• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"İkinci hissədə meydanda bir komanda var idi, o da "Səbail" - Şahin Diniyev

Premyer-liqa / Manşet

17-02-2024, 22:0

"Səbail" Misli premyer-liqasının 23-cü turunda doğma meydanda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

"Football-plus.az" xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı, dinamik, gərgin oyun oldu. Hər iki komanda qalib gələ bilərdi. 19-cu turdan 23-cü tura qədər komanda oyununda inkişaf var. Birinci hissədə kobud səhvdən sonra qol buraxdıq. İkinci hissədə meydanda tam dominantlıq etdik. Düşünürəm ki, düzgün yoldayıq. Stabil heyəti tapsaq, yaxşı oyun göstərəcəyik.

- "Səbail" bir çox matçlarda ikinci hissədə yaxşı futbol oynayır. Bunu 90 dəqiqə etmək üçün nə çatmır?
- İki məqam var. Biri psixoloji amil, digəri funksional hazırlıqdı. Uşaqlar yaxşı fiziki hazırlıq keçib. Funksional hazırlığımız 180 dəqiqəyə də çatar. 12-ci turdan sonra uğursuz nəticələr komandanın içində xof yaradıb. Qələbə qazanmaq istəyirlər. Bu, bizə bir az mane olur.

- Sanki yerli oyunçular olmasa, "Səbail" daha yaxşı nəticələr göstərər. Bu, sizin də ağlınıza gəlmir?
- Bu komanda neçə ildir premyer-liqada qalmaq uğrunda mübarizə aparırdı. Artıq ortabab komandaya çevrilmişik. Addım-addım getməliyik, birdən-birə çempion ola bilmərik. Təməl qurub, 6 aydan bir çatışmayan mövqeləri gücləndirməliyik. Artıq "Səbail" qapazaltı deyil. Razıyam, yerli seçimimiz çox da yaxşı alınmadı. Elə düşünürlər ki, bizim büdcə o qədərdi ki, hər şeyi edə bilərik. Yerli futbolçu baxımından problemim var. Amma onlar bacardıqlarını edirlər. Pafos da olsa, deyəcəm. Biz bu gün Azərbaycan futbolunu düşünməliyik. Bütün klublar avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Hər şey millinin başında çatlayır. Mən tək özümü düşünsəydim, deyərdim ki, 11 legioner oynadaq.

- Azər Bağırov bildirdi ki, 2 xal itirdik. Siz necə düşünürsünüz?
- Bütün həmkarlarıma hörmət edirəm. Məşqçilər oyundan sonra emosiyalara qapılıb hansısa sözü deyə bilər. Amma hər şey görünür. Məşqçini başa düşürəm. Bəlkə də "Neftçi"ni udduqdan sonra 3 xal qazanmaq istəyirdilər. İkinci hissədə meydanda bir komanda var idi, o da "Səbail".

- Fasilədə əvəzetmə etmədiz, amma oyunu dəyişə bildiz. Futbolçulara nə dediz?
- Futbolçuların intellektual keyfiyyətləri çox yüksəkdir. Futbolçuları qışqırmaqla başa salmaq olmur. Onların potensialına inanıram. Dedim ki, uduzsaz da, futbol oynayın.

- Ölkədə olan yerli futbolçuların ən yaxşıları "Qarabağ"dadı. Bu problemi necə həll etməyi düşünürsünüz?
- Bu mövsüm yaxşı yerləri tutsaq, layihəniz var. Bir layihə də mən tərəfdən gələcək. Bizim ikinci komandamız olmalıdı. Əvəzedici heyətlə əsas komandanın arasında böyük uçurum var. Əlavə komanda lazımdı. Adı "Səbail" olmaya da bilər. Sponsordan bunu istəyəcəm. Bütün dünyada bu var. 21 yaşlı futbolçunu oynada bilmirəm. 1-2 ildən sonra o gənc olmayacaq. Hardasa bişməlidi. Bu gün "Neftçi"nin əvəzedici komandasından kimsə gəlib əsas komandada oynamayacaq. Çox çətindi.

- Bu şəraitlə futbolçu yetişə bilər?
- Bizim akademiyada olan şərait heç bir komandada yoxdur. Uşaqların yeməklərinə, geyimlərinə baxın. Bəli, bir meydançada 17-18 komanda inkişaf edə bilməz. Saat 11-ə qədər burada məşqlər gedir. Stadionumuzun ot örtüyü təbii olacaq. Yaxın ərazidə məşq etmək üçün iki meydança tikiləcək. Əhmədlidə akademiya üçün yerimiz var. Bunlar olsa, komanda yox, klub oluruq. "Turan Tovuz" və biz süni meydançada oynayırıq. Bu da zədələrə səbəb olur.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

30-09-2023, 18:0

"Bir qol vursaydıq, oyun bitə bilərdi" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

15-12-2023, 17:0

"Düşünürdük ki, birinci hissədə hər şeyi bitirək"

Ölkə kuboku / Manşet

30-01-2024, 17:0

"Harada səhv etdiyimi deməyəcəm" - Şahin Diniyev

Premyer-liqa / Manşet

28-01-2024, 18:0

“Komanda meydanda istədiyim futbolu göstərir”

Premyer-liqa / Manşet

3-02-2024, 20:0

"İki gün ərzində nəyisə dəyişmək bir az çətin məsələdi"

Premyer-liqa / Manşet

3-09-2023, 20:0

"Hər şeyə rəğmən mövsüm yeni başlayıb" - Azər Məmmədov

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Dünən, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Dünən, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Dünən, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Dünən, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Dünən, 13:00
    500-cü oyun, 550-ci qol
  • Dünən, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Dünən, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Dünən, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Dünən, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Dünən, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Dünən, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • 8-07-2026, 23:0
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • 8-07-2026, 23:0
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • 8-07-2026, 22:0
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • 8-07-2026, 22:0
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • 8-07-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 8-07-2026, 20:0
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • 8-07-2026, 20:0
    Camal Cəfərov Qırğızıstan klubunda
  • 8-07-2026, 19:0
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • 8-07-2026, 19:0
    "İmişli"də yeni təyinat
  • 8-07-2026, 19:0
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə