“Mersedes”in pilotu Lüis Hemilton 2023-cü ildə həyatının ən yaxşı və pis anı haqda sualı cavablayıb:
“Pasxanı ailəmlə birgə Balidə qeyd etdim. Qohumlarımla vaxt keçirdim. 2023-ün ən yaxşı anı bu idi. Pis ana gəlincə, Qətəri deyərdim”.
Xatırladaq ki, Hemilton ötən il Qətər mərhələsində elə ilk dövrədə bolidini zədələməklə mübarizədən çəkilib. Mövsümü 234 xalla şəxsi hesabda 3-cü yerdə bitirib.