• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"İstəyərəm ki, "Neftçi" ilə çempion olan məşqçilərdən olum"

Ölkə futbolu / Müsahibə

8-01-2024, 13:0

Antalyada təlim-məşq toplanışında olan "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç jurnalistlərin suallarını cavablandırıb.

"Football-plus.az" xəbər verir ki, monteneqrolu mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

[b]- “Neftçi”dəki ilk günləriniz və bugünkü oyun haqda məlumat fikirlәrinizi bölüşәrdiniz...
- Bakıda bir gün olmuşam, o da “Kəpəz”lə matçda. Həm şəhəri, həm oyunu bəyəndim. Çünki həmin matçda "Neftçi" qələbə qazandı. Üç gündür buradayam. Hələ çox şey deyə bilmərəm. Gördüyüm odur ki, komandanın keyfiyyəti var. Oyuna gəlincə, ilk hissə kifayət qədər yaxşı oyun nümayiş etdirdik. Çoxlu epizodlar yaratdıq, hansı ki, qola çevirə bilmədik. Oyunçuların çoxu istirahətdən gəlib və heç də yaxşı formada deyillər. Ona görə hər birinə bir hissə şans verməyi düşündüm. İkinci hissədə avtomatik olaraq düşüş oldu və beləcə üç qol buraxdıq.

- Təqdimatınızda demişdiz ki, qarşıya qoyulan minimum hədəf 2-ci yer və kubokdu. Artıq komanda ilə tanışsınız. Komandanın bu hədəflərə çatmaq potensialı var?
- Ümumi götürsək, bəli, qarşıya qoyulan məqsədlərə çatmaq üçün hazır komanda var. Düşünürəm, iki oyunçu lazımdı ki, komandanı daha gücləndirsin. Yəqin, gördünüz, bu gün də oyunda futbolçu çatışmazlığı var idi.

- Bu iki oyunçunu hansı mövqe üçün istəyirsiz?
- Çox güman ki, hücum.

- Yanılmıramsa, komandanın ən hündürboylu şəxsisiz. Komanda yuxarıdan aşağı necə görünür?
- Birinci hissə çox yaxşı gördüm. İkinci isə yaxşı görə bilmədim, çünki özümün də boyum balacalaşmışdı (gülür).

- Daha əvvəl "Srvena Zvezda" ilə çempionluq arzunuz var idi və bunu reallaşdırdız. Maraqlıdı, hazırda "Neftçi"dəsiz və bu komanda ilə belə arzunuz var?
- Əlbəttə, bilirəm ki, "Neftçi" buna qədər 9 dəfə Azərbaycan çempionu olub. Serbiyada "Srvena Zvezda" necə xalqın komandasıdırsa, "Neftçi" də Azərbaycanda belədi. İstəyərəm ki, "Neftçi" ilə çempion olan məşqçilərdən olum.

- Çempionatda ilk oyununuzu Murad Musayevin "Sabah"ına qarşı keçirəcəksiz…
- Musayevi çox yaxşı tanıyıram. Mən Rusiyada işləyəndə o da "Krasnodar"a rəhbərlik edirdi. Çox yaxşı məşqçidi. Onların son oyununa baxmışam, "Qəbələ"yə məğlub olmuşdular. Amma desəm ki, baxdım və hər şeyi bildim, yox, elә deyil. Məşqçilər heyəti ilə bərabər onların çox oyununa baxıb, yaxından tanış olacağıq. Hər halda, əsas odu ki, bizim komanda, heyət yaxşı olsun.

- İki yeni transfer planlaşdırdığınızı dediz. Bəs neçə oyunçu gedəcək?
- Bunu demək çox tezdi. Əlbəttə, gedənlər olacaq. Amma hazırda ad, soyad çəkmək istəmirəm.

- Bildiyim qədərilə, Yeqor Beqomolskini "Zirə" istəyir. Onunla bağlı qərar vermisiniz?
- Bəli, düşünürəm ki, Yeqor çox istedadlı oyunçudur. Gəncdir, bizdə belə oyunçulara ehtiyac var, hansı ki, inkişaf edə bilərlər. Bu gün də çox yaxşı oyun göstərdi. Bir neçə qol şansı oldu, amma təcrübə çatışmazlığına görə dəyərləndirə bilmədi.

- Qalacaq, ya gedəcək?
- Qalacaq.

- Yerli, yoxsa əcnəbi oyunçuların hazırlığından razısız? Ümumiyyətlə, yerli oyunçular haqda fikirləriniz nədir?
- İlk hissədə həm yerli, həm əcnəbi oyunçular özlərini yaxşı göstərdilər. Oyunboyu futbolçuları yerli və legioner olaraq ayırmıram. Eddini qeyd edərəm, yaxşı oyun nümayiş etdirdi. Qapıçı Rza Cəfərovu da vurğulayardım. Emin Mahmudov çox yaxşı qol ötürməsi verdi. Çoxlu oyunçular var ki, özlərini yaxşı tərəfdən göstərə bildilər. Təəssüflər olsun ki, bütün oyunu dözəcək gücləri yox idi.

- Vikipediyanızda xüsusi maraqlı məqamlar qeyd olunub. Bir də öz xüsusi zarafatlarınızla seçilirsiz. Maraqlıdı, üç gün ərzində "Neftçi" futbolçularının yumor hissini yoxlaya bilmisinizmi?
- Futbolçularla hər zaman həmsöhbət olmağı sevirəm. İstəyirəm ki, hər oyunçuya eyni yanaşım. Oynayana da, oynamayana da. Bəzən zarafat etmək futbolçulara, komandadaxili atmosferə yaxşı təsir edir. Ancaq o demək deyil ki, hər gün zarafat edirik.

- Rusiyada daha çox güc futboluna üstünlük verilir. Siz də bu oyunu sevirsiz. "Neftçi" bu baxımdan necә olacaq?
- Çalışacağıq ki, çempionatda "bir nömrə" - hücum futbolu oynayaq.

- Hәmişә jurnalistlәr sizә sual verib. İndi mikrofonu sizә versәk, bizә nә sualınız olardı?
- Jurnalistlərlə münasibətim hәmişә yaxşı olub. Bunu öz işimin bir hissəsi kimi qəbul edirəm. Hər zaman bütün suallara cavab verməyə hazıram. Futbola, "Neftçi"yə aid nə sualınız varsa, mənə ünvanlaya bilərsiz. İstər qələbə qazanaq, istər məğlub olaq, istər heç-heçə edək - istәnilәn suala açığam.

- İstədiz-istəmədiz premyer-liqa oyunlarında sələfiniz Adrian Mutu ilə müqayisə olunacaqsız. Buna hazırsınız?
- Əlbəttə, müqayisəli suallara da cavab verә bilәrәm. Əvvəl o işləyib, indi mən. Sualları qəbul etməyə hazıram. Jurnalistlərin, azarkeşlərin bizi müqayisə etməyi normaldı.

- Ümumiyyətlə, "Neftçi"dәn tәklif necә gәldi?
- Menecerim vasitəsilə təklif aldım. "Neftçi" hər zaman yuxarı pillələri hәdәflәyir. Ona görə çox düşünmədim.

- Əvvəlki iş yerlərinizdə emosional biri kimi tanınmısız. Amma indi məşqlərdə daha sakit görünürsünüz.
- Yaş da öz sözünü deyir (gülür).

- Sosial şəbəkələrə baxsaq, "Neftçi" azarkeşləri bu təyinata nikbin yanaşmır. Onlara sözünüz nədi?
- Bir az gözləsinlər.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

24-12-2023, 19:0

“Bunun öhdəsindən gələ biləcəyik”

Premyer-liqa / Manşet

16-09-2023, 20:0

"Rəqibə təhlükəli epizod vermədik" - Adrian Mutu

Premyer-liqa / Manşet

1-10-2022, 20:0

"Bu oyun bizim üçün yaxşı dərs olmalıdı" - Regekampf

Premyer-liqa / Manşet

3-09-2023, 20:0

"Hər şeyə rəğmən mövsüm yeni başlayıb" - Azər Məmmədov

Premyer-liqa / Manşet

22-04-2023, 20:0

"Bütün fikrimiz kubokun cavab matçındadı" - Laurentsiu Regekampf

Premyer-liqa / Manşet

26-08-2023, 22:0

"Oyuna nəzarət edən tərəf biz idik" - Artur Olenin

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 328
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 105
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə