• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Əsas heyətdə meydana çıxanlardan taktiki baxımdan razı qaldım“ - Arif Əsədov

Yığma / Manşet

25-03-2024, 23:0

Azərbaycan millisi “FIFA series - Edition 2024” çərçivəsində Bolqarıstanla qarşılaşıb - 1:1.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra yığmamızın çalışdırıcısı Arif Əsədovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Maraqlı oyun oldu. Hər iki komanda yaxşı oynadı. Komandam bu oyuna çox istəkli çıxmışdı. Əzmkar oyun göstərdilər. Sona qədər qələbə qazanmaq haqda düşünürdük. Ani vəziyyətdə qol buraxdıq. Sonradan etdiyimiz əvəzetmələr oyunumuzu daha da gücləndirdi. Qol vurduq və bir neçə 100 faizli imkanlarımız var idi. Komanda istədiyimin 70-80 faizini yerinə yetirirdi. Birinci oyunda olduğu kimi qol epizodlarından istifadə edə bilməməyimiz öz sözünü dedi".


- Hakimlikdən razı qaldız?
- Bu haqda danışmaq istəmirəm. Hiss olunur ki, bəzi epizodlarda əleyhimizə qərarlar verirdi. Bu da komandamızı bərkidir. Komanda buna hazır olmalıdır ki, psixoloji baxımdan inkişaf edək.

- Millidə məğlub olmayaraq komandanı tərk edən baş məşqçi olmaq istəyirsiz, yoxsa uduzsanız da yolunuza davam etməyi fikirləşirsiz?
- Elə sualdı ki... Tarixə düşmək yaxşıdı. Amma oyunlara bu yöndən yanaşmırıq. Qısa müddətdə istədiyimi futbolçulara çatdırmağa çalışdım. Gələcəyə ümid verdik ki, oyunumuzu daha da inkişaf etdirə bilərik. Yeni oyunçular da özlərini yaxşı tərəfdən göstərdilər. Komandada rəqabət olarsa, inkişaf görəcəyik. Təəssüf ki, Vüsal İsgəndərli dünənki məşqdə zədələndi. Onu da Emil kimi bu oyunda da yoxlamaq niyyətindəydik. Məncə, özü haqda yaxşı təəssürat yaratdı. Məncə, bu uşaqları milliyə cəlb etmək lazımdı.

- Bu iki oyunda hücumlarımız çox oldu. Amma epizodlardan istifadə edə bilmirdik...
- Məşqlərdə işləyirdik ki, rəqibi pressinqdə saxlayaq. Əks-hücumlarımız da yaxşı alınırdı. Epizodları reallaşdırmağa gəldikdə, futbolçularımızı günahlandırmaq istəməzdim. Hücumdakı oyunçularımız hələ o formada deyil. Sevindirici haldı ki, Musa meydana girib qol vurdu. Klubuna qayıdanda ruh yüksəkliyi olacaq. Ramil Şeydayev "Qarabağ"dakı kimi deyil, amma əlindən gələni etdi. Renat Dadaşova gəldikdə, o da aktiv idi, qol duyumunu itirib. Musaya demişdim ki, cərimə meydançasının içində ol, o da bunu edib qol vurdu.

- Sonradan meydana daxil olanlar daha əzmkar oyun nümayiş etdirdi. Ceyhun Nuriyev və Emil Mustafayevdən razı qaldız?
- Əsas heyətdə meydana çıxanlardan taktiki baxımdan razı qaldım. Vacib olan intizamı pozmamaq idi. Komandamdan birinci yarıda bunu gördüm. Pressinq edirdik. Komanda tapşırıqları yaxşı yerinə yetirdi. Hazırlıq durumundan da çox şey asılıdır. Emil Mustafayevi götürsək, öz klubunda daim əsas heyətdə oynamır. Onu gücündən sonradan meydana buraxaraq istifadə etmək istəyirdik. Ceyhun Nuriyevi də sonradan meydana daxil etdik ki, hücum planında kömək olsun. Filip Ozobiçi də meydana buraxdıq. Risk edərək hücumu gücləndirdik. Sevindirici hal odur ki, son saniyədə komanda ikinci qolu da vurmaq istəyirdilər.

- Adətən köməkçi məşqçi olmusuz. Bu dəfə isə əsas baş məşqçi idiz. Bu iki görüşlərdə daha çox kiminlə məsləhətləşirdiz?
- Yanımda üç köməkçim var: Kamran Ağayev, Füzuli Məmmədov və İlham Yadullayev. Hamısından razıyam. Qısa müddətdə yaxşı işlər gördük. Məşqçilər korpusumuz kiçik idi, amma 10 nəfərin əvəzini verdik. Hər gün yığışıb, rəqiblərimizi analiz edirdik.

- Sosial şəbəkələrdə millini oyununa görə tərifləyirlər. Amma azarkeşlər Renat Dadaşov və Ramil Şeydayevdən narazıdılar...
- Təbii ki, bizim azarkeşlər rəqibdən asılı olmayaraq dominantlıq etməyimizi xoşlayırlar. Çalışdın ki, bu oyunlarda futbolçu resurslardan istifadə edim. Bizim futbolçular topla oynamağı, hücum etməyi sevir, nəinki müdafiə olunmağı. Çalışırdıq ki, hücuma oynayaq, müdafiəni də rəqibin zonasında quraq. Ki, müdafiədə problemlər olmasın. Uşaqlar da bunun öhdəsindən gəldi.

- Emin Mahmudovu hər iki matçda əvəzlədiz. Tam hazır deyil, yoxsa taktiki hazırlıq idi?
- İlk növbədə Eminin zədəsi ilə bağlı idi. Ona minnətdaram ki, toplanışa zədəli-zədəli gəlmişdi. Monqolustanla görüşdə oynatmaq istəmirdim. Amma kapitan kimi bildirdi ki, oynamaq istəyirəm. Oyunun gedişindən də görünürdü ki, şərtlik çox idi. Mərkəzdə mübarizələr çox idi. Hiss edirdim ki, Eminin ayağında ağrılar var və ona görə onu qoruduq.

- Elvin Cəfərquliyevin oyundan sonra hakimi təhqir etməsi hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələdir. Qurban Qurbanovla və ya Elvinin özü ilə danışıb, ona psixoloji dəstək vermək istəyirsiz?
- Son zamanlar Elvində bir az gərginlik var, psixoloji əsəbilikdir. Mənə elə gəlir ki, bu "Qarabağ"ın "Bayer" və "Braqa" ilə görüşlərdəki qırmızı vərəqələri ilə bağlıdır. Hiss olunur ki, həmin görüşlərdəki qırmızı vərəqələr ona psixoloji sarıdan təsir edib və ondan çıxa bilməyib. Oyundan öncə futbolçulara bildiririk ki, nələrə daha çox diqqət etməliyik. O da intizam qaydalarıdır. Məsələn, Belçika ilə matçda 10 nəfərlə qalmışdıq. Onsuzda çətin idi belə komandalara qaşrı oynamaq. Azlıda olanda isə səhvlərimiz daha çox görünür. Getdikcə Elvin psixoloji gərginlikdən çıxacaq və həm millidə, həm də Qurban Qurbanovun istədiyi amillərə diqqət edəcək.

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

22-03-2024, 23:0

"Sonda da olsa, qol vurub, qalib gəldik" - Arif Əsədov

Yığma / Manşet

25-03-2024, 22:0

“Azərbaycan millisi yaxşı komandadı”

Yığma / Manşet

24-03-2024, 18:0

"Bolqarıstanla matçda oyunumuzu ikinci zonada quracağıq"

Premyer-liqa / Manşet

25-02-2024, 19:0

"Bu gün daha dəqiq oynadıq"

Yığma / Manşet

5-03-2024, 23:0

Arif Əsədov ancaq yerli futbolçulara güvənəcək?

Yığma / Manşet

20-03-2024, 19:0

Musa gəldi, Arif Əsədov başqa futbolçuya ehtiyacı olmadığını dedi

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Dünən, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
  • Dünən, 12:55
    Fransadan Portuqaliyaya yollandı
Daha çox
Oxunub: 206
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 186
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə