• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Vacib qələbə qazandıq”

Ölkə kuboku / Manşet

20-12-2023, 20:0

Azərbaycan kubokunun 1/8 finalında “Zirə” “Turan Tovuz”u məğlub edib - 2:1.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra qəsəbə təmsilçisinin çalışdırıcısı Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Oyunun ilk dəqiqələrində gözlənilməz qol buraxdıq. Rəqibi oyundan əvvəl təhlil etmişdik. Hesabda geriyə düşdükdən sonra böyük qüvvə ilə irəli atıldıq. Hücumlar qursaq da, fərqlənə bilmirdik. Şükürlər olsun ki, sonda iki qol vurub qalib gəldik. Rəqibin müdafiəsini yarmaq asan deyildi. Çətin məqamda oyunçularım sonda “Turan Tovuz” kimi rəqibə iki qol vuraraq, klub üçün vacib qələbə qazandıq".


- Filipe Paxtman qol vursa da, yenə zədələndi. Onun durumu necədi?
- Təəssüflər olsun ki, yenə zədələndi. Son 6-7 dəqiqə qaçmırdı. Bu gün meydana çıxmasının riskli olduğunu həkimlər bizə demişdi. Amma özü də oynamaq istəyirdi. Sonda ona ehtiyac olduğunu hiss etdim. Meydana çıxdı və qolunu da vurdu. Ümid edək ki, zədəsi ciddi deyil. Təkrar zədələnə biləcəyi ilə bağlı, daim qorxu içindədi. Əvvəlki matçlarda aktiv iştirak edib. O, meydanda olanda komandaya xeyir verir, etimadlarımızı doğruldur. Belə məqamda fədakarlıq edib meydana çıxdı, qol vurdu. Paxtman nə qədər ki, sağlamdı, ona hər zaman ehtiyacımız var.

- Final yolunuzun nisbətən uyğun olduğunu düşünürsüz?
- Bir tərəfdən belə görünür, digər tərəfdən, çempionatın üç favoriti bir yerdədi. Bu o deməkdi ki, finala üçlükdə olmayan komanda çıxa bilər. Belə olacağı təqdirdə, çempionatda dördüncü yeri tutub Konfrans Liqasına gedə biləcək komanda mövzusu daha ağır olacaq. Belə təhlükə də var. Məsələn, ötən mövsüm çempionatda 4-cü yeri tutsaydıq da, Konfrans Liqasına vəsiqə qazanmırdıq. Çünki “Qəbələ” kuboku qazanmışdı. Buna görə, həm kubokda, həm də çempionatda mübarizə aparmalıyıq ki, sonda avrokuboklara düşək. 1/4 finaldakı “Səbail” oyununa köklənəcəyik. Açığı, bu oyunun nə vaxt baş tutacağını bilmirəm. Bizə və “Kəpəz”ə digər komandalarla müqayisədə, daha güclü rəqiblər düşmüşdü. “Turan Tovuz”un ötən mövsüm kubokdakı çıxışını da xatırlayırdıq. Bütün fikrimiz bu oyuna yönəltmişdik. Mənim üçün “Turan Tovuz”la matç “Qarabağ”a qarşı keçiriləcək oyundan daha vacib idi. İndi həm “Qarabağ”ı fikirləşəcəyik.

- Bu cür gedişat gözləyirdiz? Komandanı əlavə dəqiqələrə hazırlamışdız?
- Təbii ki, onun da müəyyən səviyyədə hazırlıqlarını görmüşdük. Amma düzü, əvəzetmələri etdikdə ekstra-taymı düşünmürdük. Çünki 0:1 hesabı ilə uduzurduq. Düşündüm ki, qol vursaq, bir əvəzetmə əlavə olur deyə, onu edərik. Oyundan əvvəl ekstra-taymı düşünürdük.

- Ölkə kubokunun qalibi Avropa Liqasına vəsiqə qazanacaq. Azərbaycan çempionatından isə çempiondan savayı, digər vəsiqələr Konfrans Liqasınadır. Hədəflər buna görə dəyişir?
- Kubokda imkan qədər irəliyə getmək istəyirik. Çempionatda da dördlük uğrunda mübarizə aparacağıq. Amma başa düşürük ki, 4-cü yer Konfrans Liqasına vəsiqə verməsin. Komanda və məşqçi olaraq, yüksək yerlər uğrunda mübarizə apoarmaq istəyirik. Çempionat gərgin keçir. Əvvəlcədən proqnoz vermək mümkün deyil. Kubok və çempionatda Avropa Liqası, həmçinin Konfrans Liqası uğrunda mübarizə aparmaq istəyirik.

- Tovuzdakı məğlubiyyətdən sonra komandada revanş hissi var idi?
- Xeyr, revanş hissi deyildi. Lakin 1/8 final görüşü bizim üçün önəmli idi. Amma bayaq dediyim kimi, kubok görüşü qarşıdakı “Qarabağ”la oyundan daha önəmli idi. Futbolçular da onu anlayırdı. Dördüncü yerin Konfrans Liqasına getməsi kubokda önəmli rol oynayacaq. Biz hər şeyi düşünürük, kuboku da, çempionatda 2-3-cü yerləri də. Bütün oyunları düşünürük.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

31-03-2023, 18:0

“Yaxşı oyunla qələbə qazandıq”

Manşet / Çempionlar Liqası

11-07-2023, 22:0

“Futbolçular üçün oynamaq elə də asan deyildi”

Ölkə kuboku / Manşet

8-12-2022, 20:0

Rəşad Sadıqov: “Meydanda amansız mübarizə gedirdi”

Yığma / Manşet

20-11-2022, 19:0

"Seçmə oyunlardan əvvəl bizim üçün vacib test oldu"

Premyer-liqa / Manşet

20-08-2023, 22:0

"Vacib olan komandanın qələbə üçün sona qədər mübarizə aparmasıdı"

Premyer-liqa / Manşet

6-10-2023, 22:0

"Yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq"

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə