Bu gün AFFA Regional Liqasında 2023/24 mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında keçirilən tədbirdə 39 iştirakçı komanda ilk turdakı rəqiblərinə aydınlıq gəlib.
Turnir 4 zonada keçiriləcək və iki dövrədən ibarət olacaq. Hər qrupda ilk 2 yeri tutan pley-offa vəsiqə qazanacaq. Budəfəki mövsüm gələn il mayın əvvəlində yekunlaşacaq. Çünki yarışın qalibi UEFA Regional Kubokuna vəsiqə qazanacaq və burda mübarizə mayın sonunda başlayacaq. Həmçinin turnirdə 2-ci yeri tutan komanda 2-ci liqada 13-cü yerin sahibiylə pley-off oynayacaq.
İlk turda A qrupunda "Gənclik İK" və Cənub qrupunda "Biləsuvar" istirahət edəcək.
Onu da bildirək ki, yeni mövsümün noyabrın ilk ongünlüyündə start götürəcək.
I tur
Paytaxt və Şimal zonası
A qrupu
"Çinar-Zəngilan" - "Gənclər" PFM
"Ramana" "(Abşeron") - "Mübariz" FA
"İrəvan" - "Record Club"
"Xanlıq" - "City Baku"
B qrupu
"Cürət" - "Lokomotiv Baku"
"Şimal" FK - ŞKGB
İCBFA - "Hupers" FC
"Şirvanovka" - "Dirçəliş"
Şimal-Qərb və Qərb
"Balakən" FK - "VT Gəncə"
"Ağstafa Gəncləri" - "Qarx6n" FK
"Şəki" FK - ""Göyəzən" PFK
""Goranboy Qala" FK - "Bərdə" FK
Mərkəz
"Ərgünış" (Füzuli) - "İsmayıllı" FK
"Araz" (İmişli) - "Göyçay" FK
"Hacıqabul" FK - "Mil" (Beyləqan)
"Olimpiya" (Aöcabədi") - "Ümid" İK
Cənub
"Qobustan" FK - "Masallı" PFK
"Neftçala" FK - "Zəfər 44"
"Lənkəran" FK - "Masallı" PFK
ABDULLA İSMAYILOĞLU