Dünən ölkə kubokunun 1/8 finalında “Zirə” – “Turan Tovuz” matçı keçirildi. Oyunu İnqilab Məmmədov idarə edirdi.
Qəsəbə təmsilçisinin növbəti mərhələyə adladığı oyun qalmaqalla yadda qaldı. Belə ki, məğlub tərəf klubun rəsmi “feysbuk” hesabında qapısına vurulan ilk qolu paylaşaraq “epizodu sizin ixtiyarınıza buraxırıq” dedi. Daha sonra həmin anlarda zədələnən qolkiper Kamal Bayramovun yaralı nahiyəsi paylaşıldı. Baxmayaraq ki, qapıçı “durub bəzi futbolçular kimi soyunmaq, yaraları göstərmək istəmirəm” demişdi...
Daha sonra Kamal Bayramov dekabrın 16-da Xankəndiyə gedərkən qəza keçirən PFL kollektivi haqda bu sözləri işlətdi:
“Öncəliklə Allah şəfa versin. Həyat belədi, pis insanların başına belə hadisələr gəlmir. Eşitməmişəm ki, haqsız qərar verən hakimlər ağacdan yıxılsın, qatarın altında qalsın, özünü 9-cu mərtəbədən atsın...Daha nə qədər haqqımıza girəcəklər? Əşi, onlar üçün hər şey rahatdı. İstətiklərini edirlər. Çünki toxunulmazdılar, mələkdilər, öz qanunları var...”
İndi isə tovuzlu azarkeşlərin matçda haqsız qərar verdiyini iddia etdikləri hakim haqda fikilərinə keçid alaq.
Cəlal Qurbanov: “Bu hakimlər Tovuzda döyülməsə, düzələn deyil”
Füzuli Hacıyev: “Turan Tovuz” azarkeşləri komandanın haqqını tələb etməlidi. Türkiyədəki kimi...”Ümumiyyətlə, bunları diqqətinizə çatdırmaqda məqsədimiz var. Göründüyü kimi, 38 yaşlı Kamal Bayramov hakimlərə kin qusur. Bəlkə də onların başına bədbəxt hadisə gəlməsini arzulayır. Azarkeşlər isə ədalət təmsilçilərini döyməklə hədələyir. Əlbəttə, haqsızlığa qarşı mübarizənin əleyhinə deyilik. Lakin yolu bu deyil axı. Elə deyilmi, bəylər?
KƏNAN BAHADIR