• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İkinci “Xarı Bülbül” də tarixə qovuşdu, AVF hələ susur...

İdman / Manşet

23-01-2024, 23:0

Azərbaycanda voleybolun inkişafı haqda hər nə qədər gəlişigözəl sözlər deyilsə də, bəlağətli nitqlər eşitsək də, reallıq başqadı və fərqlidi.

Həftəsonu daha bir klubun dağılması xəbəri yayıldı. Söhbət kişilər arasında ölkə çempionatının lideri olan Şuşa “Xarı Bülbül”ündən gedir. Laçının bu adı daşıyan komandasının ardından cari mövsümdə ölkəmizi avrokuboklarda təmsil etmiş Şuşa klubu da tarixə qovuşdu. Mövsümün əvvəlindən maliyyə sıxıntısı yaşayan hər iki klub sponsorsuzluqdan mübarizəni dayandırmaq məcburiyyətində qaldı. Şuşalıların baş məşqçisi Ziya Rəcəbov qəzetimizə açıqlamasında “od püskürdü”:

"İki il öncə yaranan klubuq. Çempionatda ikinci yeri tutduq və avrokubokda iştirak şans qazandıq. Orda iştirak üçün həm maliyyə, həm də başqa fəaliyyət lazımdı. Bu da tək bir insanın əlindən gələn iş deyildi. Məsələn, biri su, digəri trenajor, o biri sağlıq problemi ilə maraqlanır. İdmançının maaşı ilə yanaşı, çoxlu əlavə xərc var ki, bunları qarşılamağa vəsait lazımdı. Bir mövsüm üçün 1,2 milyon manat büdcə müəyyənləşmişdi. Bu da bir yox, Laçınla Şuşanı təmsil edən iki komanda, eləcə də aşağı yaş qrupları üzrə 4 komanda üçün idi. Sonra Hacı Nuran bəyi dəvət etdilər. Dedi ki, məmnuniyyətlə sponsorlar gətirəcəm, bu büdcə nədi, daha çox olacaq və hər şey yaxşıya doğru gedəcək. Ümidimizi üzməyərək gəlib çıxdıq bu vəziyyətə. Avrokuboka qatılanda federasiya dəstəklədi. Bizə dedilər ki, "Xarı Bülbül” komandası Şuşa adına görə çox önəmlidi. Maliyyə də ayıracaqdılar. Amma sonda heç bir nəticə olmadı, sadəcə, bizi yola verdilər.

Özümə söz vermişəm ki, Azərbaycan Voleybol Federasiyasında rəhbər dəyişiklliyi olana qədər bu ölkədə işləməyəcəm. Sözümün arxasındayam. Çünki voleybolçular 4 ay idi maaşsız, sözümüzə, gördüyümüz işlərə görə qalırdılar klubda. Təkcə bir dəfə maaş verdilər. O da avrokuboklara qatılanda. Özləri biabır olmasın, cərimə ödəməsin, gələcəkdə də avrokuboka qatıla bilsinlər deyə, buna məcbur idilər. Planlaşdırmışdıq ki, heç olmasa, üç mərhələ keçək. Uşaqların əziyyətinə heyfim gəldi, federasiyaya etirazımı bildirdim. Bizə büdcəni azaltmağı məsləhət gördülər, yəni Laçın təmsilçisi dağısın, Şuşa tək qalsın. Onu da düzəltdik. Büdcə düşdü aylıq 34-35 minə. Yenə yardım etmədilər. Yəqin ki, ölkə çempionatı artıq dörd klubla davam edəcək. Biz də anlayırıq ki, AVF heç bir kluba sponsorluq etməli deyil. Sadəcə, səhv etmirəmsə, "Neftçi", "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" öz maliyyəsi hesabına ayaqüstə dururdu. Qalan bütün klublara federasiyanın tapdığı adamlar sponsorluq edir. Heç olmasa, bizə də bir sponsor cəlb edə bilərdilər. Çünki biz "Xarı Bülbül" olaraq, bunu bacarmadıq. Hacı Nuran bacarmadığını bildirdi, halbuki vədlər vermişdi. Federasiya ən azı verdiyi sözə əməl edə bilərdi. Getsinlər, çox güclü işlər görürlər, onlarla məşğul olsunlar. Eybi yox, mən qıraqdan baxıb alqışlayaram onları".


Təbii ki, biz bu məsələyə AVF-nin də reaksiyasını öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova:
"Sosial şəbəkə hesablarında fəaliyyətlərini dayandırdıqlarını bildirsələr də, federasiyaya rəsmi şəkildə müraciət olunmayıb. Ona görə də hələlik dəqiq nəsə deyə bilmərik".


AVF-nin məsələyə reaksiyasından tezliklə xəbərdar olacaq. Ancaq çempionatın liderinin mübarizədən çəkilməsi istənilən halda biabırçılıqdı. Artıq çempionatda dörd komanda qalıb: “Azərreyl”, “Murov Az Terminal”, “Neftçi”, MOİK. Allah axırını xeyir eləsin.

GÜNAY SÜLEYMANOVA

Paylaş:
Digər xəbərlər

Aktual / İdman

20-01-2024, 20:0

“Təəssüf ki, bu komandanın bizdən başqa heç kimə lazım olmadığını gördük” – Şuşanın “Xarı Bülbül”ü də getdi…

İdman

5-12-2023, 10:0

MOİK “Xarı Bülbül”ə məğlub oldu

İdman

9-12-2022, 11:0

"Xarı Bülbül" Çağırış kubokunda iştirak edən rəqibini məğlub etdi

İdman

25-11-2023, 15:0

AVF-dən maliyyə çətinliyi ilə üzləşən komandalarla bağlı açıqlama

İdman / Manşet

24-07-2023, 21:0

"Xarı Bülbül"ün hədəfi Şuşanın adını yüksəltməkdi

İdman

25-04-2023, 23:0

“Heydər Əliyev Kuboku”na start verildi

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
  • 6-06-2026, 23:0
    Futbol əfsanəsi vəfat etdi
  • 6-06-2026, 23:0
    İspaniyadan Niderlanda üz tutdu
  • 6-06-2026, 22:0
    “Nyukasl”dan ayrıldılar
  • 6-06-2026, 22:0
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • 6-06-2026, 21:0
    Bolonyada qərar tutdu
  • 6-06-2026, 21:0
    İstefası qaçılmaz oldu
  • 6-06-2026, 20:0
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 710
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 246
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 152
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə