• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”, yoxsa “Braqa”: şans tərəzisi - Oyuna 6 saat qaldı!

Manşet / Avropa Liqası

22-02-2024, 15:0

“Qarabağ”, yoxsa “Braqa”? “Braqa”, yoxsa “Qarabağ”? Çox güman, bu sual indi təkcə Azərbaycanın və Portuqaliyanın futbol ictimaiyyətini yox, bütün Avropanı düşündürür. Biz hər iki tərəfin xeyrinə olan amilləri qruplaşdırmağa çalışdıq.

Tərəzinin hansı gözünün ağır gəlməsinə artıq siz qərar verin.

“Qarabağ”ı şanslı göstərən 5 amil:

1. İlk oyunun nəticəsi. Heç şübhəsiz, səfərdə qazanılan 4:2 hesablı qələbə turu adlamaq baxımından ləzzətli üstünlükdü. Hətta bir top fərqli məğlubiyyət də sənin ümumi uğuruna təminat verirsə, şikayətlənməyə nə ehtiyac?! Bu başqa məsələ ki, “səfər qolu” qaydası qüvvədə olsaydı, “Qarabağ”ın qələbəsi daha əzəmətli görünərdi.

2. “Doğma divarlar” amili. Bu oyunun potensial azarkeş auditoriyası 30 yox, 130 min nəfərdi. Ölkəmizdə 130 minlik stadion olsaydı, qeyd-şərtsiz ağzına qədər dolacaq, “Qarabağ” Avropa futbolundakı bütün azarkeş rekordlarını qıracaqdı. Bu gün stadiona gələcək həmvətənlərimizdən təkcə oyunu izləmək yox, həm də gerçək fanatlıq etmək, ağdamlıları irəli səsləmək, portəgizləri müxtəlif yollarla susdurmaq tələb olunur. Braqada – 12122 azarkeş qarşısında rahat oynayan “Qarabağ” bu dəfə 30 min qarşısında özünü daha rahat hiss etməlidi.

3. Tarixi nəticə qazanmaq. Azərbaycan klubları indiyə qədər nəinki Avropa Liqasının 1/8 finalında, heç pley-offunda da oynamamışdı. Bu mənada “cığır açan” “Qarabağ” indi öz nəticəsini bir qədər də yaxşılaşdırmaq baxımından tarixi şans qazanıb. Açıq demək lazımdı: turu adlamaq Portuqaliyadan daha çox Azərbaycana, bizim futbola və konkret “Qarabağ”a lazımdı. Portuqaliyanın “Braqa”dan da parlaq nəticə göstərən “Portu”, “Sportinq” və “Benfika”sı var. Bizim isə yalnız “Qarabağ”ımız var və o turu adlamağa böyük ehtiyac duyur.

4. İnkişaf və qitəyə səs salmaq həvəsi. “Qarabağ”ın Azərbaycanı avrokuboklarda yetərincə uğurlu təmsil etdiyini qitədə çoxları bilir. Amma qitənin ən güclü 6-cı liqasının 4-cü komandasını qitə kuboklarından kənara atmaq daha böyük əks-səda doğuracaq. Həm “Qarabağ” inkişaf nərdivanında daha bir pilləni arxada qoyduğuna əmin olacaq, həm də Avropa ağdamlıların uğurlarını sensasiya yox, adi hal kimi qarşılamaq vərdişinə yiyələnəcək.

5. Siyasi önəm. Azərbaycan ordusu ötən ilin sentyabrında birgünlük lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağ məsələsini bitirdi. Faktiki erməni separatizminin tabutun yoğun mıx çalmışıq. Amma yenə də haqlı qələbəmizi dartışanlar, Qarabağa sahiblik haqqımızı mübahisələndirənlər var. Qoy “Qarabağ”ın Azərbaycan adına növbəti zəfəri belələrinin sifətinə dəyən növbəti sillə olsun!

“Braqa”nı şanslı göstərən 5 amil:

1. İtirəsi heç nəyin olmaması. İlk oyundakı məğlubiyyətdən sonra rəqibin itirəsi heç nəyi qalmayıb. “Braqa” meydana “indi, məhz bu gün” prinsipi ilə çıxacaq. İtirəsi heç nəyi olmayanlar – istər futbol klubu olsun, istərsə də adam – həmişə təhlükəlidi, ən ağlasığmaz fədakarlıqlara da hazır olurlar. By mənada rəqibdən bir qədər çəkinmək lazımdı.

2. Güclü liqanın təmsilçisi olması, maliyyə gücü, ulduz heyəti. Portuqaliya və Azərbaycan çempionatlarını, “Braqa” ilə “Qarabağ”ın heyətini, klubların və ayrı-ayrı futbolçuların maliyyə dəyərini müqayisə etməyə dəyməz. Bu komponentlərdə rəqib aşkar üstündü. Hər nə qədər meydanda pul kisələri oynamasa da, pul futbolda nəticələri müəyyənləşdirən ən vacib indikatorlardan biridi.

3. Dəfələrlə belə çətin sınaqlarla üzləşməsi. Avrokuboklarda oyun sayı baxımından təxminən eyni səviyyədə (“Braqa” 182, “Qarabağ” 173 oyuna çıxıb) olsalar da, 5 dəfə Avropa Liqasının 1/8 finalında oynayan, 2008-də İntertoto klubunun qalibi, 2011-də Avropa Liqasının finalçısı olan Portuqaliya təmsilçisinin belə çətin oyunlarla, turnirdə irəliləməklə bağlı təcrübəsi daha çoxdu. Yəni “Braqa” “Qarabağ”dan daha çətin rəqibləri yolundan kənarlaşdıra bilib.

4. Futbolçuların ustalıq səviyyəsi. “Qarabağ”ın bütün oyunçuları bizim üçün dəyərli, əziz olsa da, onları Joao Moutinyo, Armindo Bruma, Simon Banza, Rikardo Orta ilə eyni səviyyədə tutmaq çətindi. Ustalıq baxımından üstünlüyü komanda oyunu səviyyəsində minimuma endirməliyik – vəssalam-şüttamam.

5. Rəqibə daha ciddi münasibət. “Braqa”nın futbolçu-məşqçi heyəti ilk oyundan sonra bu məqam üzərində dayanmağı xoşlamasalar da, reallıq budu ki, rəqib “Qarabağ”ı ciddiyə almamışdı, meydana saymazyana çıxmışdı, bir Azərbaycan təmsilçisinin pley-offda oynamasının bir şans əsəri olduğunu düşünürdü. Təbii ki, indi “Qarabağ”ın gücünə daha yaxşı bələddilər və meydanda nə etməli olduqlarını bilirlər, deməli, bir qədər də “artıracaqlar”. Bu başqa məsələ ki, “Qarabağ” da, adətən, cavab görüşündə, yəni rəqibin potensialına tam bələd olandan sonra daha yaxşı oynayır.

...Nəhayət, daha bir məqam: bir Allah şahiddi ki, “Braqa”nı şanslı göstərən 5 amili heç də həvəslə yazmadım. Bu gün elliklə, hamılıqla, millət, xalq olaraq, “Qarabağ”ın yanındayıq, rəqib üçün də heç bir şans-filan tanımırıq!

ORXAN

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

18-02-2024, 15:0

“Qarabağ” yaxşı oynadı, yoxsa “Braqa”nı gözümüzdə böyütmüşdük?

Dünya futbolu

5-02-2024, 10:0

"Qarabağ"ın məşqçisi izlədi, “Braqa” qələbə qazandı

Avropa Liqası

13-02-2024, 10:0

“Qarabağ” fərqli komandadı” - “Braqa”nın hücumçusu

Dünya futbolu

20-01-2024, 11:0

"Braqa" futbolçusu ilə yollarını ayırdı

Avropa Liqası

7-02-2024, 13:0

“Braqa” - “Qarabağ” oyununun biletləri satışda

Manşet / Avropa Liqası

19-12-2023, 18:0

“Braqa” daha şanslıdı” – Vaqif Heydərlinin fikirləri

Aktual
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
Son xəbərlər
  • Bu gün, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • Dünən, 23:50
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • Dünən, 23:10
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • Dünən, 22:45
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • Dünən, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Dünən, 21:50
    "Zirə" "Torpedo"nu darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Dünən, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Dünən, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Dünən, 19:34
    "İmişli"də yeni təyinat
  • Dünən, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Dünən, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Dünən, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Dünən, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Dünən, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Dünən, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Dünən, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Dünən, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Dünən, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Dünən, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Dünən, 15:07
    "İmişli"dən növbəti transfer
  • Dünən, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Dünən, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Dünən, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Dünən, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Dünən, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Dünən, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Dünən, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 11:23
    Klubunda hamını arxada qoydu
  • Dünən, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Dünən, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Dünən, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 133
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 131
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə