• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Ən böyük istəklərimdən biridi top-çempionatlarda forma geymək" - MÜSAHİBƏ

Manşet / Müsahibə

1-01-2024, 22:0

“Futbol+”in ənənəvi sorğusunun qalibi müəyyənləşəndən sonra səbəbkarla söhbət etmək zərurəti yarandı.

“Qarabağ”ın və millinin müdafiəçisi Bəhlul Mustafazadə ilə görüşümüzü meneceri Səbuhi Səfiyarlı təşkil etdi.

- “Futbol+” hər ilin sonunda ilin futbolçusunu seçir. 10 nəfərlik namizəd siyahısı tərtib etmişdik. Orda sənin də adın var idi və hamıdan çox səs topladın. Ümumiyyətlə, bu sorğudan xəbərin var idi?
- Bəli, xəbərim var. Hər il izləyirəm.

- Bu il seçiləcəyini gözləyirdin?
- Açığı, o siyahıda olacağımı gözləyirdim. Lakin seçilmək haqda düşünməmişdim.

- Səncə, hansı amillər qələbəni şərtləndirdi?
- Düşünürəm ki, buna səbəb sabit oyun göstərməyim oldu. Çünki il ərzində bir-iki oyunu çıxmaq şərti ilə bütün oyunlarda iştirak etmişəm.

- Hazırda "Qarabağ"la müqavilənin müddəti davam edir. Buna baxmayaraq, səni xarici klublarda görmək istəyənlər çoxdu. Planların necədi?
- Ən böyük istəklərimdən biridi top-çempionatlarda forma geymək. Düşünürəm ki, hər futbolçunun hədəfi olmalıdı. Mənim də hədəfim bu yöndədi. Buna baxmayaraq, sırf legioner həyatı yaşamaq xətrinə də yanaşmıram mövzuya. Özümü inkişaf etdirə biləcəyim klubda olmaq istəyirəm.

- Bir vaxtlar Birləşmiş Ərəb Əmirliklərinə - “Əl-Əyn”ə yollanmağın gündəmdə idi. Sonra bu transfer alınmadı. "Qarabağ"a keçdiyinə görə peşmansan?
- Yox, əksinə çox xoşbəxtəm ki, bu yaşandı və "Qarabağ"a keçdim. Avrokubok oyunlarında meydana çıxmaq şansı qazandım. Çempionlar Liqasında pley-off oynadım. İki dəfə ölkə çempionu oldum, bir dəfə kubok qazandım. Buna görə qətiyyən peşmanlıq yaşamıram.

- Beynində müəyyən bir müddət varmı ki, bu vaxtdan sonra getmək lazımdı?
- Hər ilə son il kimi yanaşıram. “Bu il oynayıb gələn il gedərəm” demək də alınmır. Bunun konkret yaş məhdudiyyəti yoxdu. Hansı yaşda daha uyğun təklif olarsa, onda da getmək istəyərəm.

- Həm də yığma üzvüsən. Belə fikirlər var ki, "Qarabağ"ın oyunçuları bu komandanın heyətində göstərdiyi oyunu millidə göstərə bilmir. Düzdü, "Qarabağ"da yerli futbolçuların yanında legionerlər də var. Millidə həmin legionerlər çatışmır?
- Tam belə düşünmürəm. "Qarabağ"da kifayət qədər yerli oyunçu oynadığı vaxt böyük oyunlarda da nəticə qazanmışıq. Ona görə səbəb kimi bunu deyə bilmərəm. Ola bilər ki, "Qarabağ"da artıq sistem var. Bütün oyunçular nə edəcəyini tam bilir deyə, uğurlu nəticələr olur. Millidə isə davamlı məşqçi dəyişikliyi, hansısa sistemin olmaması… Hər iki ildən bir yeni məşqçi gəlir. Biz də məcburiyyətdən fərqli sistemə keçirik. Məncə, səbəb kimi bunu göstərmək olar.

- Bir çox mütəxəssisdən eşitmişik ki, yığma indi tarixinin ən güclü heyətinə malikdi. Sən bu haqda nə düşünürsən?
- “Ən yaxşı” qeyri-müəyyən anlayışdı. Düzdü, hazırda kifayət qədər yaxşı və potensialı olan heyətimiz var. Amma ən yaxşıya gəlincə, indi ilə keçmişi müqayisə etmək düzgün deyil.

- İsveç kimi rəqibə 3:0 qalib gəldiyiniz halda sonra Belçikaya 0:5 uduzduz. Axı bu artıq pis sürpriz olur.
- Səbəbi mən özüm də bilmirəm. Təəssüf ki, bu haqda nəsə deyə bilməyəcəm.

- “Futbol+”in bu sorğusu ilə bağlı çox qəribə tendensiya var. Adətən, ilin futbolçusu seçilən şəxs sonrakı il böyük uğurla yadda qala bilmir. Ən azı əvvəlkindən zəif olur. Səndə belə qorxu varmı? Yoxsa uğurların davamını gətirəcəyinizi düşünürsən?
- Qorxu yoxdu, əksinə, bu adı alandan sonra daha böyük məsuliyyət qazanırsan. Məcbursan ki, bu ada layiq olasan. Gələn il yenidən bu adı qazanmaq üçün çalışmalısan. Mənim fikrim daha da məsuliyyətli olacağım yöndədi.

- Karyeranı bitirəndən sonra özünü futbolda görürsənmi?
- Federasiyada idarəçiliklə bağlı hansısa iş ola bilər. Və yaxud məşqçi ola bilərəm. Lakin fikrini qətiləşdirməmişəm. Daha çox oyunuma köklənmişəm.

- Yeni ili harda keçirməyi planlaşdırırsan?
- Xüsusi bir şey olmasa, Bakıda - ailəmlə bir yerdə qarşılamağı düşünürəm.

- Sonda namizədlərin siyahısını sənə göstəririk. Qalan doqquz namizəd arasından ilk “üçlüy”ü seç.
- Seçimim Elvin Cəfərquliyev, Toral Bayramov və Emin Mahmudovdan yana olardı.

KƏNAN, GÜNAY

TANITMA
Bəhlul Ələmdar oğlu Mustafazadə
Doğum tarixi: 27.02.1997

Futbol oynamağa “Qəbələ”nin akedimiyasında başlayıb. 2016-cı idə əsas komanda ilə müqavilə bağlasa da, çempionatda debüt etməyib, “Sumqayıt”a icarəyə verilib

Mövsümlər üzrə oyun, qol göstəriciləri
çempionat kubok


2016/17 Sumqayıt 4 - - -
2017/18 Sumqayıt 16 2 5 -
2018/19 Qəbələ 23 1 5 -
2019/20 Sabah 18 – 2 2
2020/21 Sabah 17 1 - -
2021/22 Qarabağ 16 – 2 -
2022/23 Qarabağ 25 2 1 -
2023/24 Qarabağ 7 – 1 –

Avrokuboklarda “Qarabağ”ın və “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda iki qol vurub, 2019-cu il sentyabrın 6-da debüt etdiyi milli komandada 27 oyun keçirib.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

29-12-2023, 23:0

Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, yoxsa Emin Mahmudov?

Premyer-liqa

4-02-2023, 14:0

"Qarabağ"ın müdafiəçisi "Sabah"la oyunda iştirak etməyəcək

Aktual / Manşet

23-12-2022, 13:0

İlin ən güclü futbolçusunu birlikdə seçək!

Ölkə futbolu / Manşet

11-12-2023, 17:0

“Hətta maaşda müəyyən qədər güzəştə getməyə də razıdı” - Bəhlulun transferində əsas söz sahibi “Qarabağ”dı

Aktual
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
Son xəbərlər
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Dünən, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Dünən, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Dünən, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Dünən, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Dünən, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Dünən, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Dünən, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • 20-06-2026, 23:0
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • 20-06-2026, 23:0
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə