• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rusiyalı milyarder “Monako”nu satmaq istəyir

Dünya futbolu

26-01-2024, 21:0

Deyəsən, Fransanın iddialı klublarından olan “Monako”da ciddi dəyişikliklər gözlənilir. “Knyazlar”ın majoritar sahibi Dmitri Rıbolovlevin klubu satmaq niyyətində olması barədə xəbərlər gündən-günə artır.

"Football-plus.az" xəbər verir ki, srağagün Avropa mətbuatında “Monako” ilə bağlı iki önəmli xəbər yayıldı. “Los Exos”un məlumatına görə, rusiyalı biznesmen 2023-cü ildə amerikalı investorlardan ən azı iki təklif alıbmış. Həmin investorlar özlərini Avropa futbolunda sınamaq istəyirlər. Anlaşmanın hətta bu mövsümün sonuna qədər baş tutacağı istisna olunmur. “Monako”nun yeni sahibləri həm də Monako knyazlığının dəstəyini qazanmalıdı. Çünki klubun səhmdarlarından biri məhz elə knyazlığın özüdü! Rusiya mətbuatı isə iddia edir ki, Rıbolovlev hazırda özünün klubdakı hissələrinin strateji üstünlüklərini nəzərdən keçirir. O, artıq “Monako”ya “Reyn Qrup” adlı şirkəti cəlb edib. Bu şirkət qarşıdakı dönəm üçün klubun əsas maliyyə məsləhətçisinə çevriləcək. Loru dildə desək, klubun satışına yardım edəcək. Rusiyalı milyarderin rəsmisi bunları deyib: “Strateji bir araşdırma aparılacaq. Amma bu analizlər klubun dərhal satılacağı ilə bağlı heç bir zəmanət vermir. Ona görə də hələ ki, bu mövzu barədə geniş danışmağa ehtiyac görmürük”.

“Reyn Qrup” 2009-cu ildə ABŞ-da yaradılmış investisiya şirkətidi. Bu şirkətin baş ofisi Nyu-Yorkda yerləşir. Bu şirkət tərəfindən yaradılan eyniadlı bank texnologiya, media və telekommunikasiya sahəsində fəaliyyət göstərir. İdman dünyasında bu banka şöhrət qazandıran əsas məqam isə onların böyük anlaşmalar zamanı birbaşa müxtəlif dövlətlərin hökümətlərindən rəsmi şəkildə icazə almaq qabiliyyətidi. “Reyn Qrup” xüsusilə İngiltərə premyer-liqası təmsilçiləri ilə sıx əməkdaşlıq edir. Məsələn, məhz onların dəstəyi ilə 2019-da ABŞ-ın “Silver Leyk” şirkəti 500 milyon dollar qarşılığında “Mançester Siti”nin sahibi olan “Siti Futbol Qrup” holdinqinin səhmlərinin 10 faizinə sahib çıxdı. Eləcə də 2022-nin yazında Roman Abramoviç “Çelsi”ni satışa çıxarandan sonra əsas vasitəçi rolunu məhz bu bank oynayırdı. Həmin ilin aprelində “Reyn Qrup” 4 əsas namizədin adını açıqlamışdı. Mayın sonlarında isə Böyük Britaniya hökumətinin də razılığı ilə “Çelsi” 4,25 milyard funt sterlinq qarşılığında amerikalı biznesmen Todd Bouli və onun partnyorlarına satıldı. “Reyn Qrup” eyni zamanda “Mançester Yunayted”in satılması məsələsi ilə də məşğul olur. “Atletik” nəşri bir müddət öncə xəbər vermişdi ki, ser Cim Retkliffə klubun səhmlərinin 25 faizini almağa yardım etməsi üçün “Yunayted” bu şirkətə 31,5 milyon dollar ödəyibmiş!

“Forbes” jurnalının məlumatına görə, Rusiyanın ən varlı 20 şəxsindən biri olan Dmitri Rıbolovlev 2011-də “Monako”nun majoritar səhmlərini ələ keçirib. Hazırda onun maraqlarını müdafiə edən “Monako Sport İnvest” şərkəti klubun səhmlərinin 66,7 faizini əlində saxlayır. Rıbolovlevin dönəmində “Monako” Liqa-1-də bir dəfə (2016/17) çempion olubsa, iki dəfə (2013/14, 2017/18) ikinci pilləni tutub. Klub bir dəfə (2020/21) ölkə kubokunun, iki dəfə (2016/17, 2017/18) liqa kubokunun finalında, eləcə də bir dəfə (2016/17) Çempionlar Liqasının yarımfinalında oynayıb.

Əvvəlki illərdə də bir neçə dəfə Rıbolovlevin “Monako”nu satmaq istəyi barədə xəbərlər peyda olmuşdu. Məsələn, 2014-də iddia edlimişdi ki, biznesmen “Monako” çempionatda iştiraka görə tələb olunan 6,25 milyon avronu Fransa Futbol Liqasının hesabına köçürmək istəmir. Amma klubun vitse-prezidenti Vadim Vasilyev bu iddianı rədd etmişdi. 2017-də Rıbolovlevin adı isveçrəli art-diler İv Buvyeyə qarşı qaldırılmış korrupsiya qalmaqalında hallanırdı. Amma biznesmen klubdan ayrılacağı ilə bağlı xəbərləri özü şəxsən təkzib etmişdi. 2018-də isə “Qazetto dello Sport” iddia etmişdi ki, Rıbolovlevə “Monako”ya görə 500 milyon avro təklif olunub. Guya milyarder “knyazlar”ı sataraq “Milan”ın sahibinə çevrilmək niyyətindədi. Amma bu xəbər də klub tərəfindən dərhal təkzib olunmuşdu. Budəfəki şayiələrdə isə hələlik ortada heç bir təkzib yoxdu.

Paylaş:
Digər xəbərlər

İdman

25-03-2023, 22:0

“Monako” 4-cü oldu, “Fənərbaxça” isə...

Dünya futbolu

21-09-2022, 14:0

Monako təqvimdə qalacaq, amma...

Dünya futbolu

24-05-2022, 20:0

Rusiyalı funksioner “Monako”nu tərk etdi

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 201
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 189
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə