• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ümid edirəm ki, o vaxta qədər uşaqlarımın sayı daha çox olacaq”

Dünya futbolu / Müsahibə

2-01-2024, 23:0

Bernardo Silva həm “Mançester Siti”nin, həm də Portuqaliya yığmasının aparıcı üzvlərindən biri sayılır.

"Football-plus.az" xəbər verir ki, amma başqa oyunçularla müqayisədə daha az diqqət mərkəzindədi. Çünki məhsuldarlığı elə də yüksək deyil. Buna baxmayaraq, çox faydalı və az dəyər verilən futbolçulardandı. “Qızıl top”un son səsverməsində Bernardo 9-cu pilləni tutdu. “Benfika”nın yetirməsi olan, daha sonra “Monako”da adından söz etdirən və 2017-dən bəri “Siti”nin şərəfini qoruyan 29 yaşlı yarımmüdafiəçi əslində karyerasına hücumameyilli oyunçu kimi başlamışdı. Amma Xosep Qvardiola onu əsl universal komanda oyunçusuna çevirdi. Silva Portuqaliyanın tanınmış “A Bola” nəşri tərəfindən ölkədə ilin yaxşı futbolçusu seçilib. O, mükafatı qəbul edəndən sonra bu nəşrə geniş müsahibə verib.

- 2023 sizin üçün hər mənada uğurlu keçdi. Həm bütün titulları qazandız, həm də ata olduz. Sizcə, “A Bola”nın sorğusunda qalib gəlmək üçün hər şey etdiz?
- (gülür) Əlbəttə. Mən ilboyu yalnız elə ona görə çalışırdım ki, “A Bola”nın sorğusunda qalib gəlim. Zarafatı bir kənara qoysaq, bundan sonra uğur baxımından mənim üçün 2023-ü geridə qoymaq çətin olacaq. Çünki “Siti” ilə ÇL-də daxil olmaqla hər şey qazandım. Üstəlik ailə qurdum və ata oldum.
- Sizcə, 2023-də Avropa çempionatı olsaydı, onu da qazanardız?
- (gülür) Fikrimcə, qazanardıq. Çünki il əvvəldən sona qədər mənə düşərli oldu. Ona görə də qitə turniri də mənim olardı.
- Ümumi fikir belədi ki, “Siti”dəki oyununuzu yığmada sərgiləməkdə çətinlik çəkirsiz. Özünüz də belə düşünürsüz, yoxsa bu, yalnız insanların fikridi?
- İnsanların belə düşünməsi normaldı. Çünki “Siti” ilə hər il çoxlu titul qazanıram. İngiltərədə 6 ilə 5 çempionluq qazanmışam. Üstəlik ÇL-in də qalibi olduq. Yığmada isə hər şey başqa cürdü. Çünki yığma səviyyəsində turnirlər daha azdı. Yığma ilə yalnız Millətlər Liqasını qazanmışam. Başqa titulum yoxdu.
- Yəqin yığmamızın zəfəri ilə yekunlaşan AÇ-2016-nı zədə üzündən buraxdığınıza görə indiyə qədər də təəssüflənirsiz...
- Bəli, AÇ və ya DÇ kimi turnirləri heç vaxt qazanmamışam. Ona görə də insanların yığma karyeramın daha zəif olduğunu düşünməsi normaldı. Amma hələ də yığma ilə böyük turnir qazanmaq şansım var və bunun üçün əlimdən gələni edəcəm.
- Ata olandan sonra həyatınızda nə dəyişib?
- Üzərimdə böyük məsuliyyət yaranıb. Həyatımda ilk dəfə məndən bu dərəcədə asılı olan birinin qeydinə qalmalıyam. Əvvəllər heç vaxt bu cür hisslər yaşamamışdım. Yalnız iki itim var idi və onlara baxırdım (gülür). Amma təbii ki, bu, tambaşqa şeydi. Bu qədər çox sevdiyin birinin sənin nəzarətinə, nəvazişinə ehtiyacı var. Hələ ki hər şey qaydasındadı və çalışacam ki, belə də davam etsin.
- Mükəmməl 2023-cü ildən sonra 2024 üçün əsas arzunuz nədi?
- AÇ-nin qalibi olmaq!
- Belə baxanda sizi indi də “10 nömrə” saymaq olar. Amma indi olduğunuz “10 nömrə” uşaq vaxtı olmaq istədiyiniz “10 nömrə”dən, yəqin ki, çox fərqlənir...
- (gülür) Futbol ildən-ilə dəyişir. Mən Ronaldinyo, Zidan, Ruy Koşta, Aymar, Fiqo, Krişitano Ronaldo kimi oyunçulara baxaraq böyümüşəm. Onlar liderliyi üzərlərinə götürərək fanatları driblinq, qapıya zərbə, fərqli özəlliklərlə sevindirirdilər. Amma illər ötdükcə bu oyunu başqa cür anlamağa başladım və mənim üçün tam başqa keyfiyyətlər ön plana çıxdı. Təbii ki, uşaq vaxtı xəyallarımda qurduğum oyunçudan çox fərqlənirəm. Amma indiki durumumdan və inkişafımdan razıyam. İnsanların çoxu futbola səthi yanaşır. Mən indi futbolu daha dərindən qavradığımı düşünürəm. İndi olduğum futbolçu olmaq xoşuma gəlir. Düzdü, oyun tərzimi dəyişməklə bəzi keyfiyyətlərimi itirdim. Məsələn, “Monako”dakı Bernardo daha çox özünü düşünən, oyunu tez-tez üzərinə götürməyə çalışan, irəlidə fəal olan, driblinqlər edən futbolçu idi. Amma indi daha məsuliyyətliyəm və hər bir hərəkətimin komandaya necə başa gələcəyini düşünməyə çalışıram. Bu, oyunumdakı təkamülün nəticəsidi.
- Sizdə həm David Silvanın zərifliyinin, həm də Nqolo Kantenin işgüzarlığının olduğu deyilir. Bununla razısız?
- Kante kimi işgüzar olmağımla razılaşa bilərəm. Amma Silvanın zərifliyi... O, karyeram ərzində öz mövqeyində birlikdə oynadığım futbolçular arasında ən yaxşılardan biri idi, sadəcə möhtəşəm idi. Ona görə də zəriflik baxımından hələ ki Silvanın səviyyəsinə çatmadığımı düşünürəm.
- Sizin oyununuza baxanada bir daha əmin olmaq mümkündü ki, müasir futbolda statistika ciddi önəm daşımır...
