• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

20 milyonluq Matviyenkodan 400 minlik Moroza qədər...

Dünya futbolu

19-01-2024, 22:0

Rusiyanın 2022-ci ilin fevralında başlatdığı işğalçı müharibə üzündən Ukrayna futbolu bir qədər gözdən düşüb.

"Football-plus.az" xəbər verir ki, bildiyiniz kimi, bu ölkənin çempionatı düz-əməlli keçirilmir, oyunlar bəzən həyəcan siqnalı ilə dayandırılır, komandalar ev oyunlarını təmsil etdiyi şəhərdə keçirə bilmir, avrokubok iştirakçıları rəqiblərini Polşada qəbul etməli olur, legionerlər baş götürüb qaçır. Bir sözlə, məlum səbəbdən bu ölkənin futbolunda əməlli-başlı xaos hökm sürür. Amma bu arada məşhur “Transfermarkt” portalı Ukrayna liqasında çıxış edən futbolçuların qiymətini araşdırıb. Liqanın 16 komandasının şərəfini qoruyanlar arasında ən baha futbolçuları siz də tanıyın.

Obolon: 400 min avro (Vladislav Priymak, Taras Moroz)
Bu futbolçuların yaşının ən yaxşı vaxtıdı. Həmyaşıdlar (27) dayaq yarımmüdafiəçisidi. Priymakın daha şöhrətli vaxtları da olub. Məsələn, 2019-da “Lvov”da çıxış edəndə dəyəri yarım milyon idi. Moroz bununla öyünə bilməz. Əvvəllər oynadığı Ternopol “Niva”sında qiyməti bundan da aşağı idi.
Veres – 400 min (Valeri Kuçerov, Vasili Kurko, Stanislav Şaray)
Bu “üçlük”də olanlardan heç biri hücum xəttinin təmsilçisi deyill. Aydın məsələdi ki, hücum xəttinin oyunçuları daha baha olur. Bunlardan uzaqbaşı mərkəz yarımmüdafiəçisi Şarayı fərqləndirmək olar. Kuçerov yaxınlara qədər 500 min avroya idi, ancaq son aylarda bir qədər ucuzlaşıb.
Minay – 500 min (Vadim Vitençuk, Yeqor Tverdoxleb)
Birinci 26 yaşlı dayaq yarımmüdafiəçisidi, ikincisi 23 yaşlı hücumameyilli yarımmüdafiəçi. Və daha bir maraqlı məqam: yayda ikisi də yüz min avro baha idi, ancaq həmin vaxtdan bəri qiymətləri düşüb. Əslində “Minay”ın arzuolunmaz nəticələri fonunda başqa cür də ola bilməzdi. Komanda cəmi 6 xal toplamaqla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
LNZ – 500 min (Nazari Muravski)
23 yaşlı mərkəz müdafiəçisi “Şaxtyor”un akademiyasının yetirməsidi, Maiupol və Lvovda da oynamağa imkan tapıb, LNZ-in heyətinə ötən mövsümün ortalarında qoşulub və bu komanda ilə premyer-liqaya yüksəlib. Burda daim oynayır, oyunun əvvəlindən sonuna qədər. Yarım il ərzində qiyməti 150 min avro artıb.
Çernomorets – 700 min (İlya Putrya, Maksim Braqaru, Vladimir Salyuk)
Putrya 25 yaşlı gənc kapitandı, Braqaru ilə Salyukun 21 yaşı var, hər ikisi artıq “Dinamo”nun diqqətini cəlb edib. Bunlardan da heç biri forvard deyil. Ən hücumameyilli oyunçu Braqarudu (sağ cinah vingeri). Üçü üçün də 700 min qiymətin zirvəsidi.
Aleksandriya – 700 min (Vladislav Kalitvintsev)
Bu oyunçunu hər birimiz gözəl tanıyırıq, artıq 30 yaşı var, vaxtilə perspektivi çox yüksək qiymətləndirilirdi. Alınmadı. “Aleksandriya” onun karyerasındakı 7-ci komandadı, indiyə qədər ən yüksək qiyməti 1 milyon avro olub. Həmin həddə ilk dəfə 2014-cü ildə “Dinamo”da çıxış edərkən çatıb, sonuncu dəfə isə bir il əvvəl elə “Aleksandriya”da.
Metallist-1925 – 500 min (Artyom Qabelok, Nikita Bezuqlı)
Xarkovluların heyətindəki ən baha oyunçular yetərincə təcrübəli, 28 yaşı olan Artyomla Nikitadı. Mərkəz yarımmüdafiəçisi Qabelok həm də komandanın kapitanıdı, Bezuqlı isə mərkəz müdafiəçisidi. Onları yaxınlaşdıran daha bir məqam var – hər biri “Şaxtyor”un yetirməsidi. Hər biri aylardı 500 min avro səviyyəsində dayanıb, qiymətlərinin qalxması və ya enməsi üçün əsas yoxdu.
Kolos – 600 min (Nikita Burda, Valeri Luçkeviç, Valeri Bondarenko, Aleksandr Demçenko, Kirill Fesyun)
Kovalyovka komandasının heyətində son qiyməti 600 min avro olan beş futbolçu var. Bəlkə də güləcəksiz, amma onlardan heç biri hücum xəttinə aid deyil, Fesun, ümumiyyətlə, qapıçıdı. Ukrayna premyer-liqasının ən baha oyunçularının siyahısında mərkəz müdafiəçilərinin və dayaq yarımmüdafiəçilərinin sayı adamı diksindirir.
Vorskla – 1,2 milyon (Viktor Korniyenko)
Axır ki milyonluq oyunçulara gəlib çatdıq. “Vorskla” heyətdə belə oyunçu saxlamağı özünə rəva bilir. Ancaq necə rəva bilir? Bu, “Şaxtyor” azarkeşlərinin daha yaxşı tanıdığı, gələn ilin yayına qədər icarəyə götürülən sol cinah müdafiəçisi Viktor Korniyenkodu. Ən yaxşı vaxtlarında onun qiməti 3 milyona yüksəlib. İndi isə dəfələrlə ucuzdu.
Polesye – 1,2 milyon (Beni Makuana)
İndiki premyer-liqa ilə bağlı nadir hadisə - bir klubun ən baha futbolçusu legionerdi. Söhbət konqolu sol cinah müdafiəçisi Beni Makuanadan gedir. Yəqin ki, çempionatın ən texnikalı və sürətli oyunçusudu, onu hətta Kilian Mbappe ilə müqayisə edənlər də var. Maraqlıdı ki, Makuana əvvəlki klubu “Monpelye”də bundan iki dəfə ucuz idi.
Krivbass – 900 min (Maksim Zaderaka, Oleq Kojuşko)
Çempionatın liderinin heyətindəki ən baha futbolçular forvardlardı – 29 yaşlı Zaderaka və 26 yaşlı Kojuşko. Onlar mövsümün bombardirləri siyahısında da ilk iki pillədə qərarlaşıb. Həm Maksim, həm də Oleq məhz mövsümün ilk yarısındakı yüksək məhsuldarlıq sayəsində qiymətini artırıb (Zaderaka 400 mindən, Kojuşko 500 mindən indiki səviyyəyə qalxıb).
Rux – 1,2 milyon (İlya Kvasnitsa)
“Rux”un sağ cinah vingeri çempionatın ilk yarısının əsas kəşfi oldu. By məqam dərhal onun qiymətinə təsir etdi. Məsələn, 2022-nin dekabrında qiyməti cəmi 75 min avro idi, 2023-ün oyununda 125 min, sentyabrında 400 min avroya qalxdı. Qiymət artımındakı dinamika kosmik sürətlə dəyişir, Avropa klublarından hansısa Kvasnitsanı götürsə (bununla bağlı söhbətlər gedir) artıq mütləq davam edəcək.
Zarya – 1,8 milyon (Arseni Bataqov)
Mərkəz müdafiəçisi artıq aylardı bu mövqedə ölkənin ən perspektivli futbolçusu sayılır, müntəzəm gənclərdən ibarət yığmada oynayır. Ancaq pul baxımından inkişafı bir qədər ləngiyir: qiyməti yayda 2 milyon avroydusa, indi bir qədər ucuzlaşıb (əlbəttə, bu da “Zarya”nın ümumi enişi ilə bağlıdı).
Dnepr-1 – 5 milyon (Aleksandr Pixalenok)
“Transfermarkt”a inansaq, heyətinə görə çox ciddi komandadı. Birdən-birə 6 oyunçunun qiyməti milyondan yuxarıdı. Pixalenok qalan komanda yoldaşlarını xeyli qabaqlayır, Ukrayna premyer-liqasında çıxış edən ən baha futbolçuların ilk “10-luğ”una daxildi. 5 milyon avro qiymətini yaydan bəri qoruyur.
Dinamo – 7 milyon (Georgi Buşan)
29 yaşlı Buşan indi heç də karyerasının ən yaxşı dönəmini yaşamır. Birvaxtlar indikindən daha baha (ötən ilin sonunda 10 milyon) idi. Zədə və məcburi bekarçılıq həm onun qiymətini aşağı saldı, həm də arxa plana atdı. Ancaq premyer-liqada çıxış edən qapıçılar arasında hamıdan bahadı. Elə “Dinamo”da da Buşandan baha futbolçu yoxdu.
Şaxtyor – 20 milyon (Nikolay Matviyenko)
Premyer-liqanın ən baha üç futbolçusu məhz “Şaxtyor”un heyətindədi: Nikolay Matviyenko – 20 milyon, Georgi Sudakov – 18 milyon, Artyom Bondarenko – 9 milyon avrı. Matviyenko yaydan bəri bu statusutu qoruyur. Sudakov isə sabit şəkildə bahalaşır (məsələn, yayda 15 milyon avro idi). Belə davam edərsə, günlərin birində mütləq komanda yoldaşını zirvədən salacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-09-2023, 16:0

''Transfermarkt''da futbolçuların qiymətləri dəyişdi

Premyer-liqa

31-05-2023, 15:0

Premyer-liqanın dəyəri artıb

Dünya futbolu

11-05-2022, 13:0

"Şaxtyor"un Varşava planı

Premyer-liqa / Manşet

7-09-2023, 22:0

Məşhur platforma açıqladı: Musa və Marqarita ən dəyərli futbolçulardı

Aktual
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
Son xəbərlər
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 243
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 243
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə