Bildiyiniz kimi, ölkədə hökm sürən kəskin hava şəraitinə görə yanvarı 15-nə nəzərdə tutulan bəzi yoxlama oyunları ləğv olundu.
Amma bu Qəbələdə keçirilən oyuna aid deyil. Dünən şəhərin eyniadlı komandası “Araz-Naxçıvan”a 2:0 hesabıyla qalib gəldi. Bu oyunun PFL-ın “yutub” kanalı ilə yayınlanmaması maraq doğurdu. Adətən, belə oyunları bu yolla izləyə bilirik. Üstəlik PFL əvvəlcədən bütün oyunları göstərməyə çalıçacağını anons etmişdi. Bunun səbəbini öyrənmək üçün PFL-in mətbuat xidmətinin rəhbəri Sənan Abdullayevlə əlaqə saxladıq: