Fəhmin Muradbəyli ölkənin ən perspektivli futbolçularından biri idi.
Bəli-bəli, məhz idi, onun haqda keçmiş zamanda danışmağa məcburuq. 1996-cı il martın 16-da Bakıda dünyaya gələn Fəhmin 28 yaşını tamamlayandan iki gün sonra futboldan ömürlük uzaqlaşdırıldı. Ölkədə “Neftçi”, “Səbail”, “Keşlə” (indiki “Şamaxı”) kimi klubların formasını geymiş hücumçunun sonuncu komandası “İrəvan” oldu. “Səbail” dönəmində məşqçisi olmuş Aftandil Hacıyevdən futbolçuyla bağlı düşüncələrini bölüşməsini istədik. Onun “Football-plus.az”a söylədikləri: