“Leverkuzendəki matçda şanslar 50-nin 50-yədi”

8.03.2024 00:54 593
Manşet / Avropa Liqası
Avropa Liqasının 1/8 finalında “Qarabağ” “Bayer-04”ü qəbul edib.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Xabi Alonsonun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"İkinci yarıdakı matçı cavab görüşündə də meydanda göstərməyə çalışacağıq. Bilirdim ki, bizi çətin rəqib gözləyir. Çətin oyun oldu. Bilmirəm gələn həftə necə olacaq. Qarşımızda güclü komanda var idi".

- Qurban Qurbanovla dostluğunuz sanki hesabda da əksini tapdı..
- Bunun heç bir təsiri olmadı. Çünki oyuna təsiri oyunçular göstərir. Onları oyuna hazırlamağa çalışırıq.

- Bu gün uduzsaydınız məğlubiyyətsiz seriyanız qırılacaqdı. Çox üzüləcəkdiz?
- Mən buna çox fokuslanmıram. Mənim üçün əsas olan komandanın yaxşı oyunudu. İlk məğlubiyyət olsa belə, bu ab-havanın komandada qalmasını istəyirəm. Fasilədən sonra yaxşı olmayan nəticəni düzəltdik.

- Sizcə, “Qarabağ”ın bəxti gətirmədi, sizin bəxtiniz gətirdi?
- Bəli, razıyam. Bizim bəxtimiz gətirdi ki, 2:2 etdik. “Qarabağ”ın bəxti gətirmədi. Şanslardan yararlana bilmədilər. Bir həftədən sonra da Leverkuzendəki matçda şanslar 50-nin 50-yədi.

- “Qarabağ”a qədər Azərbaycan futbolu haqda nə eşitmişdiz, nə bilirdiz?
- Qurban Qurbanovun təcrübəsi çoxdu. "Qarabağ"ın "Atletiko”ya qarşı ÇL-dəki oyunlarını da xatırlayıram. Qurban Qurbanovu komandanı neçə illərdir çempion edir, avrokuboklara çıxarır. O, böyük işlər görür.

- İlk dəqiqələrdən əsas heyətin əksər oyunçularını meydana buraxmamışdınız. Bu nə ilə bağlıdı? Fasilədən sonra meydana çıxanlar “Bayer”i məğlubiyyətdən xilas etdi...
- Mən hər bir oyunçuma inanıram. Bugünkü heyətin də “Qarabağ”ı uda biləcəyini düşünürdüm. Hər bir məşqçi üçün ehtiyat skamya da vacibdi. Şadam ki, onlar meydana çıxaraq komandanın qollarını vurdular.

- Bu "Bayer"in ən zəif birinci hissə idi. Fasilədə futbolçulara nə dediz?
- Bura Bundesliqa oyunu deyildi, pley-off oyunu idi. İlk yarı ən zəif birinci hissə deyildi. Amma hər şey istədiyimiz kimi alınmadı. Vacib olan odur ki, ehtiyatdan meydana girənlər matçın gedişatını dəyişdilər və iki qol vurduq.

- "Qarabağ"la üç oyun oynamısız. Sizcə, "Qarabağ"ın hansısa futbolçusu top liqalarda oynayacaq potensiala malikdi?
- Çox yaxşı, keyfiyyətli oyunçular var. Bəziləri Bundesliqada oynaya bilər. "Qarabağ"ın özü də Bundesliqada oynaya bilər. Amma oyunçuların adını isə çəkmək istəmirəm.

- Çox qol şanslarınız olmadı, ilk qolda da Abdullah Zubir sizə kömək etdi. Niyə son matçlarda çox qol şansları yarada bilmirsiz?
- Bunu analiz edəcəyik. Topu üçüncü zonaya çatdırmaq bizdə alınmırdı. Səhvləri düzəltməyə çalışacağıq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul