• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Lebron 40 min xal həddinə necə çatdı?

İdman

7-03-2024, 22:0

“Futbol+”in ötən sayında “Leykers”in əfsanəsi Lebron Ceymsin MBA tarixinə 40 min xal həddinə çatan ilk basketbolçu kimi düşdüyünü xəbər vermişdik.

O, “Oklahoma-Siti” ilə srağagünkü oyunda daha 19 xal toplamaqla artıq 40036-ya çatdı. Bəs bu rekorda doğru yolu necə olub?

...Martın 4-də Bakıda artıq səhərin erkən saatları olanda Nikola Yokiç Lebrona müraciət etdi: “Biz səni saxlayacağıq, yalnız 8 xal qazanacaqsan”. “Yox, yox, yox”, - deyə Ceyms gülüşlə cavab verdi. 40 min xal həddinə çatmaq üçün Krala yalnız 9 xal lazım idi. Hər kəsin gözlədiyi bu əlamətdar hadisə gerçəkləşdi. “Leykers”in lideri “Denver”lə oyunda 40000-ci xalını qazandı. Yaxın illərdə, hətta bəlkə onillikdə kiminsə bu nəticəni təkrarlaması çətin görünür.

Əksər azarkeşlər və ekspertlər Ceymsi bütün dövrlərin ən yaxşı oyunçusu kimi qəbul edir. Ancaq bəzi adamlar üçün onun adı yalnız parıltı və qlamur ilə assosiasiya olunur, nəticələri isə arxa plana keçir. Əbəs yerə, axı Lebron həmişə basketbolu özü üçün həyat məsələsi sayıb. Onun artıq təqaüdə çıxmaq və ailəsi ilə rahat həyat sürmək üçün hər şeyi var. Ancaq Ceyms “ayaq döyməkdə” davam edir. Hətta 39 yaşında da onu dayandırmaq çətindi.
Lebronun bəzi rekordlarına nəzər salaq.

1. Ceyms MBA tarixində 10 min xal həddinə hamıdan tez çatan oyunçudu. Bu uğura 2008-ci il fevralın 27-də - “Boston”la oyunda nail olub. Onun şərəfini qoruduğu “Klivlend” həmin oyunda uduzub (87:92).

2. Ceyms həmçinin karyerası ərzində 30 xal həddinə çatan ən gənc oyunçudu. Bu hadisə 2018-ci il yanvarın 23-də baş verib. Lebronun “Mayami”dən sonra düşərgəsində qayıtdığı “Klivlend” həmin oyunda da uduzub (102:114).

3. Lebron ötən mövsüm əfsanəvi Kərim Əbdül-Cabbarı arxada qoyaraq MBA tarixinin ən məhsuldar oyunçusuna çevrilib. Bu əlamətdar hadisə fevralın 7-də - “Oklahoma-Siti” ilə oyunda baş verib. Maraqlıdı ki, “gölməçəsevərlər” yenə uduzub - 130:133.

4. Ötən il noyabrın 28-də Ceyms növbəti dəfə Əbdül-Cabbarı arxada qoyub. Bu dəfə müntəzəm çempionat və pley-off oyunları üst-üstə gəlməklə MBA-da keçirdiyi dəqiqə sayına görə. “Leykers” həmin gün “Filadelfiya”ya biabırçı hesabla uduzub - 94:138.

5. Nəhayət, yeni uğur, yəni 40000-ci xal və Kralın komandasının növbəti məğlubiyyəti. Nikola Yokiçin “Denver”i bu oyunda qarşısıalınmaz idi - 124:114.
Bununla belə, Lebronun bütün rekordlarının məğlubiyyətlə lənətləndiyini demək olmaz. O, dəfələrlə unikal uğura nail olmaqla yanaşı, komandasının də nəticə qazanmasına yardım edib.

1. 2006-cı il yanvarın 21-də Lebron Şimali Amerika liqasında 5000 xal toplayan ən yeniyetmə oyunçu oldu. Bu hadisə “Klivlend”in “Yuta” ilə oyununda baş verdi. Rəqibin oyunçuları həmin gün Ceymslə heç nə edə bilmirdi. Lebronun xal xanasında yekunda 51 rəqəmi var idi, “Klivlend” isə təvazökar qələbə qazandı - 108:90.

2. 2013-cü il yanvarın 16-da Ceyms karyerası boyunca 20 min xal həddinə çatan ən erkən yaşda çatan basketbolçuların siyahısında liderliyə yüksəldi. Onun şərəfini qoruduğu “Mayami” həmin gün “Qolden Steyt”ə 92:75 hesabıyla qalib gəldi.

3. 2023-cü il mayın 9-da Kərimin daha bir rekordu tarixə qovuşdu. Qərb konfransının yarımfinal seriyasının 4-cü oyununda “Leykers” “Qolden Steyt”lə qarşılaşdı. Ceyms həmin may günündə gerçəkdən möhtəşəm idi – “gölməçəsevərlər”in lideri 27 xal toplamaqla yanaşı, pley-offda dəqiq ikixallıq atışların sayına görə 1-ci yerə çıxdı. “Leykers” də parket üzərindən 104:101 hesablı qələbə ilə ayrıldı.

4. Bundan başqa, Lebron üç dəfə - 2006, 2008 və 2018-ci illərdə Ulduzların oyununun MVP mükafatını qazanıb. Hər dəfə onun komandası qalib gəlib.
Lebron 40000-ci xalını qazanandan sonra komanda yoldaşı Entoni Devis ona yarızarafat-yarıgerçək rekordları bitirməyin zəruriliyin xatırladanda Kral da eyni fikri bölüşdüyünü dedi. Amma bunu ürəkdən dediyinə inanmaq çətindi. Hələ yeni rekordlar müəyyənləşdirəcəyinə şübhə etməyə dəyməz!

Lebronun statistikası
Maraqlıdı ki, Lebron həm karyerasındakı ilk 10 min xalı toplamaq, həm də 30 mindən 40 minə çatmaq üçün 368 oyun keçirməli olub.
0 – 10000 xal arası: 368 oyun;
10000 – 20000 xal arası: 358 oyun;
20000 – 30000 xal arası: 381 oyun;
30000 – 40000 xal arası: 368 oyun.

Səbəbkardan sitat

"Mənə elə gəlir ki, hələ də parketdə rəqiblər üçün təhlükəyəm, hələ də 10 il əvvəl etdiklərimi təkrarlaya bilirəm. Mən həmişə bütün dövrlərin ən yaxşı oyunçularının müəyyənləşdirdiyi rekordları qırmağı arzulamışam. Bütün uğurlar mənim üçün böyük önəm daşıyır. Heç vaxt məhsuldarlıq rekordu müəyyənləşdirməyi düşünməmişəm. Bütün bunlar öz-özünə alınıb. Sadəcə, doğru oynamağa çalışmışam, xal sayındakı rekord təbii yolla düzəlib. Heç vaxt qarşıma belə hədəf qoymamışam, heç vaxt xal sayında lider olmaq istəməmişəm. Ancaq hələ də oynamağa davam edirəm. Və hələ də xal toplaya bilərəm, odu ki, statistikam böyüməkdə davam edəcək. Əlbəttə, liqada xal toplamağı bacaran basketbolçuların sayı çoxdu, zədələrdən qaça, uzun müddət oynaya bilsələr, nəticələrimi yaxşılaşdırarlar. Rekordlar elə məhz yenilənmək üçündü. Rekordumun heç vaxt yenilənməyəcəyini demək olmaz. Əvvəllər Oskar Robertsonun tripl-dabllar üzrə rekordu haqda belə düşünürdülər, ancaq sonra Rassell Uestbruk peyda oldu, indi isə Nikola Yokiçlə Luka Donçiç hər oyunda tripl-dabl edir".

Paylaş:
Digər xəbərlər

İdman

4-03-2024, 17:0

Lebron Ceyms 40000-ci xalın astanasında!

İdman

5-03-2024, 20:0

Lebron 40 min xal həddinə çatdı

İdman

18-01-2023, 14:0

Lebron Ceyms 38 min xal həddinə çatdı!

İdman

1-11-2022, 14:0

Lebron Ceyms tarix yazır, “Leykers” isə...

İdman

24-05-2023, 21:0

“Mayami” finalın, Lebron Ceymsin “Leykers”i iflasın astanasında

Aktual
“Qarabağ”ın standartlarına uyğun yerli futbolçu yoxdu?
“İstəyərdik ki, Kaşkilya qalsın” – “Küdrü Qartalları” “İmişli”nin qərarı barədə nə dedi?
“Sabah”da daha iki yeni futbolçu – Dambrauskas onları da Tirola aparıb
“Kayzerslautern” məşqə başladı, amma Mahir yoxdu
5 klub mövsümə xaricdə hazırlaşır. Bəs başqaları?
“O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
Son xəbərlər
  • Bu gün, 02:49
    Belçika geridönüşlə 1/8 finalda - DÇ gecəsi
  • Dünən, 23:51
    ''Beşiktaş'' ulduz futbolçuya görə ''Arsenal'' ilə anlaşsa da...
  • Dünən, 23:12
    “Zenit”dən “Zirə”yə qədər
  • Dünən, 22:42
    "Zirə"nin rəqibi superkuboku qazandı
  • Dünən, 22:31
    Keyn İngiltərəni 1/8 finala çıxardı - DÇ gecəsi
  • Dünən, 22:06
    “Qarabağ”ın standartlarına uyğun yerli futbolçu yoxdu?
  • Dünən, 21:53
    "Qarabağ" "Ferentsvaroş"a da uduzdu
  • Dünən, 20:58
    Türkiyənin ML-də ev oyunlarını keçirəcəyi stadionlar bəlli oldu
  • Dünən, 20:40
    Noqeyra "Rostov"la anlaşdı
  • Dünən, 20:11
    "Neftçi" səfər formasını təqdim etdi - FOTOLAR
  • Dünən, 19:53
    Mundialda 5-ci dəfə xəbərdarlıq aldı
  • Dünən, 19:22
    “Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
  • Dünən, 18:58
    Naqelsmann istefa verəcək?
  • Dünən, 18:27
    "Ümid edirəm ki, bu, vida deyil, tezliklə görüşənədək" - Kaşkilya
  • Dünən, 18:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:58
    "Şəfa" legioner transfer etdi
  • Dünən, 17:42
    PFL-dən ənənəyə davam: 2025/26 mövsümündə MPL-in hesabatı
  • Dünən, 17:36
    Millimizin oyunu Gəncədə - RƏSMİ
  • Dünən, 17:28
    “Mahir üçün sərfəli təklif olsa, danışıq aparmağa hazırıq” – “Kayzerslautern”in idman direktoru
  • Dünən, 16:57
    "Qarabağ" Ukrayna klubuna böyük hesabla uduzdu
  • Dünən, 16:37
    “İstəyərdik ki, Kaşkilya qalsın” – “Küdrü Qartalları” “İmişli”nin qərarı barədə nə dedi?
  • Dünən, 16:06
    Milli komandada ciddi itki
  • Dünən, 15:42
    "Qarabağ"la "Zirə"nin bilet satışı niyə başlamır? - rəqib azarkeşlərin sayı da bilinmir
  • Dünən, 15:28
    “Sabah”da daha iki yeni futbolçu – Dambrauskas onları da Tirola aparıb
  • Dünən, 14:57
    Neymar venesuelalılara yardım etdi
  • Dünən, 14:26
    “Kayzerslautern” məşqə başladı, amma Mahir yoxdu
  • Dünən, 14:00
    “Partizani”dən “Malişevo”ya keçdi: irəli, yoxsa geri addım?
  • Dünən, 13:56
    5 klub mövsümə xaricdə hazırlaşır. Bəs başqaları?
  • Dünən, 13:25
    İlk oyunda moldovalı, ikincidə çex
  • Dünən, 13:01
    Altı legioner gəlib, yeddinci yoldadı!
  • Dünən, 12:58
    "Qarabağ" bu gün Avstriyada iki oyun keçirəcək
  • Dünən, 12:29
    Emin Cəfərov Konfrans Liqasının oyununa təyinat aldı
  • Dünən, 12:08
    Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
  • Dünən, 11:56
    "Zirə" üçüncü yoxlama oyununa çıxır
  • Dünən, 11:35
    PSJ-də yeni qapıçı
Daha çox
Oxunub: 449
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 297
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 243
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 216
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə