“Bu oyunda qələbə bizim üçün vacib idi” – Ramiz Məmmədov kimə təşəkkür etdi?

6.04.2024 17:30 210
Aktual / 1-ci liqa
Dünən 1-ci liqada 20-ci turun son matçında MOİK ilə "Şamaxı" üz-üzə gəldi.

Oyun "hərbiçilər"in 0:1 hesablı məğlubiyyəti ilə bitdi. Beləliklə, "Şamaxı" xalını 38-ə çatdıraraq 3-cü pillədə qərarlaşdı. Oyunla bağlı fikirlərini öyrənmək üçün "Şamaxı"nın baş məşqçisi Ramiz Məmmədova müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:

"Çətin oyun oldu. MOİK kimi çox layiqli və güclü komanda ilə oynayırdıq. İki fərqli hissə oldu. Birinci hissədə bizim üstün olsaq da, ikinci hissədə MOİK çox yaxşı çıxış etdi. İlk hissədə qol vəziyyətlərindən yararlana bilmədik. Bu oyunda qələbə bizim üçün vacib idi. Burdan da uşaqlara, rəhbərliyə təşəkkürümü bildirirəm. Gələcək matçlarda MOİK-ə, eləcə də bütün klublara uğurlar arzulayıram".

GÜNAY SÜLEYMANOVA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul