Bu görüş əvvəlcədən planlaşdırılmışdı, yoxsa Ayxan Abbasov “Kəpəz”lə oyundan sonra idarəçiliklə bağlı narazılıq edəndən, Barış bəydən izahat istəyəcəyini deyəndən sonra baş tutdu? Bu sualla “Turan Tovuz”un mətbuat xidməti rəhbəri Süleyman Tağıyevə müraciət etdik. O "Football-plus.az"a məsələni belə açıqladı:
“Lisenziyalaşdırmanın tələblərinə uyğun olaraq, hər klub üçün ildə bir dəfə oyun qaydaları ilə bağlı seminar keçirilir. Tərəflər üçün uyğun olan bir vaxtda Hakimlər Komitəsi tərəfindən bu iclas keçirilir”.
ƏSƏD SEYİDOV


