• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Lider dəyişdi, MY yenə xal itirdi – TURUN ŞƏRHİ

Dünya futbolu

3-04-2024, 18:0

İngiltərədə üç komanda arasında amansız çempionluq savaşı gedir.

"Football-plus.az" xəbər verir ki, hesabat turunun nəticələri liderliyə yüksələn “Liverpul”un işinə yaradı. ÇL-ə vəsiqə verən 4-cü yerə isə “Aston Villa” ilə “Tottenhem” can atır. Bu yerə iddiasını gizlətməyən MY xal itirdi.

Təqvimi tərtib edənlər “Mançester Siti” – “Arsenal” oyununu desert kimi sona saxlamışdı. Ancaq oyunun axarı gözləntiləri doğrultmadı. “Siti” oyun vaxtının əksər bölümündə topa nəzarət etsə də, bu üstünlüyü təhlükəli vəziyyətə çevirməkdə çətinlik çəkdi. “Arsenal”ın kəskin əks-hücumlar qurmaq planı isə yalnız fasiləyə qədər işlədi. Məsələn, Jezus iki dəfə zərbə mövqeyinə çıxsa da, hər iki halda qeyri-dəqiq oldu. “Siti”dən isə ilk yarı üçün uzaqbaşı Akenin zərbəsini xatırlaya bilərik. 2-ci hissədə meydan sahiblərinin ərazi üstünlüyü daha aşkar xarakter aldı, ancaq “topçular” mövqe müdafiəsində fəal idi. Hissənin sonunda “Arsenal” standart vəziyyətdən qol buraxa bilərdi. Ancaq künc zərbəsindən sonra Holann topa zərbə vurmağı bacarmadı. Qolsuz heç-heçə tərəflərdən heç birini sevindirmədi. Əvəzində məhz bu nəticə sayəsində zirvəyə yüksələn “Liverpul” sevindi.

“Liverpul” meydana əsas rəqiblərindən əvvəl çıxmışdı. “Qırmızılar”ın qonağı olan “Brayton” gözlənilmədən 2-ci dəqiqədə hesabı açdı. “Qağayılar”ın sol cinahda qurduqları sürətli hücumu Uelbek tamamladı. “Liverpul” cari mövsümdə heç də ilk dəfə hesabda geri düşmürdü, bu üzdən meydan sahibləru ruhdan düşmədi, planauyğun şəkildə təzyiqi artırdı. Tezliklə qol imkanları da yarandı, ancaq Salah Bredli ilə Makallisterin ötürmələrini “dəfn etdi”. Əvəzində Diasa çox şans lazım deyildi. O, 27-ci dəqiqədə qapıçı meydançasının xətti üzərindən topu yaxın “9-luğ”a göndərdi. “Liverpul”un oyunu yaxşı alınsa da, “Brayton”un zaman-zaman qurduğu sürətli hücumlar Kloppu narahat etməyə bilməzdi. Fasilədən sonra belə hücumların sayı azaldı, bunların çoxunu başlanğıc mərhələsində dayandırmaq mümkün oldu. Hücumda fəallığı artıran “Liverpul” hissənin ortalarında oyun üstünlüyünü qola çevirdi. Soboslai Makallisterə ötürmə verdi, onun zərbə mövqeyinə çıxardığı Salah isə topu qapıçının yanından ideal şəkildə tora göndərdi. Qalan müddət ərzində “Liverpul”un fərqi artırmaq şansı daha çox idi, nəinki “Brayton”un hesabı bərabərləşdirmək. Meydan sahiblərinin – Diasın 71-ci dəqiqədə vurduğu qol ofsayd üzündən sayılmadı. Ancaq iki qol da qələbə üçün bəs etdi.

Girişdə 4-cü yer uğrunda da amansız mübarizənin getdiyini vurğuladıq. Nə “Aston Villa” büdrədi, nə də “Tottenhem”. Birmingemlilər “Vulverhempton”u, “mahmızlar” isə “Luton”u məğlub etdi. Bu iki komandaya çatmağa çalışan “Mançester Yunayted” “Brentford”u məğlub edə bilmədi. Düzünə qalsa, heç-heçə belə “qırmızı şeytanlar” üçün mükafat idi. Əslində onlar böyük hesabla uduzmalıydılar. 1 xalı bəxtin ayağın yazmaq lazımdı. Oyuna qalsa, “Brentford”un futbolçuları bütün 90 dəqiqə ərzində imkanları inanılmaz şəkildə əldən verdilər.

Turnir cədvəlinin aşağı hissəsində də maraqlı hadisələr baş verməkdədi. Martın 18-də maliyyə qaydalarını pozduğuna görə 4 xaldan məhrum olunan “Nottingem Forest” “Kristal Pelas”la heç-heçə etməklə təhlükəli zonadan dərhal uzaqlaşdı, ora “Tottenhem”ə uduzan “Luton” yuvarlandı. Hesabat turunda həm “Bernli”, həm də “Şeffild Yunayted” xal topladı. Vensan Kompaninin “Bernli”si ardıcıl 3-cü məğlubiyyətsiz oyununu keçirdi. Bu komanda “Çelsi” ilə səfər oyununda 40-cı dəqiqədə azlıqda qalsa da, 81-ci dəqiqədə bərabərlik qolunu vura bildi. Şeffildlilər isə “Fulhem”lə oyunun gedişində 3:1 öndə olsalar da, endşpildə üstünlüyü əldən verdilər. Çətin ki, onlar çempionşipə yuvarlanmaqdan xilas ola bilələr. Amma “Bernli”nin elitada qalmaq ümidi davam edir. “Vest Hem”lə oyundakı “qol yağışı”ndan qalib ayrılan “Nyukasl” 8-ci pilləyə yüksəlsə də, oyunun gedişində zədə üzündən üç futbolçusunu itirdi. Onlardan biri – Lassells xaçvari bağlarını zədələdiyinə görə uzun müddətə sıradan çıxdı. Nəhayət, “Everton”u məğlub edən “Bornmut” “Fulhem”ə yaxınlaşdı. “Albalılar”ın sonda ilk “10-luğ”da yer alması tam real variantdı.

30-cu tur
Mançester Siti – Arsenal 0:0
(53533)
MS: Orteqa, Qvardiol, Ake (Lüis, 27), Diaş, Akanci, Rodri, Foden (Dokyu, 61), Kovaçiç (Qriliş, 61), De Bruyne, B.Silva, Holann.
Arsenal: Rayya, Kivyor (Tomiyasu, 66), Qabriel, Saliba, Uayt, Edeqor, Jorjinyo (Parti, 66), Rays, Jezus (Trossar, 72), Haverts, Saka (Martinelli, 78).
Liverpul – Brayton 2:1
Dias, 27. Salah, 65 – Uelbek, 2. (60061)
Liverpul: Kelleher, Qomes, Van Diyk, Kuansa, Bredli, Makallister, Endo, Soboslai (Qravenberh, 90+4), Dias (Qakpo, 89), Nunyes (Elliott, 83), Salah.
Brentford – Mançester Yunayted 1:1
Ayer, 90+9 – Maunt, 90+6. (17138)
MY: Onana, Dalot, Lindelöf (Martines, 69), Varan (Maquayr, 46), Van-Bissaka, Maktominey, Maynu (Kazemiro, 80), Reşford (Maunt, 80), Fernandeş, Qarnaço (Antoni, 59), Heylunn.
Tottenhem – Luton 2:1
Kabore, 51-öz qapısına. Son Hın Min, 86 – Çonq, 3. (61534)
Tottenhem: Vikario, Udoci, Drequşin, Romero, Porro, Bissuma (Rişarlison, 84), Sarr (Lo Çelso, 68), Verner, Meddison (Bentankur, 68), Kulusevski (Conson, 46), Son Hın Min (Heybyerq, 87).
Çelsi – Bernli 2:2
Palmer, 44-p.; 78 – Kallen, 47. O’Şi, 81. (39535)
Çelsi: Petroviç, Kukurelya, Badyaşil, Disasi, Hüsto (Gilkrist, 87), Kaysedo (Sterlinq, 74), Fernandes, Mudrik, Qallaher (Madueke, 63), Palmer, Cekson.
Nyukasl – Vest Hem 4:3
İsak, 6-p.; 77-p. Barns, 83; 90+1 – Antonio, 21. Kudus, 45+10. Bouen, 48. (52199)
Bornmut – Everton 2:1
Solanke, 64. Koulmen, 90+1-öz qapısına – Betu, 88. (11207)
Nottingem Forest – Kristal Pelas 1:1
Vud, 61 – Mateta, 11. (29520)
Şeffild Yunayted – Fulhem 3:3
Brereton Dias, 58; 69. Makberni, 68 – Palyinya, 62. De Kordova-Rid, 85. Muniz, 90+3. (30010)
Aston Villa – Vulverhempton 2:0
Diabi, 36. Konsa, 65. (42248)
1. Liverpul 29 20 7 2 67-27 67
2. Arsenal 29 20 5 4 70-24 65
3. Mançester S. 29 19 7 3 63-28 64
4. Aston Villa 30 18 5 7 62-42 59
5. Tottenhem 29 17 5 7 61-43 56
6. Mançester Y. 29 15 3 11 40-40 48
7. Vest Hem 30 12 8 10 49-54 44
8. Nyukasl 29 13 4 12 63-51 43
9. Brayton 29 11 9 9 51-46 42
10. Vulverhempton 29 12 5 12 42-46 41
11. Çelsi 28 11 7 10 49-47 40
12. Fulhem 30 11 6 13 46-47 39
13. Bornmut 29 10 8 11 43-53 38
14. Kristal Pelas 29 7 9 13 34-49 30
15. Brentford 30 7 6 17 42-55 27
16. Everton (-6) 29 8 7 14 30-41 25
17. Nottingem F. (-4) 30 6 8 16 36-52 22
18. Luton 30 5 7 18 43-62 22
19. Bernli 30 4 6 20 31-65 18
20. Şeffild Y. 29 3 6 20 27-77 15
Bombardirlər: Holann (MS) - 18, Uotkins (Aston Villa), Salah (Liverpul), Solanke (Bornmut) - 16, Bouen (Vest Hem), Son Hın Min (Tottenhem) – 15.
Növbəti turun oyunları aprelin 2-4-ü aralığında keçiriləcək: Nottingem Forest – Fulhem, Nyukasl – Everton, Bernli – Vulverhempton, Bornmut – Kristal Pelas, Vest Hem – Tottenhem, Arsenal – Luton, Brentford – Brayton, Mançester Siti – Aston Villa, Liverpul – Şeffild Yunayted, Çelsi – Mançester Yunayted.

Turun rəqəmi
26 – “Liverpul” cari mövsümdə hesabda geri düşdüyü oyunlarda bu qədər xal toplayıb. Mersisayd klubu bu göstəricidə top-10 liqalarda liderlik edir. İlk “5-lik”də “Auqsburq” (23), “Tottenhem”, “Jirona” (hərəyə 22) və “Mançester Siti” (21) də qərarlaşıb.

Turun ulduzu
Ben Brereton Dias (Şeffild Yunayted) – komandasının “Fulhem”in qapısına vurduğu üç qolun hamısında iştirak etdi. Çilili hücumçu əvvəlcə Makberninin asmasını tamamladı, ardından ona məhsuldar ötürmə verdi, iki dəqiqə sonra isə Hamerin ötürməsindən sonra topu tora göndərib dubl etdi. Ben bəxtindən şikayətlənməlidi. Onun belə möhtəşəm oyunu da “Şeffild Yunayted”ə qələbə qazandırmadı.

Turun sitatı
Roy Kin, MY-nin sabiq yarımmüdafiəçisi: “Holann oyununu yaxşılaşdırmalıdı. Dünyada hamıdan çox qol vurmasına baxmayaraq, qalan komponentlərdə oyunu parlaq təsir bağışlamır. Onun üslubu dördüncü divizion oyunçusunun səviyyəsini xatırladır”.
Faktlar
* MS Qvardiola dönəmində ilk dəfə “Arsenal”la evdəki premyer-liqa oyununda xal itirdi. “Şəhərlilər” əvvəlki 7 oyunun hamısında “topçular”ı məğlub etmişdi.
* “Liverpul”un ev oyunları ilə bağlı azarkeş sayı rekordu qırılıb. “Qırmızılar”ın “Brayton”la oyununu 60061 nəfər izləyib. Bu, “Enfild Roud”da premyer-liqa çərçivəsində azarkeş rekordudur. Arena 61276 yerlikdi.

Reaksiyalar
Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi:

“Bu oyun məni dərindən məyus etdi. Komandam oyunun axarını idarə etmək üçün lazımi inam və ustalıq göstərmədi. Rəqabətədavamlı olmaq üçün müxtəlif komponentlərdə oyunumuzu ciddi şəkildə gücləndirməliyik. Bu gün premyer-liqada vacib olan enerji və qol aclığı göstərə bilmədik. Müdafiədə çoxlu səhvə yol verdik”.

Ange Postekoğlu, “Tottenhem”in baş məşqçisi:
“Hər kəs nəyinsə uğrunda mübarizə aparır, “Luton” bizə təslim olmaq fikrində deyildi. Qələbəni haqq etməliydik, düşünürəm ki, bunu bacardıq. Buraxılan qola görə məyus oldum, onun qarşısını almaq mümkün idi. Düşünürəm ki, uşaqlar ümumilikdə sakitliyi qorudu. Onlar əla xarakter göstərdi”.

Erik ten Haq, MY-nin baş məşqçisi:
“Brentford” bu gün bizdən yaxşı idi. Rəqib daha artıq ehtiras, arzu və qətiyyət göstərdi. Biz isə bunu “Liverpul”la və bir çox başqa oyunda göstərmişdik. Mübarizə aparsaq da, “Brentford” xırda detallarda daha diqqətli və aqressiv idi. Hesabda önə çıxsaq da, qələbəni əldən verdik – çox məyusuq”.

Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:
“Hesabda geri düşməmək yaxşı olardı. Mənə görə, 4-5 top fərqli qələbə daha yaxşıdı. Ancaq bu, De Zerbinin “Brayton”una qarşı ən yaxşı oyunumuz idi. Yaxşı ki ağıllı oynaya, ağıllı müdafiə oluna bildik. Bu gün rahat idik. “Brayton” qeyri-adi səviyyəyə malikdi. Bu da bizim nə dərəcədə yaxşı olduğumuzu göstərir”.

Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Arsenal” qədər qol vəziyyətləri yaratmasaq da, çalışdıq. Rəqib müdafiədə çox yığcam təsir bağışladı. Yüksək pressinq sayəsində topu ələ keçirməyi bacarmadıq. Ona görə ki, rəqibin futbolçuları düzgün mövqelərdə qərarlaşırdılar. Bizim top itkilərimizdən sonra rəqibin bir neçə yaxşı imkanı oldu. Həmişəki kimi oynadıq. Ancaq meydanın rəqibə aid hissəsində oyunumuz yaxşı alınmadı. “Arsenal” yaxşı müdafiə olunur və pressinq edir”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Fenomenal mübarizə göstərdik – həm fərdi, həm də komanda baxımından. Çox ağır sınaqdan keçdik. “Arsenal” bu gün qalib gəlmək istəyirdi. Ancaq qələbə qazana bilmirsənsə, uduzmaq olmaz”.


Yeri gəlmişkən...
"Liverpul" yeni baş məşqçi ilə bağlı qərarını təsdiqləyib. İngiltərə mətbuatı xəbər verir ki, klub "Sportinq"in baş məşqçisi Ruben Amorimi "sükan arxasına" gətirməyi hədəfləyib. Portuqaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilə qədər olan mütəxəssisin təzminat məbləği 15 milyon avrodu. Komandanın hazırkı baş məşqçisi Yürgen Klopp mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Dünya futbolu

11-05-2022, 18:0

"Arsenal" "Mançester Siti"nin hücumçusunu transfer edə bilər

Dünya futbolu

7-12-2023, 19:0

“Arsenal”: ardıcıl 6-cı qələbə, özü də 90+7-ci dəqiqədəki qolla!

Dünya futbolu

27-12-2023, 20:0

Heyəti ən baha olan klublar hansılardı?

Dünya futbolu

10-10-2022, 13:0

"Arsenal" hazırda "Mançester Siti"dən daha yaxşıdı" - Qvardiola

Aktual
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
Son xəbərlər
  • Bu gün, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Bu gün, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Bu gün, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Bu gün, 21:51
    Dünya çempionu vəfat etdi
  • Bu gün, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Bu gün, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Bu gün, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Bu gün, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 82
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə