Maraqlı məqam budu ki, “ağ-qaralar”ı baş məşqçi kimi meydana İlkin Hacıyev çıxarıb. Bu məqam diqqətimizi çəkdi. Axı “Neftçi” İK-nın baş məşqçisi Hacıbala Abdullazadədi. Son turdakı yoxluğunun səbəbini öyrənmək üçün onunla əlaqə saxladıq:
“Vaxtım olmadığından oyunlara gəlib-gedə bilmirəm. Hazırda komandanın əlaqələndiricisiyəm. Çempionat bitənə qədər İlkin Hacıyev baş məşqçi olacaq. Çempionat bitəndən sonra qərar veriləcək”.
ƏSƏD SEYİDOV



