• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Pyoli “Milan”dan ayrılmalı olacaq

Dünya futbolu

5-02-2024, 21:0

Stefano Pyoli mövsümün sonunda “Milan”ın baş məşqçi vəzifəsini tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, artıq onun xələfi də böyük ölçüdə məlumdu. Antonio Kontenin yayda “Milan”a təyin olunacağını ilk növbədə “Football Italia” xəbər verib. Bu mənbəyə görə, italiyalı mütəxəssis klub rəhbərliyinin təklif etdiyi şərtlərlə razılaşıb.

Qeyri-qənaətbəxş vəziyyət
Komanda ötən mövsüm Çempionlar Liqasında (ÇL) yarımfinala qədər irəliləmiş və bu mərhələdə əzəli rəqibi “İnter”ə hər iki matçda uduzmuşdu (0:2, 0:1). Daha əvvəlki mövsümdə isə Stefano Pyolinin başçılığı altında 11 ildən sonra ölkə çempionu olmuşdu. Amma “Milan” kimi titullarla zəngin tarixə malik olan klubun mövcud vəziyyəti rəhbərliyi və tifozini heç cür qane edə bilməz. Vəziyyət çox pis olmasa da, daxili yarışlarda göstərilən nəticələr “qırmızı-qaralar”ın cari mövsümü titulla başa vurmaq ehtimalına böyük ölçüdə kölgə salır. Pyolinin komandası artıq ölkə kubokunda mübarizəni 1/4 finalın ev oyununda “Atalanta”ya uduzmaqla (1:2) dayandırıb, A seriyasında isə 22 turdan sonra 46 xalla 3-cü yeri tutur. Ehtiyatda bir oyunu olan lider “İnter”dən 8, 2-ci yerdəki “Yuventus”dan isə 7 xal geri qalan “Milan”ın skudettonu qazanması möcüzəyə bağlıdı.

Bunu komandanı 2019-cu ildən çalışdıran Pyoli də etiraf edir. 58 yaşlı mütəxəssis 21-ci turun “Udineze” ilə səfər oyununun son saniyələrində vurulan qolla qazanılan 3:2 hesablı qələbədən sonra jurnalistlərə belə açıqlama vermişdi: “Oyundan-oyuna prinsipi ilə hərəkət etməli və çempionluq yarışında qalmaq üçün mümkün qədər çox qələbə qazanmağa çalışmalıyıq. “İnter” və “Yuventus” elə yüksək templə irəliləyirlər ki, qarşıdakı mübarizənin axarı ilə bağlı proqnoz vermək çətinləşir. Biz istənilən halda irəliləməli və digər rəqiblərin nəticələrini də nəzərə almalıyıq”.

ÇL-dən AL-ə
Mövsümün əvvəlindən işlərin tam qaydasında getməməsi bossları yeni məşqçi axtarışına vadar edirdi. Yerli mənbələr rəhbərliyin, belə desək, fon rejimində boş mütəxəssislərlə bağlı vəziyyəti izlədiyini ara-sıra xəbər verirdi. Buna təbii ki, daxili və beynəlxalq turnirlərdə nəticələrin zəifləməsi şərait yaratmışdı. Pyolinin fəaliyyətində ilk ciddi çat payızda yarandı. Onda “Milan” ölkə çempionatının 9-12-ci turlarında keçirdiyi 4 oyunda qələbə üzü görmədi: evdə “Yuventus” və “Udineze”yə minimal hesabla uduzan komanda səfərdə “Napoli” və “Leççe” ilə məhsuldar heç-heçəyə (2:2) razılaşdı. Əlbəttə, 4 oyuna 2 xal qazanmaq skudettoya iddiaçı üçün dəhşətli göstəricidi. Bu, həm də ən yüksək titul uğrunda mübarizədəki əsas rəqiblər “İnter” və “Yuventus”un marafonu birnəfəsə qət etməsi fonunda “Milan” qarşısında perspektivsiz mənzərə formalaşdırmışdı. Əzəli rəqib ilə turinlilərin çempionatda nadir hallarda qələbə qazana bilməməsi Pyolinin komandasının çempionluq şansını indi daha da azaldıb.

“Qırmızı-qaralar” mövsüm üçün digər hədəfindən də uzaq düşüblər. “Milan” ÇL-də “ölüm qrupu”na düşsə də, pley-offa çıxmağa əsas namizədlərdən sayılırdı. Ancaq nəticə uğursuz oldu. “Borussiya” (Dortmund) və PSJ-dən sonra 3-cü yeri tutan lombardiyalılar yalnız “Nyukasl”ı qabaqlamaqla mübarizəni Avropa Liqasında davam etdirmək hüququ qazandılar. Yeri gəlmişkən, İtaliya nəhəngi bu turnirin 1/8 finalına çıxmaq üçün fevralın 15-də və 22-də keçiriləcək “Renn” ilə pley-off oyunlarında uğur qazanmağa çalışacaq.

Baş məşqçi vəzifəsində dəyişikliyə səbəb yaradan daha bir fakt qitə arenasında, daha doğrusu ÇL-dəki uğursuzluqdu. Məhz dekabrın ortalarında yeni məşqçi axtarışı ilə bağlı proses daha zəruri görkəm aldı. Doğrudu, “Milan” dekabrın sonundan indiyədək A seriyasında xal ehtiyatını yetərincə artırmaqla ÇL-ə vəsiqə verən 3-cü yerdə möhkəmlənib: komanda 22 turdan sonra 4-cü yerdəki “Atalanta”nı 10 xal qabaqlayır (doğrudu, berqamoluların ehtiyatda bir təxirə salınan oyunu var). Bu nəticə rəhbərlikdə Pyoliyə daha bir şans vermək fikrini formalaşdırıb. Amma o, postunu yalnız mövsümün sonuna qədər qoruya biləcək.

Kontenin razılığını İbrahimoviç alıb
Bossların yeni məşqçi axtarışının əvvəlində Roberto De Zerbi ilə marqlandığı deyilirdi. Lakin 44 yaşlı italiyalı 2022-ci ildə başına keçdiyi “Brayton”u belə tez tərk etmək niyyətində deyil. Bu mövsüm “Bolonya”da uğurlu fəaliyyəti ilə seçilən 41 yaşlı Tyaqo Mottanı dəvət etmək isə bir qədər riskli sayılır. Əsas səbəb onun böyük klubda ilk mövsümdəcə ümidləri doğrulda bilməmək ehtimalı ilə bağlıdı. Nəticədə Konte “qırmızı-qaralar” üçün yeganə alternativə çevrilib. 54 yaşlı çalışdırıcının bu vəzifənin öhdəsindən gələ biləcəyini vurğulayan yerli mənbələr klubun onunla yanvarın əvvəlində təmas qurduğunu qeyd edir. Danışıqları şəxsən Zlatan İbrahimoviç aparıb. İsveçli sabiq hücumçu 2023-cü ildə karyerasını sıralarında başa vurduğu “Milan”da indi rəhbərliyin idman məsələləri üzrə məsləhətçisidi. Son xəbərlərdə onun Kontenin razılığını aldığı və təyinatın iyunda rəsmiləşəcəyi bildirilir.

“Milan”da çempion mentallığı çatışmır
Konte məşqçilik karyerası ərzində “Aretso”, “Bari”, “Atalanta”, “Syena”, “Yuventus”, “Çelsi” və “İnter” klublarına, həmçinin İtaliya millisinə rəhbərlik edib. 54 yaşlı mütəxəssisin sonuncu komandası “Tottenhem” olub. O, London klubunu ötən ilin mart ayında tərk edib.

İbrahimoviçin Konteni seçməsində təəccüblü heç nə yoxdu. Daim özü üçün yeni çağırışlar axtaran Zlatan onun kimi çempion mentallığına malikdi. Zarafat deyil, 39 yaşında olarkən Amerikadan - “Los Anceles Qalaksi”dən Avropaya qayıdan superulduz “Milan”ın çempionluq həsrətinə son qoymasında böyük rol oynayıb. İtaliya yığmasının keçmiş yarımmüdafiəçisi olan Konte futbolçu kimi superulduz ola bilməsə də, artıq yüksək səviyyəli məşqçi kimi özünü çoxdan sübut edib. “Yuventus” və “Çelsi” ilə qazandığı çempionluqları yada salaq. Doğrudu, “Tottenhem”in titulsuzluğuna son qoya bilməyib. Amma onun bu komandadan gedişi belə daim böyük ambisiyalarla yaşadığını göstərir. Komandasının bir qədər zəif oyun sərgiləməsinə, rəhbərliyin transfer bazarında qeyri-fəallıq göstərməsinə dözə bilməyən apenninli bossları tənqid etmiş və işini itirmişdi.

Yeri gəlmişkən, İbrahimov o vaxt “Milan”dan qovulmaq təhlükəsi ilə üzləşən Pyolini qətiyyətlə müdafiə etmişdi: “Hər kəs öz tərzinə uyğun işləyir. İlk növbədə özün olmalısan, mən buna inanıram. Amma hərdən buna görə əzab çəkməli olursan, çünki ətrafdakılar bunu eşitmək istəmirlər”.
Bax, bu əsl çempion mentallığıdı. Zlatan 2020-ci ildə komandaya qayıdarkən verdiyi vədi yerinə yetirib: ikinci mövsümdə skudettonun qazanılmasında müstəsna rol oynayıb. İndi “Milan”da məhz çempion ruhuna malik olan futbolçu çatışmazlğı hiss olunur. 37 yaşlı Olivye Jiru çox təcrübəlidi, əvvəlki kimi məhsuldar oyun sərgiləyir. Amma Fransa yığmasında hamını arxasınca aparan o deyil, 25 yaşlı hücumçu Kilian Mbappedi. Rafael Leao istedadlı driblyordu, ancaq yaşıl meydanda (həm də ondan kənarda) şən oğlan uşağına bənzəyir. Danimarkalı müdafiəçi Simon Kyaerin qalib ruhuna malik olduğunu əminliklə söyləmək mümkün deyil. Ümumiyyətlə, milanlılar A seriyasında orta yaş göstəricisinə əsasən ən gənc kollektivlərdən biridi.
Bəli, çalışdırıcı da mentallıq baxımından Konte ilə müqayisə oluna bilməz. Məlumunuz olsun ki, Pyoli 1999-cu ildən başlayan karyerası ərzində A seriyasında ilk çempionluğu məhz 2022-ci ildə “Milan”la qazanıb. Deməli, bu komandaya gəlməzdən əvvəlki iş yerlərində məlum vəzifələrin həlli ilə məşğul olmayıb. Başqa sözlə, indi düşdüyü vəziyyəti ilk dəfə yaşayır. Zirvədə qalmaq ora yüksəlməkdən daha çətindi. Və don Stefano hələ ki, buna nail ola bilmir.

Konte “Milan”da nəyi dəyişməlidi?
Pyolinin gələcək xələfi ötən ilin martından işsizdi. “Tottenhem”dəki son aylar onun üçün, sadəcə, dəhşətli keçmişdi. Nəticələr getdikcə pisləşirdi, səhhətində də problemlər yaranmışdı. Premyer-liqanın 28-ci turunun “Sauthempton”la matçından (3:3) sonra bosslar üçün şok effekti verən müsahibəsi isə istefaya göndərilməsinə səbəb oldu.

Niyə belə alındı? Yolların ayrılmasına yalnız həmin müsahibədə səsləndirdiyi tənqidi fikirlər səbəb ola bilməzdi. İtalyanın mürəkkəb və alovlu xarakterə malik olduğu hamıya bəlli idi. Amma hamı əməkdaşlığın lap əvvəlindən belə xarakteri qəbul etmişdi. Ona görə ki, Kontenin fəaliyyəti nəticə verirdi. “İnter”də də belə olmuşdu: milanlılar ona qədər 11 il ərzində çempionluğa həsrət qalmışdılar. Maraqlıdı ki, don Antonio titul qazanmaqla A seriyasında sabiq klubu “Yuventus”un 9 illik hegemonluğuna son qoymuşdu. Elə “Çelsi”də də eyni vəziyyət idi: bu komandada keçirdiyi ilk mövsümdəcə çempionluq sevinci yaşamışdı.

Londonlular bir ildən sonra onunla ölkə kubokunu da qazandılar. “Yuventus”da da belə olmuşdu: turinlilərin 9 illik həsrətini bitirən Konte ardıcıl üç dəfə titulu heç kimə vermədi!

Amma “Tottenhem”də belə alınmadı. Xüsusilə qeyd edək ki, bu komanda sonuncu titulu olan İngiltərə Liqa kubokunu 2008-ci ildə qazanıb. Yəni Kontedən əvvəlki bir neçə həmkarı da titulsuzluğa son qoya bilməyib.

Onun “Milan”ın başına keçməsi üçün səbəblər var. Məhz o, ilk növbədə bu komandaya qısa müddətdə impuls verə bilər. Sözsüz, rəhbərlik Kontenin istədiyi heyəti qurmağa borcludu. Əks halda Londondakı hadisənin təkrarlanması mümkündü. Amma bu baş verməsə, İngiltərə paytaxtında məşqçini ağuşuna alan idman planında qəzəbi ona növbəti iş yerində yalnız kömək edə bilər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

31-01-2024, 11:0

Pyolinin yerini o tutacaq

Dünya futbolu

5-01-2024, 20:0

Pyolinin yerini kim tutacaq?

Dünya futbolu

1-12-2023, 18:0

Pyolinin yerini kim tuta bilər?

Aktual
86700 manat! – kubok oyunu “Qarabağ”la “Sabah”a bu qiymətə başa gəldi
“Neftçi”yə transfer qadağası qoyuldu, klub rəsmisi azarkeşləri narahat olmamağa çağırdı
Kubokun finallarında azarkeş sayı 300 minə çatacaq! – stadionun tribunaları tam dolsa...
Çuameni Valverdeni niyə döydü? - davanın təfərrüatı
“Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
“Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
Son xəbərlər
  • Dünən, 23:51
    'Risk etmək istəmədik, çünki zədəlilər ola bilərdi" - Valdas Dambrauskas
  • Dünən, 23:20
    "Bu gün bir az bəxtimiz gətirdi" - Azər Bağırov
  • Dünən, 22:45
    “Həmin iddialar əsassızdı və faktlara uyğun deyil” – “Araz Saatlı”nın pulsuz qalmasına izahat
  • Dünən, 22:06
    Türkiyəli ulduz üçüncü dəfə dizindən əməliyyat olunacaq
  • Dünən, 21:35
    "Rəşad Sadıqovdan üzr istəyirəm" - Jorj Kaşkilya
  • Dünən, 21:25
    "Zirə" Qubada büdrədi, "Sabah" "Kəpəz"ə uduzdu - YENİLƏNİB
  • Dünən, 20:51
    "May ayında palçıqda futbol oynayırıq" - Rəşad Sadıqov
  • Dünən, 20:20
    Millimiz Rumıniyaya böyük hesabla uduzdu
  • Dünən, 19:56
    Arda Turanlı ''Şaxtyor''un avrokubok macərası yarımfinalda başa çatdı
  • Dünən, 19:25
    Tanınmış məşqçi xanım taksi sürücüyə pul əvəzinə seks təklif etdi!
  • Dünən, 18:54
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 18:48
    39 yaşında klubunu dəyişdi
  • Dünən, 18:09
    DÇ-2026 üçün maraqlı vakansiya
  • Dünən, 17:55
    Riad Rəfiyev sınaq müddəti
  • Dünən, 17:38
    Mourinyo “Real”a hansı şərtlər irəli sürüb?
  • Dünən, 17:03
    86700 manat! – kubok oyunu “Qarabağ”la “Sabah”a bu qiymətə başa gəldi
  • Dünən, 16:43
    Kubok gözəlləməsi: açıq məşq də olacaq, mətbuat konfransı da!
  • Dünən, 16:31
    "İmişli" - "Zirə" - START HEYƏTLƏRİ
  • Dünən, 16:08
    Luis Enrike futbolçularını ad gününə dəvət etdi, amma....
  • Dünən, 15:49
    “Neftçi”yə transfer qadağası qoyuldu, klub rəsmisi azarkeşləri narahat olmamağa çağırdı
  • Dünən, 15:23
    ÇL-də hamını arxada qoydu
  • Dünən, 14:46
    “Hall Siti”ni artıq türk klubuna çevirmişik” - Acunun növbəti hədəfi nədi?
  • Dünən, 14:11
    “İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
  • Dünən, 13:49
    Kubokun finallarında azarkeş sayı 300 minə çatacaq! – stadionun tribunaları tam dolsa...
  • Dünən, 13:14
    Çuameni Valverdeni niyə döydü? - davanın təfərrüatı
  • Dünən, 12:38
    “Trabzonspor” Azərbaycana gəlir?
  • Dünən, 11:54
    “Fənər”in sabiq məşqçisindən illər sonra gələn etiraflar
  • Dünən, 11:23
    Millimiz beynəlxalq turniri 45 medalla başa vurdu
  • Dünən, 10:52
    “Neftçi” 1/4 final oyununa çıxacaq - Dünya Seriyası
  • Dünən, 10:31
    Həsrət hamıdan irəlidədi
  • Dünən, 10:00
    Altı cüdoçumuz “Böyük Dəbilqə"də mübarizəyə qoşulur
  • Dünən, 01:09
    Arda Turan yarımfinalda dayandı...
  • 7-05-2026, 23:0
    "Neftçi" və "Araz-Naxçıvan" qalib gəldi
  • 7-05-2026, 22:0
    Yenə Antonelli!
  • 7-05-2026, 21:0
    “Fənərbaxça” “Jalgiris”i ikinci oyunda da məğlub etdi
Daha çox
Oxunub: 191
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 172
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Oxunub: 170
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Oxunub: 162
Azər Bağırov general-mayorla görüşdə olub, ancaq şəklə düşməyib
Oxunub: 161
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 144
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə