• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avropa klubları daha puluna qənaət edir

Dünya futbolu

12-02-2024, 18:0

Fevralın 1-də Avropada qış “transfer pəncərəsi” bağlandı.

"Football-plus.az" xəbər verir ki, hərçənd bir dəqiqə, məgər o açıq idi ki? Təqvimə baxanda məhz belə sual yaranır. Heç bir böyük sövdələşmə yoxdu, seriala çevrilən transfer dastanı izləmədik, top-klubların düşərgəsində məzar sükutu hökm sürdü. Əlbəttə, Kilian Mbappenin “Real”a keçidi ilə bağlı çoxlu və artıq hamını bezdirən söz-söhbəti çıxmaq şərti ilə.

Aydındı ki, ənənəvi olaraq, çoxlu maraqlı hadisənin yaşandığı son gündə çox şey dəyişə bilərdi. Son gündə bəzən bazara kimisə almaq niyyəti olmayan klublar da çıxır. Artıq qış transfer dönəminə belə yekun vurmaq olar: son illərin ən susqun “pəncərə”si arxada qaldı.

Sözsüz, yanvar pəncərəsi yardımçı xarakter daşıyır. Axı bütün əsas sövdələşmələr yayda, mövsümlərarası dövrdə həyata keçirilir. Qışda isə klublar bazara ancaq kəskin zərurət hiss edəndə çıxırlar. Məsələn, hansıa mövqe “axsayır” və dərhal o mövqeni qapamaq lazımdı. Və ya komanda zədələrdən əziyyət çəkir, sıradan çıxanı kimləsə əvəz etməyə ehtiyac yaranır. Daha bir ənənəvi ssenari: hansısa ölkənin autsayderi xilasedici briqada axtarır, heyətin az qala yarısını dəyişir.

Əlbəttə, bəzən yanvarda da nəhəng sövdələşmələr olur. Məsələn, “Çelsi” 2011-ci ildə Fernando Torresi “Liverpul”dan məhz qışda – 58,5 milyon avro (burda və hər yerdə “transfermarkt.de” portalının rəqəmləri göstərilib – red.) qarşılığında almışdı. Və ya 2018-də “Liverpul” Filippe Koutinyonu “Barselona”ya satdı (135 milyona), Vircil van Diyki rənglərinə bağladı (84,65 milyona). Ötən ilin yanvarı da hadisələrlə zəngin idi. Dəbi yenə də DÇ-2022-nin qəhrəmanlarından biri Kodi Qakponu (42 milyon avroya) alan “Liverpul” müəyyənləşdirdi, hər şey “Çelsi”nin Entso Fernandesi “Benfika”dan 121 milyon avroya almasıyla bitdi. “Zadəganlar” bir il əvvəl, ümumiyyətlə, kisənin ağzını açmışdı: Mixail Mudrik, Benua Badyaşil, Malo Hüsto, Noni Madueke...

Bu ilin yanvarında belə transferlərin izi-tozu da görünmür. Bir il əvvəl “böyük beşlik” (İngiltərə İspaniya, Almaniya, İtaliya, Fransa) klubları qış “transfer pəncərəsi”ndə ümumilikdə 1,1 milyard avrodan artıq xərcləmişdi. Bu məbləğin böyük hissəsi (842,56 milyon) İngiltərənin payına düşsə də, fakt faktdı.
Amma bu il Avropanın beş aparıçı liqasının klubları transferlərə 467,3 milyon avro xərcələyib ki, bu da bir il əvvəllə müqayisədə təxminən iki dəfə azdı. Özü də nə qədər təəccüb doğursa da, bu dəfə lider rolunu Fransa oynayır (160,78 milyon avro), premyer-liqa isə Liqa 1-ə ikiqat uduzur - İngiltərə klubları cəmi 80,32 milyon avro xərcləyib.

Bundan başqa, bəzi nüanslar da var. Məsələn, transfermarkt.de bu ilin yanvar transferlərində Vitor Rokenin “Atletiko” “Paranaense”dən “Barselona”ya 40 milyon avroya keçidini də nəzərə alır. Ancaq bu sövdələşmə hələ yaydan bəlli idi. Elə 18 yaşlı braziliyalının qışda Kataloniyanın paytaxtına gələcəyi də. 40 milyon avro isə İspaniya klublarının yanvarda xərclədiyi 71 milyon avronun yarısından çoxudu. Bura “Atletiko”nun “Antverp”in 18 yaşlı belçikalı oyunçusu Artur Vermerenə görə ödədiyi 18 milyonu da əlavə edək. Bu, açıq-aşkar gələcəyə hesablanan transferdi və yeniyetmənin icarə əsasında Beçlikaya qayıtmasında qəribə heç nə olmayacaq.

Hələ ki hamıdan çox xərcləyən Fransaya gəlincə, orda vaxtilə əzəmətli görünən, indi isə elitadan düşmək biabırçılıqdan qurtulmağa çalışan “Lion” öndə gedir. “Şirlər” Qabriel Moskardoya görə 20 milyon, Malik Fofanana görə 17 milyon, Gift Orbana görə isə 12 milyon ödəyib.

“Böyük beşlik” klublarının son 10 ildə yanvar transferlərinə xərclədiyi pul
il məbləğ
2015 401,27 milyon avro
2016 465,08 milyon avro
2017 693,78 milyon avro
2018 1,03 milyard avro
2019 648,27 milyon avro
2020 996,45 milyon avro
2021 330,37 milyon avro
2022 748,52 milyon avro
2023 1,1 milyard avro
2024 467,3 milyon avro*
* fevralın 1-nə olan durum (transfermarkt.de saytının məlumatı).

Yuxarıdakı rəqəmlərdən də göründüyü kimi, son 10 il ərzində yanvar transferləri üçün xərclər sabit şəkildə artıb. Məbləğ hər il yüksəlib, yalnız 2019-da müəyyən eniş olsa da, ümumilikdə artım tendensiyası göz önündədi. Hə, 2021-in yanvarı da var, ancaq xatırlatmağa dəyər ki, bu, koronavirusdan sonrakı, həmişəkindən gec başlayan mövsüm idi. İngiltərədə oyunlar boş tribunalar önündə keçirilirdi, klublar çox ehtiyatlı davranırdı. Ancaq növbəti iki ildə yenə artım oldu. Və indi yenə kəskin eniş.

Bəs belə enişin səbəbləri nədi? Liqalar üzrə xərclənən pula nəzər salsaq, İngiltərə premyer-liqası qeyri-adi şəkildə mövqeyini əldən verib. Qalan top-liqaların xərcləri bir-iki il əvvəlki ilə müqayisədə aşağı-yuxarı eynidi. Ancaq məhz İngiltərə bütün bu illər ərzində transfer xərclərinə görə 1-ci yerdə qərarlaşıb, ən azı Avropa liqaları arasında. Hətta koronavirusdan sonrakı 2020/21 mövsümündə də.

Ötən yanvar xərclənən toplam 1,1 milyard avronun 842 milyonu İngiltərə premyer-liqasının payına düşdü. 2022-nin yanvarında toplam 748 milyondan 345 milyonu, yəni təxminən yarısı. İndi isə bir daha xatırladırıq ki, söhbət miskin 80 milyon avrodan gedir. İcarələri nəzərə almasaq, iki ən önəmli transfer kimi “Tottenhem”in “Cenoa”dan rumıniyalı müdafiəçi Radu Drequşini (25 milyon avroya), “Mançester Siti”nin isə hücumameyilli yarımmüdafiəçi Klaudio Eçeverrini “River Pleyt”dən almasını (14,5 milyona) göstərmək olar. Yaxşı, bura 19 yaşlı sol cinah müdafiəçisi Valentin Barkoya görə “Boka Xuniors”a 9,15 milyon avro ödəyən “Brayton”u da əlavə edək.

Müqayisə üçün: bir il əvvəl elitada yerini qorumağa çalışan “Bornmut” “xilasedici briqada” yığmaq üçün 50 milyon avro ayırmışdı. Bu pul üç futbolçu – müdafiəçi İlya Zabarnı (22,7 milyon) və vingerlər Danqo Uattara (22,5 milyon) ilə Antuan Semenyo (10,5 milyon) üçün xərcləndi. Bu plan işə yaradı – “albalılar” premyer-liqada yerini qorudu, Zabarnı ilə Semenyo bu mövsüm start heyətinin vazkeçilməz simasıdı. “Bornmut”un elitada qalmaq uğrunda mübarizədəki rəqibləri (son nəticədə bacarmadılar) – “Lids” və “Lester” yanvarda uyğun olaraq, 41 və 32 milyon avro xərcləmişdi. İndi isə 15-20-ci yerlər arasında qərarlaşan komandalar heç bu haqda düşünmürlər də.

Qısaca desək, belə davranışın əsas səbədi İPL-in daxili maliyyə nəzarəti qaydalarını sərtləşdirməsidi. Sadə dillə desək, İngiltərədaxili “maliyyə feyr-pleyi”. “Everton” artıq 10 xal cəriməsi və maliyyə pozuntusuna dair yeni ittihamlar ilə üzləşib. “Nottingem Forest”ə münasibətdə də oxşar iş açılıb. Bu üzdən qalan bütün klubların da əsəbləşməsi və xərclərə maksimal dərəcədə ehtiyatlı yanaşması təəccüb doğurmur. Hətta “Nyukasl” da yanvarda oyunçu satmağa hazır idi, düzdü, heç də hamısını yox.

Daha dəqiqi, indi söhbət qaydaların sərtləşdirilməsindən getmir; bu qaydalar 2015-ci ildən mövzuddu, heç nə dəyişməyib. Ancaq əvvəllər klublar qaydalara əməl olunmasına barmaqarası yanaşırdısa (ən pis halda söhbət cərimədən və ya bir-iki pəncərədə transfer yasağı qoyulmasından gedirdi), indi İPL rəhbərliyi qərar verib ki, klublar yazılanlara əməl etməlidi. “Everton”un başına gələnlər hər kəsə vəziyyətin ciddi olduğunu anlatdı. Bu, özünəməxsus siqnal idi, qalan klublar onu eşitdi.

Üstəlik bu qış keçirilən, fevralın ortalarında bitəcək Afrika Millətlər Kuboku ilə Asiya Kubokunun təsirini də nəzərə almaq lazımdı. Bu iki hadisə bazarı daraldır, ona görə ki, bu turnirlərə futbolçu göndərən klublar heyətlə bağlı məhdudiyyət yaşadığından kimisə satmaq istəmirlər – belədə kimi oynadacaqlar?! Yığma forması geyən futbolçular da transfer prosesindən kənarsa qalır və ya onların keçidləri ciddi şəkildə çətinləşir.
Bu iki turnirin təsiri təkcə İngiltərədə yox, bütün Avropa bazarında duyulur, ancaq məsələ belədi ki, məhz İngiltərə premyer-liqası qış “transfer pəncərəsi”nin əsas hərəkətverici qüvvəsi olurdu.

Bəs hansısa yeni tendensiyadan danışmaq olarmı? Qısa desək, çətin ki. Çox güman, indiki unikal durum, sadəcə, konkret ilin şəraitindən qaynaqlanır. Axı son illərdə həm klubların ümumi gəlirləri, həm də transfer bazarındakı xərcləri, bir qayda olaraq, yalnız artıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-02-2023, 19:0

Qış “transfer pəncərəsi”ndən baxarkən… - TƏHLİL

Ölkə futbolu

2-01-2023, 18:0

"Qış transfer pəncərəsi" yanvarda açılacaq

Ölkə futbolu

28-11-2022, 14:0

"Qış transfer pəncərəsi" yanvarda açılacaq

Aktual
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
Son xəbərlər
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə