• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Belfast əyləncəsi Reşforda 764 min avroya başa gəldi

Dünya futbolu

5-02-2024, 21:0

MY-də yenə sakitlik pozulub.

"Football-plus.az" xəbər verir ki, Ceydon Sançonun “Borussiya”ya qalmaqallı gedişindən sonra paltardəyişmə otağında ab-havanın düzələcəyini düşünənlər, görünür, Markus Reşfordun varlığını unudub. Bəs o nə edib?

İngiltərə kuboku çərçivəsində şənbə günü “Nyuport”la keçirilən oyundan əvvəl Erik ten Haq ənənəvi olaraq, mətbuat önünə hansı oyunçuların meydana çıxa bilməyəcəyi haqda danışıb. Malasia ilə Mauntun xidmətindən yararlana bilməyəcəyini deyən baş məşqçi Evansla Reşfordun də xəstə olduğunu vurğulayıb.

Mətbuat konfransından dərhal sonra sosial şəbəkələrdə Belfastın əyləncə mərkəzlərində dolaşan Markusun şəkilləri və videoları görünüb. Bunları yayanlar dəqiqləşdirib ki, ingiltərəli forvard həmin yerlərdə guya xəstəlik üzündən çıxmadığı cümə məşqindən az əvvəl olub. Reşfordun baş çəkdiyi “Lavery” barının əməkdaşlarından biri dostuna videomüşahidə kamerasının yazısını göndərib. Onun dediyinə görə, futbolçu yalnız alkoqol qəbul etməyib, elektron siqaret də çəkib.

“Daily Mail” nəşri məsələyə belə aydınlıq gətirdi: “MY-də əmindilər ki, oyunçunun iştirak etdiyi videoçarx istirahət günündən əvvəl – çərşənbə günü çəkilib, yəni hücumçu rejimi pozmayıb”. “The Telegraph” da azarkeşləri sakitləşdirib: “Reşford həqiqətən də icazəli olduğu gündə yaxın dostu ilə birgə Belfastda olub”.

“The Athletic”in informasiyasına görə, Markus Şimali İrlandiyanın paytaxtında çərşənbə günü və cümə axşamı istirahət edib. Özü də təkcə “Lavery” barında yox, “Thompsons” pabında da, ardından “Thompsons Garage” gecə klubunda da. İdmançı iki gün ərzində üç əyləncə məkanına baş çəkib, cümə günü səhər saat 8-də isə özəl təyyarə ilə İngiltərə qayıdıb. O, özünü məşqə çatdırsa da, kluba xəstələndiyini deyib. “Nyuport”la oyuna bir neçə saat qalmış “Yunayted”in mətbuat xidməti açıqlama yayaraq, “Reşfordun kubok oyunununda iştirak ərizəsində düşmək üçün yetərincə sağlam olmadığını” bəyan etdi.

Mankunianlar 4-cü divizion təmsilçisini çətinliklə (4:2) keçsə də, Markusla bağlı durum məğlub komandanın azarkeşlərini əməllicə əyləndirdi. Onlar tribunada belə banner asmışdı: “Reşford, həftəlik maaşını bizə verərsənmi?”

Belə görünür ki, Ten Haq futbolçusunun belə hoqqasına qətiyyən hazır deyilmiş. Jurnalistlərin çətin suallarından yayınmaq istəyən mütəxəssis onlara belə dedi: “Bu, klubun daxili işidi, özüm ondan haqq-hesab soracan. Reşfordun cəzası? Bir daha təkrar edirəm ki, bu, klubdaxili məsələdi”.
Bazar ertəsi, yəni yanvarın 29-da “The Sun” xəbər verdi ki, futbolçunu ikihəftəlik maaşı (764 min avro) həcmində cərimə gözləyir. Həmin gün axşam saatlarında isə mankunianların mətbuat xidməti rəsmi açıqlama yaydı: “Markus hərəkətlərinə görə məsuliyyətini boynuna aldı. Bu vəziyyətə daxili intizam işi kimi baxıldı və qapandı”.

İş ondadı ki, bu, Markusun ilk hoqaası deyil. O, ötən ilin noyabrında “Chinawhite” gecə klubuna baş çəkmişdi. Özü də premyer-liqanın 10-cu turunda “Mançester Siti”dən alınan acı məğlubiyyətdən (0:3) sonra. Ten Haq onda publikanı əmin edirdi ki, Reşford başverənlərə görə çox məyusdu: “O, vəziyyəti düzəltmək üçün motivasiyalıdı. Necə çalışdığını görürəm. Səhvə yol verib, ancaq meydandan kənarda etdikləri, necə yaşaması... Əminəm ki, komandaya yardım etmək üçün çalışır”.

Forvard ötən mövsüm də rejimlə bağlı problem yaşayıb. 2022-ci ilin dekabrında intizam pozuntusuna görə “Vulverhempton”la oyunda ehtiyatda qaldı. Sonradan aydın oldu ki, ingiltərəli ulduz yatıb qaldığından komandanın iclasına gecikib.

Təbii ki, Reşfordun durumu İngiltərənin futbol ictimaiyyətinin diqqət mərkəzindədi. Məsələn, Alan Şirer BBC-nin efirində onunla bağlı bunları deyib: “Bu, daxili məsələdisə, düşünmək olar ki, nəsə baş verib. Reşford böyük istedada malikdi. Biz onun ötən mövsüm oyunöncəsi iclasa gecikdiyinə görə necə cəzalandığını görmüşük. Ancaq indi vəziyyət fərqlidi. Ya evdə işlər yolunda getmir, ya da klubla münasibətlər baxımından problem var. O, belə davranışı davam etdirməməli, istedadını boşuna xərcləməməlidi. Çünki belə davranış düzgün deyil. Ona güclü nəzarət lazımdı. Elə bir adam lazımdı ki, ona belə davam edəcəyi halda karyerasının sonunda peşman olacağını desin. Belə hərəkət etmək olmaz. Ötən mövsüm 30, bu mövsüm isə cəmi 4 qol... (“Vukverhempton”la oyundan əvvəl yazılıb – red.) Onun oyununa baxanda adama elə gəlir ki, bütün dünyanın yükü çiyinlərindədi. Gerçəkdən bu durumun öhdəsindən təkbaşına gələ bilməz”.

Yəqin ki, Markusun “Nyukasl”ın əfsanəsinin sözləri üzərində düşünməsinə dəyər. Həqiqətən də o, bu mövsüm özünə bənzəmir. Qorxunc statistika (26 oyunda 4 qol) üzündən Reşford Britaniya mediasının və “qırmızı şeytanlar”ın azarkeşlərinin hədəfinə çevrilib. Oyun keyfiyyəti öz yerində, problemlərin tam bir kompleksi görünür: psixoloji, intizamsızlıq, motivasiyanın itməsi. Ancaq ən qorxulu məqam budu ki, nə baş məşqçi, nə də futbolçu özü vəziyyətdən necə çıxmalı olduqlarını bilmirlər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-02-2023, 16:0

Reşfordun qiyməti məlum oldu

Dünya futbolu

20-05-2023, 19:0

Reşforda indi nə olub?

Dünya futbolu

3-11-2023, 13:0

Derbidəki biabırçılıq Reşfordun vecinə də deyil!

Dünya futbolu

28-02-2023, 21:0

Avtoqol qol kimi qeydə alındı

Dünya futbolu

21-03-2023, 18:0

İngiltərə yığmasında 3 itki

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Dünən, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Dünən, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Dünən, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Dünən, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Dünən, 13:00
    500-cü oyun, 550-ci qol
  • Dünən, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Dünən, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Dünən, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Dünən, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Dünən, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Dünən, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • 8-07-2026, 23:0
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • 8-07-2026, 23:0
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • 8-07-2026, 22:0
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • 8-07-2026, 22:0
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • 8-07-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 8-07-2026, 20:0
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • 8-07-2026, 20:0
    Camal Cəfərov Qırğızıstan klubunda
  • 8-07-2026, 19:0
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • 8-07-2026, 19:0
    "İmişli"də yeni təyinat
  • 8-07-2026, 19:0
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə