Yannis Adetokumbo karyerası boyunca topladığı xal sayına görə Kris Uebberlə Kris Boşu arxada qoydu.
"Football-plus.az" xəbər verir ki, “Miluoki”nin ulduz forvardı komandasının “Bruklin”ə 144:122 qalib gəldiyi oyunda 32 xal toplamaqla karyera göstəricisini 17205-ə çatdırdı.
Son 32 xal ona Şöhrət zalının iki üzvünü qabaqlamağa və MBA tarixində 97-ci pilləyə yüksəlməyə imkan verdi. Adetokumbo qarşıdakı oyunlarda 96-cı yerdə qərarlaşan Ceff Melounu (17231) da qabaqlaya bilər. Bu göstəricidə MBA rekordçusu isə Lebron Ceymsdi (39363).
“Boston”a uduzan “Detroyt” ardıcıl 28-ci məğlubiyyətlə MBA antirekordunu təkrarladı. İndiyə qədər belə uzun məğlubiyyət seriyasına yalnız “Filadelfiya 76” malik olub. Amma burda da bir fərq var. “Detroyt”un seriyası yalnız bu mövsümü əhatə edirsə, “Filadelfiya”nın seriyası 2014/15 mövsümündə başlayıb, 2015/16-da bitib. “Pistons” sonuncu qələbəsini iki ay əvvəl – oktyabrın 29-da “Çikaqo” üzərində qazanıb (118:102).
28 dekabr
Vaşinqton – Toronto 102:132 (25:31, 25:28, 31:38, 21:35)
Orlando – Filadelfiya 76 92:112 (25:26, 21:26, 29:32, 17:28)
Bruklin – Miluoki 122:144 (31:32, 28:34, 33:34, 30:44)
Oklahoma-Siti – Nyu-York 129:120 (38:25, 31:35, 24:29, 36:31)
Hyuston – Finiks 113:129 (24:30, 31:43, 29:31, 29:25)
Dallas – Klivlend 110:113 (39:27, 30:27, 21:28, 20:31)
29 dekabr
Boston – Detroyt 128:122 OT (27:30, 20:36, 35:16, 26:26, 20:14)
Nyu-Orlean – Yuta 112:105 (39:37, 20:14, 22:25, 31:29)
Çikaqo – İndiana 104:120 (31:37, 21:26, 25:22, 27:35)
Minnesota Dallas 118:110 (37:26, 24:30, 37:35, 20:19)
Denver Memfis 142:105 (33:27, 32:21, 41:35, 36:22)
Qolden Steyt Mayami 102:114 (25:22, 26:36, 23:33, 28:33)
Portlend San-Antonio 105:118 (14:38, 31:21, 29:28, 31:31)
Leykers – Şarlott 133:112 (28:31, 30:26, 41:23, 34:32)