“Real”ın yarımmüdafiəçisi Toni Kroos həmvətəni Yürgen Kloppun mövsüm bitəndən sonra “Liverpul”u tərk edəcəyi ilə bağlı qərarı haqda danışıb:
“Kloppla müqavilə bağlaya biləcək klubları təbrik edirəm. O artıq illərdi xaricdə çalışır, sorğular göstərir ki, Klopp, sözsüz, Almaniyada ən populyar məşqçidi. Düşünürəm ki, elə İngiltərə haqda da bunu demək olar”.
"Fotoball-plus.az" xəbər verir ki, Kroos ümid edir ki, Klopp gələcəkdə Almaniya yığmasını çalışdıracaq:
“O, belə bir qərar verməkdə müstəqildi, Yürgen ağıllı adamdı. Biz yalnız ümid edə bilərik ki, hansısa məqamda onu Almaniya yığmasında çalışmağa inandıracağıq. Bunu illərdi gözləyirik”.