“Rendulici Murad Musayevlə müqayisə etmək qətiyyən düzgün deyil” – niyə?

11.03.2024 16:30 212
Aktual / Ölkə futbolu
Bildiyiniz kimi, “Sabah” martın 5-də xorvatiyalı Krunoslav Renduliclə ilyarımlıq müqavilə bağlayıb.

Yeni və iddialı baş məşqçinin komandaya nə verəcəyi maraqla gözlənilir. “Football-plus.az” bu təyinatla bağlı “Soldati di Sabah” azarkeş qrupunun rəhbəri Ağaxan Abdullayevin fikrini öyrəndi:

“Rendulicin oyun tərzini və oyununu tam bilməsəm də, 6 illik məşqçilik karyerasında “Sabah” 5-ci komandadı. Bu məqam bir qədər sual doğruldur. Ancaq bu 6 ildə 3 kupok qazanması yaxşıdı. Rendulici indidən Murad Musayevlə müqayisə etmək qətiyyən düz deyil. Ən azı yarım mövsüm komandanın oyununa baxmalıyıq”.

ELMİN İSKƏNDƏRLİ