- Bilirsiz, mən özüm də bəzən statistikaya baxıram. Amma günün sonunda çox şeyi futbolçunun qolun vurulmasında iştirak edib-etməməsi həll edir. Təbii ki, meydanda hər futbolçunun öz işi var. Ən sadə dillə desək, qapıçılar qol buraxmamalı, hücumçular isə qol vurmalıdı. Yarımmüdafiəçilərin işi komandada balans, oyunçular arasında əlaqəni yaratmaqdan ibarətdi. Amma bu gün biz görürük ki, yarımmüdafiəçilər arasında da pisi və ya yaxşısı qol vurmaqla ölçülür. Daha çox qol vuran daha az qol vurandan üstündü. Bu, düzgün yanaşma deyil. Bütövlükdə komandanın oyununun quruluşuna baxmaq lazımdı. Quru statistika bizə heç nə verməyəcək. Çünki hər yarımmüdafiəçinin bir cür özəlliyi var. Məsələn, götürək Xavi ilə İnyestanı. Onlar mövsümə uzaqbaşı 3-4 qol vururdular. Amma tarixin ən yaxşı mərkəz yarımmüdafiəçilərindən hesab olunurlar. Digər tərəfdən De Bruyne, Fernandeş kimi ötürmələri və məhsuldarlığı yüksək olan yarımmüdafiəçilər də var. Yaxın keçmişdə oynamış Lempardı da bura əlavə etmək olar. Yəni eyni mövqedə oynayıb, amma komandaya fərqli cür yardım edən futbolçular var. Çünki oyun tərzləri fərqlidi. Ona görə də bu cür statistikanı xoşlamıram.
- Sizə “Qızıl top” uğrunda mübarizə aparmağa məhz bu statistika mane olur?
- Sirr deyil ki, son illərdə fərdi mükafatların qalibləri seçilərkən statistika böyük rol oynayır. Adətən, ciddi titul qazanmış kollektivlərin əsas bombardirləri qalib olur. Məsələn, “Bavariya” ÇL-i qazanırsa, o klubun mövsüm ərzində 40 qol vurmuş futbolçusuna “Qızıl top” verilir. “Siti” haqda da bunu demək olar. Sadəcə, Holannın bəxti gətirmədi. Çünki Messi DÇ-nin qalibi oldu. Amma mundial olmasaydı, mükafat Erlinqə veriləcəkdi. “Real” ÇL-i qazandığı mövsümdə Benzema “Qızıl top”un qalibi oldu. Bu məntiqlə razılaşmıram. Düzdü, bu futbolçular bəlkə də titulun qazanmasında daha çox rol oynayırlar. Amma “Qızıl top”un yalnız ən yaxşı bombardirə verilməsi ideyasını bəyənmirəm. Hərçənd başa düşürəm ki, futbolda hər şey belə qurulub. Futbolun bəzəyi, insanları ən çox sevindirən məhz qoldu. Sonuncu toxunuşu kim edirsə, o da qol vurur. Amma topun tora göndərilməsi məqamına qədər çox böyük bir proses baş verir. İnsanlar bunu unudur.
- Çoxlarının fikrincə, sizə layiq olduğunuz dəyər verilmir...
- Belə deməzdim. Düzdü, ola bilər ki, xaricdə, məsələn, Fransa və ya İngiltərədə vətənimdəkindən daha çox sevilirəm. Bu da mənim vətənimdən tez ayrılmağımla bağlıdı. “Siti” və “Monako” fanatlarından daim dəstək, xoş sözlər eşidirəm. Hətta “Benfika” fanatlarından da. Baxmayaraq ki, orda əsas komandada cəmi 2-3 oyun keçirmişəm.
– Penaltiləri nə üçün vurmursuz? Bu, sizə statistikanızı yaxşılaşdırmağa da imkan verərdi. Premyer-liqada heç penalti vurmusuz?
- Liqa kubokunda, superkubokda oyunsonrası penalti seriyasında vurmuşam. Kubokda xatırlamıram. Amma premyer-liqada dəqiq vurmamışam. Çünki penalti zamanı topun başına keçmirəm.
- Nəyə görə?
- Birincisi, mən qüvvətli zərbələrə malik futbolçulardan deyiləm. Ona görə də risk etmək istəmirəm. Qapıçı zərbəmin istiqamətini tapsa, böyük ehtimalla topu qaytaracaq. Bu, həm də özünəinamla bağlı olan bir şeydi. Amma “Siti”də indiyə qədər yerinə yetirdiyim 3-4 penaltinin hamısı dəqiq olub. “Monako”da iki penaltidən birini qaçırmışam. Yəni ümumi statistikam pis deyil (gülür). 5-6 zərbədən yalnız biri qol olmayıb. Amma təbii ki, Holann, Gündoğan, Mahrez, De Bruyne, Ronaldo, Fernandeş kimi isimlər qat-qat yaxşı penalti vurur. Penalti məsuliyyətli işdi. Ona görə də topun başına ən yaxşı vura bilən futbolçu keçməlidi.
- Belə desək, yeni Bernardo Silva nə vaxt ortaya çıxdı? Konkret hansı məqamda oyun tərziniz dəyişdi və başqa cür oynamağa başladız?
- Bu, həm də bizim komandanın oyun tərzi ilə bağlıdı. Çünki topa nəzarət və pressinq etməyi xoşlayırıq. Bu, əsl mənə uyğun futboldu. Məsələn, soruşsaz ki, müdafiəyəmeyilli və topsuz oynamağı sevən bir komandada cinahda və ya mərkəzdə oynaya bilərəmmi? Çox güman, oynaya bilmərəm. Çünki belədə bütün cinahboyu 50 metr irəli, 50 metr geriqaçmalı olacam. Xüsusilə də cinah müdafiəçisi mövqeyində bunu bacarmazdım. Amma “Siti” kimi topa nəzarət edən, yerlə oynayan kollektivdə hər mövqedə, hətta “yalançı 9 nömrə” mövqeyində də özümü rahat hiss edirəm. Hərçənd bəzən çətinliklər yaşayıram. Məsələn, ötən mövsüm “Arsenal”a qarşı səfər oyununda məcburiyyətdən müdafiənin solunda oynamalı oldum. Qarşımda da liqanın ən güclü vingerlərindən olan Saka var idi. Bu, Qvardiolanın mənə verdiyi ən dəlisov tapşırıqlardan biri idi (gülür). Əlimdən gələni etdim. Bir epizodda Saka məni keçsə də, Ake “sığortaladı”. Onu qucaqlayıb “sən məni xilas etdin” dedim. Ake müdafiənin mərkəzində mənə yaxın bölgədə oyanamasaydı, Saka ilə dueldən qalib ayrıla bilməzdim. Bizim üçün çox vacib oyun idi. Həmin ərəfədə ardıcıl 3 oyunda sol müdafiəçi oynamaq məcburiyyətində qaldım.
- Ehtiyac olsa, yenə həmin mövqedə oynayarsız?
- Əlbəttə! Ehtiyac olsa, qapıda da duraram.
- “Benfika”ya qayıdışınız mövzusu həmişə aktualdı. Fanatlar da yolunuzu səbirsizliklə gözləyir. Bu, nə vaxt baş verəcək?
- Ora qayıtmaq əla olardı və bu arzumu heç vaxt gizlətməmişəm. Bu haqda tez-tez danışmaq istəmirəm. Çünki insanlar da yorulur. Bunun mümkün olub-olmadığını zaman göstərəcək. “Siti” ilə müqaviləm davam edir və buna hörmətlə yanaşıram. Bugünün reallığı isə belədi ki, Portuqaliya futbolu maddi baxımdan İngiltərə, İspaniya, Almaniya və Fransadan geridədi. Bu gün “Benfika”ya getmək istəsəm, “Siti” haqlı olaraq mənə görə böyük pullar tələb edəcək. Son 4-5 ildə həmişə dəyəri 50 milyon avronun üzərində olan futbolçulardan sayılmışam. Bu gün bu məbləği hansısa bir Portaqlaiya klubunun ödəməsi real görünmür.
- Belə çıxır ki, keçidiniz yalnız azad agent statusunda baş tuta bilər.
- Bəli. Yəqin ki, sonda belə də olacaq.
- Karyeranızı bitirəndən sonra nə edəcəyinizə qərar vermisiz?
- Böyük ehtimalla məşqçi olacam. Çünki özümü futbolsuz təsəvvür etmirəm. Amma buna qədər hələ çox var. Əminəm ki, futbolla vidalaşandan sonra ilk illəri Porutqaliyada həyat yoldaşım və uşaqlarla, eləcə də dostlarımla birlikdə keçirəcəm. Dincəlməyə çalışacam. Ümid edirəm, o vaxta qədər uşaqlarımın sayı daha çox olacaq (gülür). Uzun illərdi legioner həyatı yaşayıram. Portuqaliyanı 10 il öncə tərk etmişəm. Vətənim üçün çox darıxıram.
- Son vaxtlar sizinlə Holann arasında anlaşma səviyyəsinin yüksəldiyi hiss olunurdu.
- Biz onu mümkün qədər oyunun içinə cəlb etmək istəyirik. Düzdü, Holann özü də etiraf edir ki, topa çox toxunmağına ehtiyac yoxdu. Oyun ərzində iki dəfə topa toxunub iki qol vursa, bu, onun üçün yetərlidi. Amm əslində bir futbolçu komandanın oyununda, hücumunda nə qədər çox iştirak etsə, özünü bir o qədər inamlı hiss dir. Adətən, bizdə son ötürməni vermək funksiyası De Bruynenin üzərinə düşür. Onun yoxluğunda Holannın topla təması əvvəlkindən bir qədər də azalıb. De Bruynenin yoxluğunda bu rolu bəzən mən də üzərimə götürməyə çalışıram. Amma Holannın irəlidə Alvareslə dueti də pis alınmır.
- Qazandığınız ilk pulla nə etmişdiz?
- Artıq xatırlamıram. Çox güman, dərhal onu öz hesabıma yatırdım. Çünki heç vaxt bədxərc olmamışam. Yəqin ki, o pulu saxladım və lazım olanda istifadə etdim.
- Sizi ən çox qıcıqlandıran qapıçı hansıdı?
- Qıcıqlandıran deməyək. Mənim üçün uğursuz olan qapıçı Buffondu. Heç vaxt ona qol vura bilməmişəm. Üstəlik “Monako”da iki dəfə bizim ÇL-də mübarizəni dayandırmağımıza səbəb olub.
- Hansı ölkələrə səfər etmək istərdiz?
- Braziliya və Yaponiyaya. Braziliyanın adını çəkməyimin səbəbləri, yəqin ki, bəllidi. Həm bizim dildə danışırlar, həm də oranın musiqisi, mədəniyyəti, insanların daim gülərüz olması xoşuma gəlir. Onlar bir çox baxımdan bizə yaxındılar. Yaponiyanı isə mətbəxindən tutmuş mədəniyyətinə qədər hamı tərifləyir. Orda hər şey var. Bunu öz gözümlə görmək istəyirəm.
- Qızınıza Karlota adını kim seçib?
- 50-nin 50-yə. Həyat yoldaşımla birlikdə bu adı seçdik.
- Futbolla əlaqəsi olmayanlar arasında dostlarınız varmı?
- Əlbəttə. Mənim elə ən yaxın dostlarım futbolla əlaqəli olmayan insanlardı.
- Bu il evdə yolka quracaqsız?
- Bir neçə il öncə yoldaşım onu söküb başqa yerə qoydu. Son 3 ildə yolka qurmamışıq. Çünki onu quranda çox iş görmək lazım gəlir.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-12-2023, 17:0

Bernardo Silva ''Benfika''ya qayıtmaq istəsə də...

Dünya futbolu

25-09-2023, 14:0

“Mançester Siti”də ciddi itki

Dünya futbolu

21-06-2022, 21:0

Silva qalacaq, yoxsa gedəcək?

Dünya futbolu

20-03-2022, 12:0

Silva itinə oyundaşının adını verib

Dünya futbolu

23-08-2022, 11:0

Halann həftədə bir dəfə oynayacaq

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə