Zubir Avropa Liqasında həftənin futbolçusu seçildi

16.02.2024 21:06 258
Manşet / Avropa Liqası
Avropa Liqasında pley-off mərhələsinin ilk matçlarına yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, turnirdə həftənin futbolçusu bəlli olub. Bu ada "Qarabağ"ın oyunçusu Abdullah Zubir layiq görülüb. Bunu UEFA-nın rəsmi saytı açıqlayıb. 32 yaşlı yarımmüdafiəçi "Milan"dan Ruben Loftus-Çiki, "Qalatasaray"dan Mauro İkardini və "Benfika"dan Anxel Di Mariyanı qabaqlayıb.

Qeyd edək ki, qalib azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşib.