Bu gün Avropa Liqasının 1/8 final mərhələsində “Bayer-04”ün qonağı olacaq “Qarabağ” yenə tarix yazmağa çalışacaq.
Qurban Qurbanovun komandası Bakıda keçirilən qarşılaşmada “aspirinlər”lə heç-heçə etmişdi - 2:2. Bu gün “BayArena”da keçiriləcək cavab görüşündə isə cütün taleyinə aydınlıq gələcək. Bəs bu tarixi görüşü izləmək üçün AFFA rəsmilərindən Almaniyaya gedən olacaqmı? Bu barədə məlumat əldə etmək üçün AFFA-nın İnformasiya və İctiamiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliylə əlaqə saxladıq:
“Xeyr. Hazırda AFFA rəsmilərindən Almaniyada heç kim yoxdu”.
KAMAL SƏFƏR