• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Postsovet məkanı avrokuboklarsız qaldı

Avrokuboklar

19-03-2024, 00:0

Martın 14-də Avropa Liqasının (AL) 1/8 finalının cavab oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, bununla da 1/4 finalın bütün iştirakçıları məlum oldu. İlk matçlarda (ötən həftə 31 qol qeydə alınmışdı) olduğu kimi, həlledici oyunlar da yetərincə məhsuldar keçdi: bu dəfə 8 oyunda qapılara ümumilikdə 30 qol vuruldu.

Xatırladaq ki, qrup mərhələsini lider kimi başa vuran 8 komanda - “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer-04” (Almaniya) birbaşa 1/8 finala vəsiqə qazanmışdı. Qruplarda 2-ci yeri tutan “Qarabağ”, “Frayburq” (Almaniya), “Marsel”, “Tuluza”, “Renn” (hamısı Fransa), “Sparta” (Çexiya), “Sportinq” (Portuqaliya) və “Roma” (İtaliya) isə bu mərhələyə vəsiqə verən iki oyundan ibarət pley-offda Çempionlar Liqasının qruplarında 3-cü yeri tutan komandalar - “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor” (Ukrayna) ilə qarşılaşmış, qaliblər AL-in 16 ən yaxşı iştirakçısı sırasına daxil olmuşdular.

Təəssüf ki, avrokuboklardakı yeganə təmsilçimiz sensasiya edə bilmədi. “Qarabağ” cari mövsümdə çıxış etdiyi heç bir turnirdə məğlub olmayan və Almaniya bundesliqasında inamla liderlik edən “Bayer-04” ilə bacardığı qədər rəqabət apardı. Son çempionumuz qrupda xal ala bilmədiyi (1:5, 0:1) rəqiblə bu ay keçirdiyi hər iki matçda qələbəni son dəqiqələrdə əldən verməklə qitə futbol ictimaiyyətini əməlli-başlı təəccübləndirdi. Mərhələni keçməklə daha bir sensasiyanı reallaşdıra bilməsə də, “Qarabağ”ın tarixində ilk dəfə göründüyü 1/8 finaldakı çıxışı alqışalayiqdi! Bu faktı xüsusi qeyd etməliyik: ağdamlıların mübarizəni dayandırması ilə postsovet məkanı üçün avrokuboklar mövsümü başa çatdı.

Almaniyanın bu mərhələdəki digər təmsilçisi “Frayburq” evdə “Vest Hem”ə minimal hesabla qalib gəlsə də, Londonda darmadağına (0:5) məruz qaldı. Xatırladaq ki, bu cüt də eyni qrupda yarışmış, İngiltərə klubu “Frayburq”dan 6 xal (2:1, 2:0) almışdı. Bir qrupda oynayan digər komandalar isə “Atalanta” və “Sportinq” idi. İtaliya klubu qrupda 4 xal (2:1, 1:1) aldığı lissabonlulara bu dəfə də eyni hesablarla üstün gələrək 1/4 finala adladı. Portuqaliyanı növbəti mərhələdə yalnız “Benfika” təmsil edəcək. Lissabonlular evdə heç-heçəyə (2:2) razılaşdıqları “Reyncers”i Şotlandiyada minimal hesabla məğlub etdilər.

Premyer-liqa 1/8 finalda üç təmsilçisindən birini itirdi. Romadakı ilk oyunda eyniadlı rəqibinə 4 cavabsız qolla uduzan “Brayton”un gücü evdə yalnız 1:0 hesablı qələbəyə çatdı. Bu komandanın qitə kuboklarında cari mövsümdə debüt etdiyini xatırladaq. “Liverpul” isə gözlənildiyi kimi, “Sparta” ilə cavab görüşündə də heç bir çətinlik çəkmədi: Çexiyada 5:1 hesabıyla qalib gələn Yürgen Kloppun komandası “Enfild”də daha böyükhesablı darmadağına imza atdı. Zədəsini yenicə sağaldan Salahın 6:1 hesablı qələbədə 1 qol və 3 məhsuldar ötürmə ilə böyük rol oynadığını qeyd edək.

İtaliyanın hər üç komandası bu mərhələdə uğurlu çıxış etdi. “Milan” evdə 4:2 hesabıyla üstün gəldiyi “Slaviya”nı Çexiyada da məğlub etdi. Marqlıdı ki, praqalılar ilk oyunda olduğu kimi, cavab görüşünün də ilk hissəsində meydanda on nəfərlə qaldılar: Milandakı matçın 26-cı dəqiqəsində Diuf qarşısında birbaşa qırmızı vərəqə görmüşdüsə, bu dəfə Qoleş Kalabriyaya qarşı kobud hərəkətinə görə 20-ci dəqiqədə eyni aqibəti yaşadı. Hakim sonda milanlıların 3:1 hesablı qələbəsini qeydə aldı.

Əslində Vilyarrealda keçirilən cavab görüşünə maraq böyük ölçüdə itmişdi. Ona görə ki, eyniadlı komanda səfərdəki ilk matçda “Marsel”dən 4 cavabsız top buraxmışdı. Növbəti mərhələyə vəsiqə qazanmaq şansını praktiki cəhətdən əldən verən İspaniya təmsilçisi evdə ardıcıl 3 qol vurmaqla azarkeşlərini ümidləndirmişdi. Lakin son dəqiqələrdə topu qapısında görməklə La Liqanın AL-dəki sonuncu uğursuzu oldu.

1/8 final, cavab oyunları
Atalanta (İtaliya) - Sportinq (Portuqaliya) 2:1 (ilk oyun - 1:1)
Lukmen, 46. Skamakka, 59 – Qonsalveş, 33.
Atalanta: Musso, Cimşiti, Hin, Kolaşinats, Holm, De Roon, Ederson (Koopmeyners, 64), Bakker (Zappakosta, 46), Mirançuk (Paşaliç, 76), Skamakka (De Ketelare, 64), Lukmen (Ture, 85).
Sportinq: İsrael, Sen-Jüst (Kuarejma, 73), Diomande, İnasio, Esqayo (Katamo, 61), Yulmann, Qonsalveş (Braqansa, 36), Reys (Santuş, 61), Edvards, Trinkan (Paulinyo, 74), Dyökereş.
Liverpul (İngiltərə) - Sparta (Çexiya) 6:1 (5:1)
Nunyes, 7. Klark, 8. Salah, 10. Qakpo, 14. Soboslai, 48. Elliott, 55 – Birmançeviç, 42.
Liverpul: Kelleher, Bredli, Kuansa (Van Diyk, 66), C.Qomes (Tsimikas, 46), Robertson, Endo (Makkonnell, 46), Klark (Musyalovski, 74), Soboslai, Salah, Qakpo, Nunyes (Elliott, 46).
Brayton (İngiltərə) - Roma (İtaliya) 1:0 (0:4)
Uelbek, 37.
Brayton: Verbrüggen, Lempti (Ferqyuson, 61), Dank, Van Hekke, Estupinyan (İqor, 61), Qross, Gilmor (Baleba, 85), Lallana (Buonanotte, 53), Enkiso (Fati, 53), Adinqra, Uelbek.
Roma: Svilar, Çelik, Mançini, Ndika, Spinatsola, Bove, Kristante, Pelleqrini, Zalevski (Lyorente, 73), Baldantsi (Auar, 83), Azmun (Koşta, 90+3).
Vilyarreal (İspaniya) - Marsel (Fransa) 3:1 (0:4)
Kapu, 32. Sörlot, 54. Moskera, 86 – Kloss, 90+4.
Vilyarreal: Yorgensen, Femenya (Komesanya, 84), Beyi (Moskera, 50), Mandi, Kueka, Kapu (Morales, 84), Parexo, Koklen (Baena, 66), J.Moreno, Sörlot, Gedeş.
Marsel: P.Lopes, Kloos, Meyte, Mbemba, Balerdi, Unay (Enrike, 78), Merlen, Veretu, Kondoqbiya, Ndiaye (Harit, 46), Sarr (Obameyanq, 46).
Slaviya (Çexiya) - Milan (İtaliya) 1:3 (2:4)
Yurasek, 84 - Pulişiç, 33. Loftus-Çik, 36. Leao, 45+6.
Milan: Menyan (Sportyello, 21), Ernandes, Qabbya, Tomori (Tiav, 46), Kalabriya (Kalulu, 46), Adli, Musa, Pulişiç (Çukvueze, 62), Loftus-Çik (Reynders, 76), Leao, Jiru.
Vest Hem (İngiltərə) - Frayburq (Almaniya) 5:0 (0:1)
Paketa, 9. Bouen, 32. Kressuell, 52. Kudus, 77; 85.
Vest Hem: Fabianski, Tsoufal, Mavropanos, Zuma, Kressuell, Souçek, Alvares (Fillips, 86), Paketa (Uord-Prouz, 62), Kudus (Erti, 86), Bouen (İnqz, 86), Antonio (Conson, 78).
Frayburq: Atubolu, Sildilya (Röl, 68), Qulde (Kübler, 62), Günter, Ginter, Höfler (Musliya, 62), Doan, Eqqeştayn, Höler (Filipp, 68), Qrifo (Qreqoriç, 46), Şolloi.
Reyncers (Şotlandiya) - Benfika (Portuqaliya) 0:1 (2:2)
R.Silva, 66.
Benfika: Trubin, Bax, A.Silva, Otamendi, Eursnes, Neveş, Florentinu, Di Mariya (Joao Mario, 89), Neres (Kökçü, 65), R.Silva (Quveyya, 90+2), Leonardo (Tenqstedt, 46).
Bayer-04 (Almaniya) - QARABAĞ (AZƏRBAYCAN) 3:2 (2:2)
Frimponq, 72. Şik, 90+3; 90+8 - Zubir, 58. Juninyo, 67.
Bombardirlər: Obameyanq (Marsel) – 9, Lukaku (Roma) – 7, Joao Pedro (Brayton) - 6.

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

17-09-2023, 18:0

Avropa Liqası, 2023/24 mövsümü - TƏQVİM

Ölkə futbolu / Avropa Liqası

23-02-2024, 15:0

Avropa Liqasında 1/8 finalın püşkü atıldı

Avropa Liqası

1-09-2023, 10:0

Avropa Liqasının qrup mərhələsinin bütün iştirakçıları

Dünya futbolu

26-02-2024, 18:0

Obameyanq Falkaonu keçib AL-in ən yaxşı bombardiri oldu

Avropa Liqası

1-09-2023, 16:0

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqası

18-12-2023, 17:0

Avropa Liqasında pley-off cütləri bəlli oldu

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə