“Qəbələ”nin futbolçusunun çiyni çıxdı

31.01.2024 17:30 216
Ölkə kuboku
Ölkə kubokunun 1/4 final mərhələsinin oyunları keçirilir.

“Football-plus.az” xəbər verir ki, hazırda davam edən “Araz-Naxçıvan” - “Qəbələ” görüşündə qonaqların heyətində ciddi itki baş verib. Emil Səfərov ikili mübarizə zamanı yerdə qalıb.

O, Gilad Abramovla əvəzlənib. İlkin diaqnoza görə “qırmızı-qaralar”ın futbolçusunun çiyni çıxıb.

Qeyd edək ki, matçda hesab 1:1-di.

İSMAYIL XEYRULLAYEV