• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Durub bəzi futbolçular kimi soyunmaq, aldığım yaraları göstərmək istəmirəm” – Kamal Bayramovdan sərt etiraz

Ölkə kuboku / Manşet

20-12-2023, 20:0

Ölkə kubokunun 1/8 finalının "Zirə" - "Turan Tovuz" oyunu gərgin mübarizə şəraitində keçdi.

İnqilab Məmmədovun idarə etdiyi oyunda qapılara 3 qol vuruldu. "Zirə"nin qonaqlarım qapısına vurduğu 1-ci qolda Felipe Paxtman təcrübəli qolkiper Kamal Bayramova qapıçı meydançasında sərt oynadı. Amma nə baş hakim, nə laysmanlar, nə də VAR-da əyləşənlər buna məhəl qoydu. Tovuz tərəfinin kəskin etirazına rəğmən, qol qeydə alındı. Matçdan sonra Kamal Bayramov ədalət təmsilçilərini sərt şəkildə qınadı:

"Bu gün yenə mübarizə apardıq, amma hakim qərəzinin güdazına getdik. Paxtman qol vurduğu epizodda qapıçı meydançasında açıq ayaqla mənə zərbə endirdi. Bu da birbaşa qayda pozuntusudu. Həmin epizoddan sonra çanaq nahiyəmdə yaralar da var. Eləcə də matçın son dəqiqələrində yenə rəqib futbolçu iki açıq ayaqla mənə zərbə endirdi. Həmin epizodda ayaq zərbəsi üz-baş nahiyəmə tuş gəlsəydi, tikişlərin sayı-hesabı olmazdı. Durub bəzi futbolçular kimi soyunmaq, aldığım yaraları göstərmək, reklam etmək istəmirəm. Amma nə baş hakim, nə laysmanlar, nə də VAR-da oturanlar buna məhəl qoyur. VAR sistemi ona görə tətbiq olunur ki, qarşılaşmadakı epizodlarla bağlı şəffaf qərar verəsən, hakim səhvlərini minimuma endirəsən. Amma hər oyunumuzda 5 nəfərlik hakim heyəti daim haqqımıza girir. Artıq bezmişik. Biz mübarizədə uduzmuruq, hakimlərin yanlış, qərəzli qərarlarının qurbanı oluruq. "Neftçi" ilə matçda qapımıza 3-cü top vurulanda futbolçumuza qarşı kobudluq edilir, amma qayda pozuntusu yox, qol qeydə alınır. Etiraz, şikayət edirik, epizodu göstəririk, hakimlər deyir ki, bizim ayrıca video görüntülərimiz var. Hanı o görüntülər? Çıxarın göstərin, qoy hamı görsün. Mən də daxil, bütün "Turan Tovuz" camiəsi yalan yerə referiləri qınamışıqsa, Əliyarda Ağayevdən, Elçin Məsiyevdən və başqalarından üzr istəyərik. Amma ortaya heç nə çıxarmırlar. Tovuz iki ildi böyük futbola qayıdıb, sevinirik ki, elitada oynayırıq, yenu sponsorumuz var, bizə hər cür şərait yaradılır. Buna rəğmən, hakimlər bütün muradımızı gözümüzdə qoyur. Bilmirik onların bizlə dərdi nədi? Bilsəydik, işimizi gücümüzü atıb onlarla problemimizi həll edərdik. Klubumuzun, məşqçilərimizin, futbolçularımızın, azarkeşlərimizin, bizə inananların, qısası, "Turan Tovuz" sevdalılarının haqqına girilir. Əcnəbi futbolçular niyə gətirilir? Ona görə ki, komandaların güclənməyə və daha yaxşı nəticə göstərməsinə ehtiyac var. Futbol hakimliyimizdə nəinki problem, rəziliklər, özbaşınalıqlar var. Yaxşı olar ki, biz də daxil, komandaların haqqına girən referi deyə bilmədiklərimin əvəzinə əcnəbi hakimlər gətirilsə, çempionatımızda daha ədalətli oyunlar idarə olunar və azərbaycanlı hakimlərə də nümunə olar. Burdan media nümayəndələrinə də səslənirəm ki, həm bizin, həm də digər komandaların haqqını yeyən hakimlərin verdiyi qərarlar ictimailəşdirilsin. Qərəzli epizodlar Türkiyə, Rusiya, Avropa ölkələrinin hakim-analitiklərinə göndərilsin. Bu qədər haqsızlığa, özbaşınalığa, qərəzə dözməyə səbrimiz qalmayıb. Nə qədər olar? Haqqımıza girənlər bilsinlər ki, haqqımızı halal etmirik. Arzu edirəm ki, başqalarının haqqına girənlərin özləri daim haqsızlığa məruz qalsınlar".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

7-05-2022, 15:0

İnqilab Məmmədovdan şübhəli qərar

Premyer-liqa / Manşet

31-08-2023, 19:0

VAR olmasaydı, Amin Seydiyev meydanda qalacaqdı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə