• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Oyun bitəndən sonra birbaşa hava limanına yollandıq”

Manşet / Avropa Liqası

28-02-2024, 23:0

Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı. “Qarabağ” da İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə təmsil olundu. Artıq “köhlən atlar”ın növbəti mərhələdə “Bayer-04” ilə qarşılaşacağını bilirsiz.

Bilindiyi kimi, Qurban Qurbanovun yetirmələri həm klub, həm də ölkə tarixində ilkdə imza atıb. Belədə “Qarabağ”a Nyonda göstərilən münasibət maraqlıdı. Görəsən, püşkatma vaxtı hadisələr necə cərəyan edib?

Öncə “Qarabağ”ın prezidenti Tahir Gözəlin bu haqda fikirlərini dinləyək:

“UEFA-nın mənzil-qərargahında bizə çox isti münasibət göstərdilər. Ardıcıl ikinci dəfə püşkatmada iştirak edirəm. 1/8 finala yüksəldikdən sonra pley-offun püşkatmasından daha fərqli münasibət gördük. Qurumun baş katibinin müavini Corco Markettinin və tədbirin bütün aparıcılarının “Qarabağ” haqda xüsusi danışması, komandamızın 1/8 finala möhtəşəm mübarizə ilə yüksəldiyini vurğulaması məni qürurlandırdı. İrlandiyanın paytaxtı Dublində keçiriləcək final oyununun səfiri, “Mançester Yunayted”in əfsanələrindən olan Con Oşi özü də bunu xüsusi qeyd etdi. “Braqa” səddini keçməklə bütün Avropanı təəccübləndirdik. Hamı “Qarabağ”a ehtiramla, heyranlıqla yanaşır. “Qarabağ” sözünün, Azərbaycan bayrağının bu səviyyədə tanınması göstərir ki, klubumuzda böyük iş görülüb. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, bu mərhələyə qədər irəliləmişik. 1/8 finalda ən yaxşılar oynayır. Avropada 1000-dən çox klub var və biz Avropa Liqasının 16 ən yaxşısı arasına düşmüşük. Bunun özü tarixi uğurdu. Xalqımızı və Ali Baş Komandanımızı təbrik edirəm”.


“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin fikirləri də eyni mahiyyət daşıyır. Klub rəsmisi qəzetimizə açıqlamasında mərasimin çox yüksək səviyyədə keçdiyini və konkret hansı anların yaşandığını dedi:
“Oyun bitəndən sonra birbaşa hava limanına yollandıq. Səhər saatlarında artıq Cenevrədəydik. Dörd nəfərlik heyətlə getmişdik. Tədbirdə klub prezidenti və İdarə Heyətinin sədri Tahir Gözəl, UEFA ilə əlaqələndirici Fərid Ağayev, beynəlxalq əlaqələr üzrə menecer Vüsal Həsənov və mən iştirak etdik. Həmişəki kimi, hər şey yüksək səviyyədə və standartlara uyğun təşkil edilmişdi. Həmin gün Avropa Liqasıyla yanaşı, Konfrans Liqasının da püşkü atıldı. Yəni həmin turnir iştirakçılarının nümayəndələri də tədbirdə idi. Tədbirin gedişində “Qarabağ”ın adı xüsusi qeyd edildi və uğurlarımızdan söz açıldı. Bildirildi ki, 1/8 finala vəsiqəni dramatik və mübariz oyun şəraitində qazanmışıq. Hazırda gəlib çatdığımız səviyyənin yüksəkliyini həm top-klubların nümayəndələri, həm də UEFA rəhbərliyində təmsil olunan şəxslər dilə gətirdi. Onlar “Qarabağ”a simpatiyalarını gizlətmədi. Ümumiyyətlə, bütün klublar bizi tanıdı və əvvəllər rəqib olduğumuz komandaların hamısından təbrik eşitdik. Yaxınlaşıb əlimizi sıxdılar. “Braqa” ilə matçı izləyərkən keçirdikləri hissləri bizimlə bölüşdülər. Bundan başqa, UEFA-nın özünün də bizə marağı var idi. Tahir Gözəl uefa.com saytına videomüsahibə verdi. Bundan başqa, özəl agentliklərdən biri də Tahir bəyin fikirlərini öyrəndi. Püşkatmadan sonra “Bayer-04”ün nümayəndələriylə müzakirələr apardıq. Rəqib qısa müddət öncə oynadığımız və tanış komanda olduğundan, təşkilatçılıq məsələsində yeni nəsə gözlənilmir. Hər şey həmişəki qaydada olacaq”.


Xatırladaq ki, püşkatma vaxtı diqqəti cəlb edən hadisə yaşanmışdı. Daha dəqiqi, “Qarabağ”ın adı nümayiş etdirilsə də, “Bayer-04”ün adını görmədik. Əlbəttə, Almaniya təmsilçisi sona qaldığından “köhlən atlar”la üz-üzə gələcəyi avtomatik bəlli oldu. Lakin yenə də məhz niyə həmin şarın açılmaması maraqlıdı. Anar bəyin bu haqda fikirlərini də öyrəndik:
“Xeyr, bütün şarlar açıldı. Ümumiyyətlə, orda açılmayan şar qalmır. Heç bir poblem yoxdu. Biz elə məqam görmədik”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

24-02-2023, 14:0

1/8 final mərhələsinin püşkü atılacaq - Konfrans Liqası

Ölkə futbolu / Avropa Liqası

23-02-2024, 15:0

"Bayer-04" yenə "Qarabağ"a rəqib oldu

Çempionlar Liqası

15-06-2023, 16:0

Çempionlar Liqası: ilkin mərhələnin püşkü atıldı

Aktual

13-06-2023, 17:0

Çempionlar Liqasında mövsümün ilk püşkü

Aktual
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
Son xəbərlər
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
  • Dünən, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Dünən, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 134
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə