• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal” zirvəyə qayıtdı – TURUN ŞƏRHİ

Dünya futbolu

12-03-2024, 21:0

Şənbə günü “Brentford”u məğlub edən “Arsenal” ertəsi keçirilən “Liverpul” – “Mançester Siti” oyununda hər iki komandanın xal itirməsini arzulayırdı ki, belə də oldu.

"Football-plus.az" xəbər verir ki, turun ən gözlənilməz nəticəsi isə “Aston Villa”nın evdə “Tottenhem” önündəki darmadağınıdı. Bu gedişlə birmingemlilər tezliklə 4-cü pilləni “mahmızlar”a təhvil verəcək. Hələ “ÇL zonası”na can atan “Mançester Yunayted” də var.

“Arsenal” – “Brentford” oyunu çempionluq yarışı kontekstində vacib idi. “Liverpul”la “Mançester Siti”nin qarşılaşacağını nəzərə alsaq, “topçular” qələbəyə ciddi ehtiyac duyurdu. Ancaq qələbə onlara heç də asan başa gəlmədi. Baxmayaraq ki, hər şey yaxşı başlamışdı. İlk dəqiqələrdən topa nəzarət edən “Arsenal” planauyğun şəkildə təzyiqi artırdı və tezliklə hesabı açdı – Uaytın ötürməsindən sonra Rays başla topu qapının sol küncünə göndərdi. Qoldan sonra da meydanda heç nə dəyişmədi. Təhlükəli vəziyyətləri sıralayan “Arsenal” fasilə ərəfəsində gözlənilmədən qol buraxdı. Ramsdeylin kobud səhvindən sonra Vissadan səkən top tora düşdü. “Arsenal” fasilədən sonra yaradıcı oyunu davam etdirsə də, son dəqiqələrə qədər tabloda 1:1 hesabı yanırdı. Belə görünürdü ki, “topçular” ardıcıl 7 qələbədən sonra xal itirəcək. Amma yox, təzyiq sonda nəticə verdi. Assistent rolunu yenə Uayt yerinə yetirdi, qolu isə Haverts vurdu. Qələbə hesabını qoruyan “Arsenal” zirvəyə yüksəldi. Londonluların orda qalıb-qalmayacağı isə “Liverpul” – MS oyunundan sonra bilinəcəkdi.

“Liverpul” – MS oyunları onsuz da gərgin mübarizə şəraitində keçdir. Kloppun yayda “qırmızılar”dan ayrılacağını elan etməsi bu oyuna əlavə rəng qatırdı. Axl almaniyalı mütəxəssis “Liverpul”un baş məşqçisi kimi sonuncu dəfə Qvardiola ilə üz-üzə idi. İlk yarı bərabər mübarizə şəraitində keçsə də, MS fasiləyə üstün yollandı. De Bruyne künc zərbəsindən qapıçı meydançasına asma etdi, Makallisterlə mübarizədən qalib ayrılan Ake Stounzun önün açdı, o isə topu tora göndərdi. 2-ci hissə “Liverpul”un diqtəsi altında keçdi. Meydan sahibləri Nunyesin sayəsində debütdə penalti qazandı, Makallister hesabı bərabərləşdirmək imkanını əldən vermədi. “Liverpul” dəfələrlə irəli çıxa bilərdi, ancaq “qırmızılar”ın hardasa bəxti gətirmədi, hardasa oyunun gedişində zədələnən Edersonu əvəz edən Orteqa yaxşı oynadı. “Siti” də sonda qələbə topunu vura bilərdi, ancaq Dokyunun zərbəsi dirəkdən döndü. Elə həmin Dokyu 8-ci uzatma dəqiqəsində mübahisəli vəziyyətin yaranmasına səbəbkar oldu. Belçikalı cərimə meydançasında Makallisterə qarşı kobud oynasa da, hakim penalti təyin etməməklə Kloppu qəzəbləndirdi.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan MY-yə xal hesabını artırmaq lazımdı. Bir halda ki, rəqib “Everton” idi. “Göylər” “Yunayted”i səfərdə sonuncu dəfə 2013-cü ilin dekabrında məğlub etmişdi. Oyunun əvvəlində mersisaydlılar üstün təsir bağışladılar, meydan sahiblərinin qapıçısı Onananı təzyiq altında saxladılar. Ancaq Qarnaço Tarkovski ilə mübarizədə penalti qazandı və Fernendeş hesabı açdı. “Everton” ruhdan düşməyərək hücumları davam etdirdi. Maknilin zərbəsində azca dəqiqlik çatmadı, Qarnerin zərbəsinin öhdəsindən isə Onana gəldi. 36-cı dəqiqədə hakim qonaqların qapısına 2-ci dəfə penalti təyin etdi. Bu dəfə “nöqtə”yə Reşford yaxınlaşdı və o da zərbəni dəqiq yerinə yetirdi. “Everton” fasilədən sonra oyunun axarını dəyişməyə çalışsa da, daha çox boş zona qazanan Ten Haqın yetirmələri Pikfordun qapısı önündə təhlükəli vəziyyətlər yaratdı. Yorulmaq bilməyən Qarnaço tez-tez hücumun sivri ucunda görünürdü, ancaq onun zərbələrində dəqiqlik çatmadı.

“Aston Villa”nın qonağı olan “Tottenhem” qələbə sayəsində bu komandaya yaxınlaşacağını bilirdi. Düzdü, birmingemliləri səfərdə məğlub etmək asan deyil. “Mahmızlar” topa daha çox nəzarət etsə də, Martinesin qapısı önündə təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdi. Elə meydan sahibləri də qeyri-dəqiq zərbələrdən başqa hücumda heç nə ilə yadda qalmırdı. Maraqlıdı ki, ilk yarı boyunca komandalardan heç biri “çərçivə”yə zərbə vurmadı. 2-ci hissənin əvvəlində Postekoğlu məcburi dəyişiklik etdi və bundan dərhal sonra “Tottenhem” irəli çıxdı. 50-ci dəqiqədə Meddison hesabı açdı, 3 dəqiqə sonra isə Conson fərqi artırdı. Önəmli üstünlük qazanan qonaqlar oyunu sakitləşdirməyə çalışdı. Elə bu məqamda Makqinn “Aston Villa”nın vəziyyətini bir qədər də çətinləşdirdi. Kapitan Udoci qarşı kobud “sürüşmə” fəndi işlətməklə komandasını azlıqda qoydu. Sonda Son parladı: koreyalı həm özü qol vurdu, həm də Vernerin fərqlənməsinə şərait yaratdı.

Turun qalan oyunlarına gəlincə, “Bornmut” – “Şeffild Yunayted”, “Kristal Pelas” – “Luton”, “Vest Hem” – “Bernli” oyunlarında heç-heçə qeydə alındı. “Vulverhempton” “Fulhem”i, “Brayton” “Nottingem Forest”i minimal hesabla məğlub etdi. Dünən axşam keçirilən son oyunda isə “Çelsi” “Nyukasl”dan üstün oldu.

28-ci tur
Arsenal – Brentford 2:1
Rays, 19. Haverts, 86 – Vissa, 45+4. (60331)
Arsenal: Ramsdeyl, Kivyor (Zinçenko, 79), Qabriel, Saliba, Uayt, Edeqor (Parti, 90+5), Jorjinyo (Jezus, 70), Rays, Trossar (Nelson, 79), Haverts, Saka.
Liverpul – Mançester Siti 1:1
Makallister, 50-p. – Stounz, 23. (59947)
Liverpul: Kelleher, Qomes, Van Diyk, Kuansa, Bredli (Robertson, 61), Soboslai (Salah, 61), Endo, Makallister, Dias, Nunyes (Qakpo, 76), Elliott.
MS: Ederson (Orteqa, 56), Ake, Akanci, Uoker, Rodri, Stounz, Alvares (Dokyu, 69), De Bruyne (Kovaçiç, 69), B.Silva, Foden, Holann.
Aston Villa – Tottenhem 0:4
Meddison, 50. Conson, 53. Son Hın Min, 90+1. Verner, 90+4. (42310)
Tottenhem: Vikario, Udoci, Van de Ven (Drequşin, 49), Romero, Porro, Bissuma, Sarr (Bentankur, 70), Conson (Heybyerq, 88), Meddison (Verner, 88), Kulusevski, Son Hın Min.
Mançester Yunayted – Everton 2:0
Fernandeş, 12-p. Reşford, 36-p. (73601)
MY: Onana, Lindelöf, Evans (Kambvala, 89), Varan, Dalot, Maynu (Amrabat, 79), Kazemiro, Qarnaço (Antoni, 83), Fernandeş, Maktominey, Reşford.
Bornmut – Şeffild Yunayted 2:2
Uattara, 74. Ünal, 90+2 – Hamer, 27. Robinson, 65. (11074)
Vulverhempton – Fulhem 2:1
Ayt-Nuri, 52. Kerni, 67 – İvobi, 90+9. (30960)
Kristal Pelas – Luton 1:1
Mateta, 11 – Vudrou, 90+6. (25103)
Brayton – Nottingem Forest 1:0
Omobamidele, 29-öz qapısına. (31505)
Vest Hem – Bernli 2:2
Paketa, 46. İnqz, 90+2 – Fofana, 11. Mavropanos, 45+1-öz qapısına. (62441)
Çelsi – Nyukasl 3:2
Cekson, 6. Palmer, 58. Mudrik, 76 – İsak, 43. Mörfi, 90.
1. Arsenal 28 20 4 4 70-24 64
2. Liverpul 28 19 7 2 65-26 64
3. Mançester S. 28 19 6 3 63-28 63
4. Aston Villa 28 17 4 7 59-41 55
5. Tottenhem 27 16 5 6 59-39 53
6. Mançester Y. 28 15 2 11 39-39 47
7. Vest Hem 28 12 7 9 45-49 43
8. Brayton 28 11 9 8 50-44 42
9. Vulverhempton 28 12 5 11 42-44 41
10. Nyukasl 27 12 4 11 57-45 40
11. Çelsi 26 10 6 10 44-43 36
12. Fulhem 28 10 5 13 40-44 35
13. Bornmut 27 8 8 11 37-49 32
14. Kristal Pelas 28 7 8 13 33-48 29
15. Brentford 28 7 5 16 40-52 26
16. Everton (-6) 28 8 7 13 29-39 25
17. Nottingem F. 28 6 6 16 34-50 24
18. Luton 27 5 6 16 38-55 21
19. Bernli 28 3 5 20 27-62 14
20. Şeffild Y. 28 3 5 20 24-74 14
Bombardirlər: Holann (MS) - 18, Uotkins (Aston Villa) – 16, Salah (Liverpul) – 15, Solanke (Bornmut), Bouen (Vest Hem), Son Hın Min (Tottenhem) – 14.
Növbəti turun oyunları martın 16-17-də keçiriləcək: Bernli – Brentford, Luton – Nottingem Forest, Fulhem – Tottenhem, Vest Hem – Aston Villa, Brayton – Mançester Siti.
“Arsenal” – “Çelsi”, “Vulverhempton” – “Bornmut”, “Kristal Pelas” – “Nyukasl”, “Mançester Yunayted” – “Şeffild Yunayted”, “Everton” – “Liverpul” oyunları ölkə kubokunun 1/4 final mərhələsinə görə təxirə salınıb.

Turun rəqəmi
30 – Klopp ilə Qvardiola 30-cu dəfə üz-üzə gəldi. Almaniyalı mütəxəssis bu oyunların 12-də, ispaniyalı mütəxəssis 11-də qalib gəlib, daha 7 oyun heç-heçə bitib.

Turun ulduzu
Son Hın Min (Tottenhem) – turun ən önəmli oyunlarından birinin taleyini həll etdi. İlk yarıda “kölgəyə çəkilsə” də, fasilədən sonra meydanda “at oynatdı”. Korealı əvvəlcə Consonun fərqlənməsinə şərait yaratdı. Uzatma dəqiqələrində isə özü də qol vurdu, Vernerə də yardım etdi.

Turun sitatı
Ceymi Karrager, İngiltərə yığmasının sabiq oyunçusu:

“Premyer-liqanın arzusu son tura qədər titul uğrunda döyüşən iki komandanın olmasıdı. Bunların sayının üç olması isə neytral azarkeş üçün cənnət həzzidi”.


Reaksiyalar
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Oyundan və nəticəni necə əldə etməyimizdən çox razıyam. Cəsarət göstərdik və buna görə mükafatlandırıldıq. Qələbəni haqq etdik. Bu stadionda ən gözəl şey səhvlərdən sonra da dəstək görməkdi. Həll etməli olduğumuz müəyyən problemlər var idi. Bunu bacaracağımıza əmin idik. Nəyə daha çox sevinirəm – liderliyə, yoxsa bu qələbənin xarakterinə görə? Qələbənin xarakterinə görə - 100 faiz belədi. Göstərdiyimiz ruh məni sevindirdi”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Həqiqətən yaxşı başladıq, ancaq “Liverpul” qeyri-adi komandadı. Rəqibə penalti “bağışlayandan” sonra əziyyət çəkdik. Bu 1 xaldan razıyıq. İlk yarıda təşəbbüsə malik olduq, çoxlu qol vəziyyəti yaratdıq. Azarkeşlər üçün də yaxşı oyun oldu. “Enfild”də oynamağın nə dərəcədə çətin olduğunu bilirəm. “Etihad”da da çətindi, “Liverpul” bizim stadionda 8 ildi qalib gələ bilmir. Hər iki komanda əsl döyüşçüdü. Mən qalib gəlməyə üstünlük verərdim, ancaq rəqib də uzun illərdi səviyyəsini göstərir. Qarşılıqlı hörməti göstərmək üçün Klopp ilə qucaqlaşmağımıza ehtiyac yoxdu. O öz klubu müdafiə edir, mən də öz klubumu. İrəlidə hələ 10 oyun var, hər şey baş verə bilər”.


Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:

“İlk 10 dəqiqədə tələsirdik, MS daha yaxşı idi. İkinci hissədə isə çox yaxşı oynadıq. Əlbəttə, rəqibin dirəkdən dönən topu oldu, ancaq biz də iki-üç qol vurmalıydıq. Fantastik dərəcədə yüksək oyun səviyyəsi idi. Hesab edirəm ki, ilk dəfə həqiqi yerimizdə olduğumuzu sübut etdik. Sona qədər döyüşəcəyik. “Mançester Siti”nin nə vaxtsa bugünkü qədər əziyyət çəkdiyini xatırlamıram”.


Faktlar
* “Arsenal” yeni təqvim ilindəki ilk 8 premyer-liqa oyununun hamısında qalib gələn 4-cü komandadı. Maraqlıdı ki, əvvəllər buna nail olan üç komandanın hər biri sonda çempionluq qazanıb – “Mançester Yunayted” 2009-cu, “Liverpul” 2020-ci, “Mançester Siti” 2021-ci ildə.
* MS-nin yarımmüdafiəçisi De Bruyne komandanın 2024-cü ildə vurduğu 13 qolda yaxından iştirak edib. “Liverpul”la oyunda Stounz məhz onun ötürməsindən sonra fərqləndi. 32 yaşlı belçikalı bu il meydana çıxadığı 12 oyunda 2 qol vurub, 11 məhsuldar ötürmə verib. Onun mövsümün ilk yarısını zədə üzündən buraxdığını da xatırladaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-08-2022, 23:0

"Mançester Yunayted" darmadağın oldu

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Dünya futbolu

27-12-2023, 20:0

Heyəti ən baha olan klublar hansılardı?

Dünya futbolu

7-12-2023, 19:0

“Arsenal”: ardıcıl 6-cı qələbə, özü də 90+7-ci dəqiqədəki qolla!

Dünya futbolu

28-05-2023, 19:0

Premyer-liqanın rəmzi komandası

Dünya futbolu

11-05-2022, 18:0

"Arsenal" "Mançester Siti"nin hücumçusunu transfer edə bilər

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 242
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 215
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə