• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İngiltərənin heç bir başqa klubunu çalışdırmayacam – bunu vəd edə bilərəm”

Dünya futbolu

31-01-2024, 21:0

Yürgen Klopp ötən cümə 2015-ci il oktyabrın 8-dən bəri çalışdırdığı “Liverpul”dan mövsüm bitəndən sonra ayrılacağını deməklə təkcə bu komandanın azarkeşlərini yox, futbol dünyasını da şoka saldı.

"Football-plus.az" xəbər verir ki, 56 yaşlı almaniyalı mütəxəssis onu belə qərar verməyə vadar edən səbəblər haqda danışıb.

* Düşünürəm ki, hər şeyi demişəm. Mən artıq 24 ildi işləyirəm. Bir müddət dayanmaq lazımdı, artıq gənc deyiləm, əvvəl olduğu kimi hündürə tullana bilmərəm. Komandaya yaxşı məşqçi lazımdı, mən özümü tam bu işə həsr edə biləcəyimə əmin deyiləm. Gələn mövsüm bunu bacarıb-bacarmayacağımı bilmirəm. Buna görə də kluba getmək qərarımı çatdırdım. Hamını çox sevirəm və hər şeyi ciddi qəbul edirəm. Bilirəm ki, ötən və üç il əvvəlki mövsüm çox pis oldu. 2015-dən bəri çox şey baş verib, ancaq indi ilk dəfə anlayıram ki, getmək istəyirəm. Ötən yay əmin oldum ki, mənə işləmək çətindi, indiki qərara tədricən gəldim. Bu qərarı verəndən sonra yüngülləşdim. Bu vacib xəbəri futbolçulara və azarkeşlərə çatdırmalıydım. Həftə ərzində klubdakı başqa adamlarla da danışdım, hətta göz yaşları da gördüm, ancaq bu, uzun müddət birgə çalışandan sonra normal haldı.
* Həqiqətən ötən yay çətin oldu. Yaxşı oyunçular transfer etmək üçün yorulmadan çalışdıq. Onlar gələndən sonra bir qədər yüngülləşdik və mən bu komandanın nə dərəcədə yaxşı olduğunu anladım. Müqavilələrin imzalanması, mövsümöncəsi hazırlıq... Anladım ki, daha belə davam edə bilmirəm... Hər həftə 6 mətbuat konfransı keçirirəm. Həmişə özünün ən yaxşı versiyan olmaq lazımdı. Mənim məşq və komandanı idarə etmək üslubum enerjiyə söykənir. Bunu bacarmayanda fəaliyyətimin mənası itir.
* Qərarımı komanda önündə etdim, ardından bəzi oyunçularla ayrıca danışdım. Aramızda möhkəm bağlar var, hələ ki kimsə mənə hansısa sual verməyib. Hər il komanda üzvləri ilə anlaşırıq: qarşıdakı ili birgə keçirəcək və maksimum dərəcədə uğura nail olmaq üçün hər şey edəcəyik. Bu il hələ bitməyib, hər kəsin əhval-ruhiyyəsi əladı.
* Bu klubun ehtiyac duyduğu sonuncu şey mənim məsləhətlərimdi. Burda çox möhkəm struktur var, ağıllı adamlar çalışır, onlar yeni baş məşqçi ilə bağlı düzgün qərar verəcək. Gələcəkdə kluba hər şeyin ən yaxşısını arzulayıram. Gələcəyim necə olacaq? Mən dincələcəm, qalanı isə çalışmaq fikrindədi. Pep Laynders komandaya qeyri-adi dərəcədə təsir göstərib, məşqçi kimi inkişafımda rolu olduğuna görə çox minnətdaram. Bu komanda hələ uzun müddət qənimətlər uğrunda mübarizə aparmağa qadirdi. Bu klub bir məşqçidən daha artıqdı. Məndən sonra yeni çalışdırıcı gələcək, komanda yenə əla futbol nümayiş etdirəcək. İrəlidə “Liverpul”u möcüzəvi gələcək gözləyir, istədiyim ancaq budu. Prosesi əyləcləyən sərnişin rolunda qalmaq istəmirəm. Bütün bu illər ərzində yaşıl meydanda və ondan kənarda çox çalışdıq. Adamlar məni premyer-liqanı üç dəfə qazanmamaqda və başqa nədəsə ittiham etmək istəyirsə... Nəyin daha cəlbedici olduğunu bilmirəm. ÇL-in finalını qazanmışıq. Ferqyuson kimi qərarımı dəyişə bilərəmmi? Ona hörmətim böyükdü, ancaq mən belə etməyəcəm. Düzünü desəm, bu vəziyyətlə bağlı çox düşünmüşəm. Uzun müddət götür-qoy etdim, heç nə məni fikrimi dəyişməyə məcbur edə bilməz.
* Yeni müqaviləni imzalayanda 100 faiz əmin idim ki, müddətin sonuna qədər çalışacam, 2026-ya qədər burda qalacam. Enerjimin sonsuz olduğuna əmin idim, ancaq belə deyilmiş. Burda çox şey öyrəndim. Bütün suallarınızı anlayıram, ancaq istəmirəm ki, söhbətimiz emosiyalar üzərində qurulsun.
* Bu gün eşitdim ki, böyük hörmət bəslədiyim klub sahiblərindən Xose Enrike deyib ki, gedişim necəsə FSG (klubun sahibi olan Amerika şirkətini nəzərdə tutur – red.) ilə bağlıdı. Əlbəttə, belə deyil, bu fikirdə zərrəcə həqiqət payı yoxdu. Bilirəm ki, azarkeşlər daha çox transfer istəyərdi, ancaq biz burda əbədi qalacaq iki tribuna ucaltdıq. 30-40-50 il kluba xidmət edəcək baza tikdik. Çempionlar Liqasını, premyer-liqanı qazandıq, 97, 94 xal topladıq.
* Mövsüm bitəndən sonra ən azı bir il heç bir klubu və yığmanı çalışdırmayacam. İngiltərənin heç bir başqa klubunu çalışdırmayacam – bunu vəd edə bilərəm. Hətta yeməyə heç nə tapmasam da, çalışdırmayacam.

Kloppun mətbuat konfransına qatılan “Liverpul”un icraçı direktoru Billi Hoqan da bəzi məsələlərlə bağlı danışıb.
● Kloppun gedişi haqda: “Yürgen 2015-də gələndə bizə dedi ki, klubu ondakından daha yaxşı vəziyyətdə tərk edəcək – belə də oldu. Bu mövzuda onunla ilk söhbətimizi xatırlayıram. Onun gedişi bizim üçün kədərli xəbərdi, azarkeşlər də emosiyalarını bizlə bölüşür. Yürgeni tanıyıram, onu dəstəkləyirəm, qərarına hörmət edirəm. Hər kəs durumu kənardan görür, o isə 24 ildi yorulmadan çalışır. Hansısa dərəcədə onu anlayıram. Kədərli, eyni zamanda xoşbəxt gündü – ona görə ki, Klopp hansısa nəticəyə gəldi”.
● Yeni baş məşqçi axtarışı haqda: “Asan olmayacaq, ancaq nə etməli olduğumuzu bilirik. 9 il əvvəl Yürgeni bura gətirən prosesi yenidən başladacağıq. Söhbətlər istisnasız bağlı qapılar arxasında olacaq”.
● Kloppun hamını şoka salması haqda: “Bu gün oğlumla danışdım, o da yenicə xəbər tutub. Mənə dedi ki, Yürgenin həmişə bizim məşqçi olacağını düşünürdüm. Bu qərarla bağlı şoku görürəm, Kloppun Şenkli və Dalqlişlə müqayisə olunmasını anlayıram”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-01-2024, 23:0

“Yaxşı bilirəm ki, bu işi təkrar-təkrar görə bilmərəm”

İdman

30-03-2022, 19:0

Bartinin məşqçisi şoka düşməyib

Dünya futbolu

30-07-2023, 19:0

Yeni kapitan kim olacaq?

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Dünən, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Dünən, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Dünən, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Dünən, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Dünən, 13:00
    500-cü oyun, 550-ci qol
  • Dünən, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Dünən, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Dünən, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Dünən, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Dünən, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Dünən, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • 8-07-2026, 23:0
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • 8-07-2026, 23:0
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • 8-07-2026, 22:0
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • 8-07-2026, 22:0
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • 8-07-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 8-07-2026, 20:0
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • 8-07-2026, 20:0
    Camal Cəfərov Qırğızıstan klubunda
  • 8-07-2026, 19:0
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • 8-07-2026, 19:0
    "İmişli"də yeni təyinat
  • 8-07-2026, 19:0
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə