Erlinq Holannın gələcək karyerası haqda gəzən xəbərlər səngimir.
“Mançester Siti”nin hücumçusu adının “Real”la hallanmasına münasibətini bildirib.
Norveçli hücumçu yerli mətbuata açıqlamasında həyatından və klubdakı durumundan razılıq edib:
“Mən həqiqətən də xoşbəxtəm, xüsusən də ətrafımdakı adamlardan, menecerlər, direktorlar, idarə heyəti və klubun bütün üzvlərindən razıyam. Bunu indi desəm, yəqin ki, böyük bir sərlövhə olacaq. Sabah nə olacağını isə heç vaxt bilmirsiz. Amma bunu yaza bilərsiniz: xoşbəxtəm”.
Holann bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 31 matçda 28 qol vurub və 6 məhsuldar ötürmə verib.