“Məğlubiyyətə nifrət edirik, məhz bu hiss “Mersedes”i hərəkətə gətirir”

23.02.2024 22:39 143
İdman
“Mersedes”in rəhbəri Toto Volff son illərdə nəyi öyrəndiyini deyib:

“Düşəndən sonra həmişə qalxırsız. Son üç ildə öyrəndiyim budu: konandanın qarşıya qoyulan hədəflərə çatmadığını etiraf etməyi bacarmaq lazımdı. Düşünürəm ki, bu, uzunmüddətli perspektivdə uğura arapan yoldu. Biz məğlubiyyətə nifrət edirik, məhz bu hiss “Mersedes”i hərəkətə gətirir. Ancaq bu o anlama gəlmir ki, qarşıda durun vəzifədən, komandanın üzləşdiyi problemlərin həlli üzərində çalışmaqdan məmnunluq duya bilmərik”.

Volff onu da vurğulayıb ki, “Red Bull”un dominantlığını nəzərə alanda komandasının növbəti mövsüm çempion olmaq şansı azdı:
“Bir tərəfdən, bütün başqa komandaları qabaqlayan, son iki mövsümdə hər şeyi düz edən rəqibə qalib gəlmək şansımızla bağlı realist olmaq lazımdı, idmanda möcüzələr olmur. Ancaq digər tərəfdən, komandamız ambisiyalıdı”.


Bildiyiniz kimi, ötən mövsüm “Formula-1” üzrə dünya çempionatında Mühəndislər kubokunu Maks Ferstappenlə Serxio Peresin şərəfini qoruduğu “Red Bull” qazanıb. “Ferrari”ni 3 xal qabaqlayan “Mersedes” isə ikinci olub. “Gümüşü qanadlar”ın pilotu Lüis Hemilton 2024 mövsümünün ardından “Ferrari”yı keçəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul