklədiklərini gördülər. Gürcüstandan Almaniyaya çox azarkeş gedəcək? Ölkə əhalisinin 50 faizinin Almaniyada olacağına əminəm. Özüm 100 faiz orda olacağam. Bizim üçün Avropaya yollanmaq problem deyil. Bilet al və uç, ya da min maşına, düş yola. Yeri gəlmişkən, Zuqdididən olan dostlarım Kvaratsxeliyanın oyununu stadionda izləmək üçün maşınla Neapola yollanmışdılar”.


Xavyer Tebas, İspaniya La Liqasının prezidenti:
“Təhqirlərin böyük əksəriyyəti məhz irqçiliklə mübarizə hərəkatına başçılıq etmək qərarına gələn futbolçuya – Vinisius Juniora yönəlib. Bu məsələdə aparıcı rolu üzərinə götürənlər isə təhqirlərdən daha çox mənfi təsir alanlar olurlar. Amma belə hallara yol verilməməlidi. Çünki Vinisius məlum münasibətə layiq deyil. İrqçiliklə mübarizədə əsas rol oynayanları müdafiə etmək vacibdi”.


Bricit Makron, Fransanın prezidenti Emmanuel Makronun həyat yoldaşı:
“Əvvəla indiyədək bizə bəxş etdiklərinə və bundan sonra edəcəklərinə görə Kiliana təşəkkür edirik. Ona böyük ölçüdə “çox sağ ol” düşür. O, böyük çempiondu və Kilianın indi bizmlə birgə olmasıyla fəxr edirik. Odu ki, qarşıda baş verəcək hadisələri diqqətlə izləyəcəyik. Onun Yay Olimpiya Oyunlarında mümkün iştirakı ətrafında formalaşdırılan “sabun operası” haqda nə deyə bilərəm? İstənilən halda Mbappeyə “sağ ol” deməliyik. Sağ ol, Kilian”.


Duşan Vlahoviç, “Yuventus”un hücumçusu:
“Latsio” üzərində qələbəyə çox ehtiyacımız vardı (“Yuventus” İtaliya kubokunun ilk yarımfinal oyununda 2:0 hesabıyla qalib gəlib – R.Y.). Uğurlu nəticəyə çətinliklə nail olduq. Bundan sonra A seriyasındakı nəticələrimizi yaxşılaşdırmalıyıq. Neçə qol vuracağım və kimin məhsuldar ötürmə verəcəyi məni qətiyyən narahat etmir. Əsas odu ki, komanda qalib gəlsin. Futbolda əsas istəyim nədi? Hər bir futboçu Çempionlar Liqasının qalibi olmağı arzulayır. Mən də bu turnirdə çempion olmaq istəyirəm. Gələcəkdə bu arzuma çatmaq üçün əlimdən gələni edəcəyəm”.


Lamin Yamal, “Barselona”nın vingeri:
“Ötürmə planında Messiyə bənzəmək çox çətindi. “Barselona”da oynayarkən onun necə ötürmələr verdiyini yaxşı xatırlayıram. Məşqlərdə onun kimi etməyə çalışırdım. İndi PSJ ilə oyun ərəfəsində çox həyəcanlıyam. Bu, mənim Çempionlar Liqasının 1/4 finalında ilk sınağım olacaq. Öz oyunumuzu oynamalı və rəqibi üstələməliyik. Proqnozum nədi? 1:0 hesabıyla qalib gələcəyik. Qolu kim vuracaq? Mən”.
Xuan Rubiales, İspaniya Kral Futbol Federasiyasının sabiq prezidenti Luis Rubialesin əmisi: “Luis avtoritar, seksist və bir qədər də irqçidi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Maraqlı

26-09-2023, 22:0

Ötən həftənin sitatları

Yığma

22-12-2022, 13:0

Millimiz 2 pillə irəlilədi

Dünya futbolu

28-02-2023, 17:0

''Titullar bizi harınlaşdırdı'' - Van Diyk

Aktual
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Son xəbərlər
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
Daha çox
Oxunub: 701
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 239
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə