Luçano Spalletti xüsusi status qazanıb.
İtaliya yığmasının baş məşqçisi Neapol şəhərinin fəxri vətəndaşlığına layiq bilinib. Xatırladaq ki, “Napoli” ötən mövsüm onun rəhbərliyi altında 33 ildən sonra tarixində 3-cü dəfə İtaliya çempionluğunu qazanmışdı.
Bu komandanı 2021-ci ildən bu ilin yayına qədər çalışdıran Spalletti klubu 7 ay əvvəl tərk edib. Buna isə onun prezident Aurelio De Laurentis ilə bir sıra məsələlərdə anlaşa bilməməsi səbəb olmuşdu.