“Onu deyə bilərəm ki, hər şey yaxşıdı” – Elxan Abdullayevdən qəribə açıqlama

1.01.2024 11:34 301
Yığma
Xəbər verdiyimiz kimi, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə bir neçə gün əvvəl futbol üzrə aşağı yaş qrupu üzrə yığmaların baş məşqçiləri ilə görüşüb.

Görüşdə onlarla əməkdaşlığını davam etdirilib-etdirilməməsi perspektivi müzakirə olunub. “Football-plus.az” olaraq, səbəbkarların da fikilərini öyrənməyə çalışdıq.

İlham Yadullayev (U-16):

“Bu məsələylə bağlı suallarınıza mən cavab verə bilməyəcəm. AFFA-nın mətbuat katibindən soruşa bilərsiz”.

Füzuli Məmmədov (U-17):

“Milli komandadakı durumumuz AFFA İcraiyyə Komitəsinin iclasından sonra bilinəcək”.
Elxan Abdullayev (U-18):

“İclasda danışılan məsələlər barədə məlumat verə bilmərəm. Onu deyə bilərəm ki, hər şey yaxşıdı”.
Aqil Nəbiyev (U-19):

“Rəsmi heç nə yoxdu”.

Samir Əliyev (U-21):

“Mən görüşdə iştirak etməmişəm”.

MİRKAMAL KAZIMZADƏ