İmişli təmsilçisi fasilədən sonra qarşılaşdığı “Göygöl”ü (5:0) və “Kürmük Qax”ı (4:1) məğlub etməklə çempionatda 7-ci pilləyə yüksəlib. Görəsən, fasilə zamanı komandada hansı dəyişikliklər edilib? Heyət dəyişib, yoxsa komandanın oyun üslubu? Bu suallara cavab tapmaq üçün “Kür-Araz”ın çalışdırıcısı Ələmdar Mustafayevlə danışdıq:
“Heyətdə heç bir dəyişiklik etməmişik. Sadəcə, 2-ci dövrəyə daha ciddi hazırlaşmışıq. Daha baxımlı futbol oynamağa çalışırıq. Hədəfimiz futbolçularımızın ustalığını daha da artırmaq, turnir cədvəlində yuxarı pillələrdən birində olmaqdı”.
KAMAL SƏFƏR




